Məhkəmə qərarları › İş №2(067)-449/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-449/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-449/2021 14.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 155.622 manat pul məbləğində pul vəsaitinin, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2020-ci il tarixdən müəyyən edilmiş 6,5% bank uçot dərəcəsinə 2 faiz bəndi əlavə edilməklə həmin pul vəsaitinə hesablanmış 13227 manat məbləğində faizin, 350 manat məbləğində hüquqi müdafiə xərclərinin, 30 manat məbləğində məhkəməyə ödənilmiş dövlət rüsumunun, cəmi 169.229 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin mart ayında tanışı Samir Göyçəyevin vasitəsilə Cavabdeh ilə tanış olmuş, həmin vaxt Samir cavabdehin işgüzar bir şəxs olduğunu ona bildirmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh ferma yaradıb quşçuluq işi ilə məşğul olmaq istəyir və bunun üçün onun pula ehtiyacı var. Cavabdeh də Samirin dediklərini təsdiq edərək Xaçmaz rayonunun Xudat şəhərində ferma yaradıb quşçuluq işi (ev quşlarının saxlanılması) ilə məşğul olması üçün ona 60.000 manat məbləğində pulu verməsini xahiş etmiş və bildirmişdir ki, həmin pulu quşçuluq işinə yönəldib həm əldə ediləcək gəliri özünə 50%, Samirə 25% və ona 25% olmaqla böləcək, həm də verdiyi pul vəsaitini ona qaytaracaq və əgər ferma yaradıb quşçuluq işi ilə məşğul ola bilməsə və ya həmin iş gəlir gətirməsə o, yalnız ona verdiyi məbləği qaytaracaqdır. İlkin olaraq o, cavabdehə bank vasitəsilə hissə-hissə 60.000 manat pul göndərmiş, lakin sonradan cavabdeh ona zəng vuraraq işləri tamamlamaq üçün yenidən ona pul lazım olduğunu bildirmiş və razılaşdıqları şərtlər qüvvədə olmaqla ona əlavə pul göndərməsini xahiş etmişdir. Ona görə də o, cavabdehə müxtəlif vaxtlarda onun istəyi ilə əlavə olaraq 64.000 manat məbləğində pul göndərmiş və bununla da o, ümumilikdə cavabdehə 124.000 manat pul vermişdir. Sonradan o, cavabdehin vəd etdiyi quşçuluq işi ilə bağlı gördüyü işlərlə maraqlandıqda cavabdeh ona onun işinə qarışmamasını, ona verdiyi pullara özü zamin olduğunu, verdiyi pullarla bağlı ona hesabat vərəqəsi təqdim edəcəyini və yaxın zamanda gördüyü işin nəticəsini görəcəyini bildirmişdir. Bir müddət sonra 2019cu ilin sentyabr ayında o, tanışı Samir Göyçəyevlə birlikdə Xudat şəhərinə gələrək fermada xeyli sayda ev quşlarının olduğunu görmüş və cavabdeh bildirmişdir ki, həmin quşların satışından yaxşı gəlir əldə ediləcək və həmin gəliri razılaşdıqları şərtlərlə aralarında böləcəklər. Lakin, təxminən 2 ay sonra- 2019-cu ilin noyabr ayında təkrar Xudat şəhərinə gedib cavabdehlə görüşdükdə və quşların satışı barədə maraqlandıqda, o, quşları satsa da guya ki, xərclər çox olduğundan heç bir gəlir əldə edilmədiyini bildirmiş və ona verdiyi pul vəsaiti, xərclər və gəlirlər barədə özünün tərtib etdiyi hesabat xarakterli əlyazma olan vərəqləri vermişdir. Hesabat vərəqlərində göstərilmiş rəqəmlərə, məlumatlara diqqət yetirdikdə cavabdehin quşların satışından 126.487 manat əldə etdiyi və həmin gəliri tam olaraq özünə götürdüyü ona məlum olmuşdur. Belə olan halda cavabdehdən razılaşdıqları kimi, verdiyi 124.000 manat məbləğində pul vəsaitinin və gəlirin razıalşmalarına uyğun olaraq 25%-ni dərhal ona qaytarmasını tələb etmiş, lakin o, əldə edilmiş gəliri tam götürməklə yanaşı, ona verdiyi 124.000 manat məbləğində pul vəsaitini geri qaytarmaqdan imtina etmiş və bu günədək də müxtəlif bəhanələrlə həmin pul vəsaitinin qaytarılmasından boyun qaçırır. Halbuki, cavabdehlə olan razılaşmaya əsasən əldə edilmiş gəlir cavabdehə 50%, Samirə 25% və ona 25% olmaqla bölünməli və cavabdeh ona verdiyi 124.000 manat məbləğində olan pul vəsaitini geri qaytarmalı idi. Cavabdeh və onunla, eləcə də daha 4 nəfərin iştirakı ilə xx xxxxxx 2018- ci il tarixdə əlyazma tərtib edərək Samirin vasitəsilə ondan 105.780 manat aldığını və onu qaytaracağına zəmanət verdiyini göstərmişdir. Həmin əlyazma bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bununla yanaşı, Xaçmaz Rayon Polis Şöbəsinin xx xxxx 2020ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən cavabdeh məndən 109.000 manat aldığını öz izahatında göstərmişdir. Digər tərəfdən, cavabdehin öz imzası ilə təsdiq etdiyi digər əlyazmasında isə həmin işdən (ev quşlarının satışından) 126.487 manat gəlir əldə etdiyi göstərilmişdir. Beləliklə, cavabdeh ondan cəmi 109.000 manat aldığını etiraf etsə də, əslində onun cavabdehə verdiyi məbləğ 124.000 manatdır və bunu Samir Göyçəyev təsdiq edə bilər. Çünki həmin məbləğin demək olar ki, əksəriyyəti Samirin vasitəsilə cavabdehə verilmişdir. Odur ki, cavabdehə verdiyi 124.000 manat pul vəsaiti və ev quşlarının satışından əldə edilmiş 126.487 manat gəlirin 25%-i, yəni 31.622 manat pul vəsaiti, cəmi 155.622 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Digər tərəfdən isə, cavabdeh ona verdiyi 124.000 manat pul vəsaitini və gəlirin 25%-i olan 31.622 manat pul vəsaitini, cəmi 155.622 manat məbləğində pul vəsaitini ona ödəməkdən boyun qaçırmaqla ondan faydalandığına görə o, qanunvericiliyin tələbinə uyğun olaraq həmin məbləğdən bank uçot dərəcəsinə uyğun faizlər ödəməlidir. Nəzərə alaraq ki, qanunvericiliyə əsasən faizlər iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında hesablanır, borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər və sonuncu dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2020-ci il tarixdən müəyyən edilmiş bank uçot dərəcəsi 6.5 %-dir, onda sonuncu bank uçot dərəcəsinə 2% bəndi əlavə edilməklə, yəni 8,5% dərəcəsi ilə cavabdeh tərəfindən ona ödənilməli olan 155.622 manat pul vəsaitinə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddət üçün hesablanmış faiz 13.227 manat təşkil edir. Odur ki, 155.622 manat məbləğinə bank uçot dərəcəsinə görə hesablanmış 13.227 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Bununla yanaşı, hazırki iddia üzrə ona hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 350 manat məbləğində hüquqi müdafiə xərci və 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq ona ödənilməlidir. Göstərilənlər nəzərə alınmaqla Cavabdeh 155.622 manat pul məbləğində pul vəsaitinin, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2020-ci il tarixdən müəyyən edilmiş 6,5% bank uçot dərəcəsinə 2 faiz bəndi əlavə edilməklə həmin pul vəsaitinə hesablanmış 13227 manat məbləğində faizin, 350 manat məbləğində hüquqi müdafiə xərclərinin, 30 manat məbləğində məhkəməyə ödənilmiş dövlət rüsumunun, cəmi 169.229 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbi təmin edilməklə Cavabdeh 155.622 manat pul məbləğində pul vəsaitinin, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2020-ci il tarixdən müəyyən edilmiş 6,5% bank uçot dərəcəsinə 2 faiz bəndi əlavə edilməklə həmin pul vəsaitinə hesablanmış 13227 manat məbləğində faizin, 350 manat məbləğində hüquqi müdafiə xərclərinin, 30 manat məbləğində məhkəməyə ödənilmiş dövlət rüsumunun, cəmi 169.229 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 155.622 manat pul məbləğində pul vəsaitinin, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2020-ci il tarixdən müəyyən edilmiş 6,5% bank uçot dərəcəsinə 2 faiz bəndi əlavə edilməklə həmin pul vəsaitinə hesablanmış 13227 manat məbləğində faizin, 350 manat məbləğində hüquqi müdafiə xərclərinin, 30 manat məbləğində məhkəməyə ödənilmiş dövlət rüsumunun, cəmi 169.229 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndəsi olduğu cavabdeh X8 Əsədovun ona qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, cavabdeh Əmircanovun İddiaçıla deyil, Azadın tanışı Samir Göyçəyevlə iş birliyi olmuş, onlar Xaçmaz rayonu ərazisində cavabdehə məxsus fermada cücə saxlamışlar. İşlədikləri dövrdə X7 Göyçəyevdən ümumilikdə 105.700 manat məbləğində pul almış, digər iştirakçıların iştirakı ilə qəbz yazaraq Samirin İddiaçı alaraq ona verdiyi 105.700 manat pulu qaytarmasına zəmanət vermişdir. Yəni, cavabdeh Samir Göyçəyevə borclu olduğunu etiraf edir, belə olduğu halda cavabdehə qarşı iddiaçı şəxs Samir Göyçəyev olmalıdır. Sonuncu isə cavabdehə qarşı iddia qaldırmamışdır. Bu hal cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd olunan tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. Cavabdeh ümumiyyətlə iddiaçıdan pul almamışdır və ona hər hansı məbləğdə pul ödəməli deyildir. Həmin pulu Azad Samirə verdiyindən Azad Samirə qarşı məhkəmədə iddia qaldıra bilər. Göstərilənlərə əsasən iddianın əsassız olduğundan təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Xaçmaz rayonunun Köhnə-Xudat kəndində qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli pul öhdəliyinə dair yazılı qeyddən görünür ki, Cavabdeh qeyd olunan tarixdə İddiaçı, Samir Göyçəyevin, İbad Məcidovun, Mülküm Əmrahovun və Aydın Əmircanovun iştirakı ilə qəbz yazaraq 105780 (bir yüz beş min yeddi yüz səksən) manat pulu Samir Göyçəyevdən aldığını, Samirin də həmin pulu İddiaçı Əbduləli oğlundan aldığını, həmin pulun qaytarılmasına o, zəmanət verdiyini qeyd edərək həmin pul öhdəliyinə dair sənədə özü və iştirak edən şəxslər imza etmişlər. İş materiallarında cinayət işinin başlanılmasının rədd edilməsinə dair Xaçmaz rayon X5 Bölməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Xaçmaz rayon Polis Şöbəsinə etdiyi şikayəti əsasında araşdırma aparılarkən Cavabdeh izahatı alınmış, həmin izahatında cavabdeh Ehtiram Əmircanov İddiaçı ona WhatsApp sosial şəbəkəsi vasitəsilə göndərdiyi hesabatda göstərilən məbləğin 124.000 manat deyil 109.000 manat olduğunu, həmin puldan 2.000 manatını Samirin kənddə mağaza yeri alması ilə əlaqədar İbad adlı şəxsə verdiyini, Samirin Azaddan alaraq ona verdiyi puldan 105.000 manat ziyan etdiyindən borclu qaldığını və həmin pulu Azada qaytaracağına söz verdiyini göstərmişdir. X2 xx xxxx 2020-ci il tarixli qərarı ilə toplanmış materiallar əsasında cavabdeh X1 İddiaçı aldığı puldan 105.000 manat pul borclu qaldığı və həmin pulu İddiaçı qaytaracağına söz verdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan madd ihüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin mart ayında tanışı Samir Göyçəyevin vasitəsilə Cavabdeh ilə tanış olmuş, söhbət əsnasında sonuncu Xaçmaz rayonunun Xudat şəhərində ferma yaradıb quşçuluq işi (ev quşlarının saxlanılması) ilə məşğul olması üçün ona 60.000 manat məbləğində pulu verməsini xahiş etmiş və həmin pulu quşçuluq işinə yönəldib həm əldə ediləcək gəliri özünə 50%, Samirə 25% və ona 25% olmaqla böləcəyini, həm də verdiyi pul vəsaitini ona qaytaracağını və əgər ferma yaradıb quşçuluq işi ilə məşğul ola bilməsə və ya həmin iş gəlir gətirməsə yalnız ona verdiyi məbləği qaytaracağını bildirmişdir. İlkin olaraq o, cavabdehə bank vasitəsilə hissə-hissə 60.000 manat pul göndərmiş, lakin sonradan cavabdeh ona zəng vuraraq işləri tamamlamaq üçün yenidən ona pul lazım olduğunu bildirmiş və razılaşdıqları şərtlər qüvvədə olmaqla ona əlavə pul göndərməsini xahiş etmişdir. Ona görə də o, cavabdehə müxtəlif vaxtlarda onun istəyi ilə əlavə olaraq 64.000 manat məbləğində pul göndərmiş və bununla da o, ümumilikdə cavabdehə 124.000 manat pul vermişdir. Sonradan o, cavabdehin vəd etdiyi quşçuluq işi ilə bağlı gördüyü işlərlə maraqlandıqda cavabdeh ona onun işinə qarışmamasını, ona verdiyi pullara özü zamin olduğunu, verdiyi pullarla bağlı ona hesabat vərəqəsi təqdim edəcəyini və yaxın zamanda gördüyü işin nəticəsini görəcəyini bildirmişdir. Bir müddət sonra- 2019-cu ilin sentyabr ayında o, tanışı Samir Göyçəyevlə birlikdə Xudat şəhərinə gələrək fermada xeyli sayda ev quşlarının olduğunu görmüş və cavabdeh bildirmişdir ki, həmin quşların satışından yaxşı gəlir əldə ediləcək və həmin gəliri razılaşdıqları şərtlərlə aralarında böləcəklər. Lakin, təxminən 2 ay sonra- 2019-cu ilin noyabr ayında təkrar Xudat şəhərinə gedib cavabdehlə görüşdükdə və quşların satışı barədə maraqlandıqda, o, quşları satsa da guya xərclər çox olduğundan heç bir gəlir əldə edilmədiyini bildirmiş və ona verdiyi pul vəsaiti, xərclər və gəlirlər barədə özünün tərtib etdiyi hesabat xarakterli əlyazma olan vərəqləri vermişdir. Hesabat vərəqəsi ilə cavabdehin quşların satışından 126.487 manat əldə etdiyi və həmin gəliri tam olaraq özünə götürdüyü ona məlum olmuşdur. Belə olan halda cavabdehdən razılaşdıqları kimi, verdiyi 124.000 manat məbləğində pul vəsaitinin və gəlirin razıalşmalarına uyğun olaraq 25%-ni dərhal ona qaytarmasını tələb etmiş, lakin o, əldə edilmiş gəliri tam götürməklə yanaşı, ona verdiyi 124.000 manat məbləğində pul vəsaitini geri qaytarmaqdan imtina etmiş və bu günədək də müxtəlif bəhanələrlə həmin pul vəsaitinin qaytarılmasından boyun qaçırır. Cavabdeh və onunla, eləcə də daha 4 nəfərin iştirakı ilə xx xxxxxx 2018-ci il tarixdə əlyazma tərtib edərək Samirin vasitəsilə ondan 105.780 manat aldığını və onu qaytaracağına zəmanət verdiyini göstərmişdir. Həmin əlyazma bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bununla yanaşı, Xaçmaz Rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən cavabdeh ondan 109.000 manat aldığını öz izahatında göstərmişdir. Digər tərəfdən, cavabdehin öz imzası ilə təsdiq etdiyi digər əlyazmasında isə həmin işdən (ev quşlarının satışından) 126.487 manat gəlir əldə etdiyi göstərilmişdir. Beləliklə, cavabdeh ondan cəmi 109.000 manat aldığını etiraf etsə də, əslində onun cavabdehə verdiyi məbləğ 124.000 manatdır və bunu Samir Göyçəyev təsdiq edə bilər. Çünki həmin məbləğin demək olar ki, əksəriyyəti Samirin vasitəsilə cavabdehə verilmişdir. Odur ki, cavabdehə verdiyi 124.000 manat pul vəsaiti və ev quşlarının satışından əldə edilmiş 126.487 manat gəlirin 25%-i, yəni 31.622 manat pul vəsaiti, cəmi 155.622 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Digər tərəfdən isə, cavabdeh ona verdiyi 124.000 manat pul vəsaitini və gəlirin 25%-i olan 31.622 manat pul vəsaitini, cəmi 155.622 manat məbləğində pul vəsaitini ona ödəməkdən boyun qaçırmaqla ondan faydalandığına görə o, qanunvericiliyin tələbinə uyğun olaraq həmin məbləğdən bank uçot dərəcəsinə uyğun faizlər ödəməlidir. Nəzərə alaraq ki, qanunvericiliyə əsasən faizlər iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında hesablanır, borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər və sonuncu dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2020-ci il tarixdən müəyyən edilmiş bank uçot dərəcəsi 6.5 %-dir, onda sonuncu bank uçot dərəcəsinə 2% bəndi əlavə edilməklə, yəni 8,5% dərəcəsi ilə cavabdeh tərəfindən ona ödənilməli olan 155.622 manat pul vəsaitinə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddət üçün hesablanmış faiz 13.227 manat təşkil edir. Odur ki, 155.622 manat məbləğinə bank uçot dərəcəsinə görə hesablanmış 13.227 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Bununla yanaşı, hazırki iddia üzrə ona hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 350 manat məbləğində hüquqi müdafiə xərci və 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 155.622 manat pul məbləğində pul vəsaitinin, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2020-ci il tarixdən müəyyən edilmiş 6,5% bank uçot dərəcəsinə 2 faiz bəndi əlavə edilməklə həmin pul vəsaitinə hesablanmış 13227 manat məbləğində faizin, 350 manat məbləğində hüquqi müdafiə xərclərinin, 30 manat məbləğində məhkəməyə ödənilmiş dövlət rüsumunun, cəmi 169.229 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini əsassız hesab edir. Belə ki, onun İddiaçıla deyil, Azadın tanışı Samir Göyçəyevlə iş birliyi olmuş, onlar Xaçmaz rayonu ərazisində cavabdehə məxsus fermada cücə saxlamışlar. İşlədikləri dövrdə o, Samir Göyçəyevdən ümumilikdə 105.780 manat məbləğində pul almış, digər iştirakçıların iştirakı ilə qəbz yazaraq Samirin İddiaçı alaraq ona verdiyi 105.700 manat pulu qaytarmasına zəmanət vermişdir. Yəni, o, Samir Göyçəyevə borclu olduğunu etiraf edir, belə olduğu halda ona qarşı iddiaçı şəxs Samir Göyçəyev olmalıdır. Sonuncu isə ona qarşı iddia qaldırmamışdır. Bu hal cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd olunan tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. O, ümumiyyətlə iddiaçıdan pul almamışdır və ona hər hansı məbləğdə pul ödəməli deyildir. Həmin pulu Azad Samirə verdiyindən Azad Samirə qarşı məhkəmədə qarşı iddia qaldıra bilər. Belə olduğu halda İddiaçı üzərinə Cavabdeh 2 dəfəyə ümumilikdə 124.000 manat məbləğində pul göndərdiyini, cavabdehin həmin pulun dövriyyəsindən 126.487 manat gəlir əldə edildiyini, razılaşmalarına əsasən cavabdehin ona həmin məbləğin 25 faizini, yəni 31.622 manatını verməli olduğunu, cavabdehin ona ümumilikdə 155.622 manat pul ödəməli olduğunu, həmin məbləği ona ödəməkdən boyun qaçırmaqla ondan faydalandığından bank uçot dərəcəsinə müvafiq olaraq ona əlavə 13.227 manat pul ödəməli olduğunu, hüquqi yardıma görə xidmət haqqı olaraq 350 manat, iddianın verilməsi üçün isə məhkəmənin hesabına 30 manat rüsüm ödədiyini, bu səbəbdən həmin məbləğlərin də cavabdehdən xeyrinə tutulmalı olduğunu sübut etmə yükü düşür. Əksinə olaraq Cavabdeh üzərinə İddiaçı ümumiyyətlə pul almadığını və ona hər hansı məbləğdə pul ödəməli olmadığını sübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işdə olan sənədlərə hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı iddiaçının nümayəndəsinin izahatı, iddiaçı tərəfin öz tələbinin əsası kimi iddia ərizəsinə əlavə etdiyi, tərəflərin və digər şəxslərin iştirakı ilə cavabdeh tərəfindən yazılmış pul öhdəliyinə dair xx xxxxxx 2018-ci il tarixli qəbz və cinayət işinin başlanılmasının rədd edilməsinə dair Xaçmaz rayon X5 Bölməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh İddiaçı 105.780 manat məbləğində pul ödəməli olduğu, lakin üzərinə götürdüyü öhdəliyi hal-hazıradək icra etmədiyi öz təsdiqini tapmışdır. Lakin iddiaçı iddia tələbində Cavabdeh 2 dəfəyə ümumilikdə 124.000 manat məbləğində pul göndərdiyini, cavabdehin həmin pulun dövriyyəsindən 126.487 manat gəlir əldə edildiyini, razılaşmalarına əsasən cavabdehin ona həmin məbləğin 25 faizini, yəni 31.622 manatını verməli olduğunu, ümumilikdə isə cavabdehin ona 155.622 manat pul ödəməli olduğunu, cavabdeh həmin məbləği ona ödəməkdən boyun qaçırmaqla ondan faydalandığından bank uçot dərəcəsinə müvafiq olaraq cavabdehin ona əlavə olaraq 13.227 manat pul ödəməli olduğunu göstərsə də məhkəmə araşdırması zamanı yalnız 105.780 manat məbləğə münasibətdə iddia tələbi əsaslı olduğu öz təsdiqini tapmış, iddianın digər məbləğlərə münasibətdə əsaslı olduğunu sübut edən sənədi və sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə tədqiqatı zamanı Cavabdeh nümayəndəsinin öz etirazının əsası kimi İddiaçı ümumiyyətlə pul almadığı və ona hər hansı məbləğdə pul ödəməli olmadığını göstərsə də öz etirazının əsası kimi göstərdiyi halları təsdiq edən hər hansı sənədi və sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı 105.780 manat məbləğində pul ödəməli olduğu, lakin üzərinə götürdüyü öhdəliyi hal-hazıradək icra etmədiyi öz təsdiqini tapmış və beləliklə də məhkəmə tədqiqatı zamanı iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar 105.780 manat məbləğə münasibətdə tamamilə sübut edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası günü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzlərindən müəyyən olunur ki, İddiaçı hüquqi yardımla əlaqədar Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına 350 manat, iddianın verilməsi ilə əlaqədar dövlət rüsumu olaraq Xaçmaz rayon məhkəməsinin hesabına 30 manat pul ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardımla əlaqədar Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına ödənilmiş 350 manat və iddianın verilməsi ilə əlaqədar dövlət rüsumu olaraq Xaçmaz rayon məhkəməsinin hesabına 30 manat pul cavabdehə aid edilməli və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 105780 manat əsas məbləğ, iddiaçı tərəfindən hüquqi yardımla əlaqədar Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına ödənilmiş 350 manat və iddianın verilməsi ilə əlaqədar dövlət rüsumu olaraq Xaçmaz rayon məhkəməsinin hesabına ödənilmiş 30 manat, ümumilikdə 106.160 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ :

İddia qismən təmin edilsin. Cavabdeh 105.780 (bir yüz beş min yeddi yüz səksən) manat əsas məbləğ, iddiaçı tərəfindən hüquqi yardımla əlaqədar Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına ödənilmiş 350 (üç yüz əlli) manat və iddianın verilməsi ilə əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, ümumilikdə 106.160 (bir yüz altı min bir yüz altmış) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Xıdır Quliyev. Düzdür: HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar