Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-46/2021 15.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ödənilmiş alimentin qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1150/2019 saylı, 02.04.2019-cu il tarixli qətnaməsi ilə 04.12.2015ci il təvəllüdlü X5 qızının saxlanılması üçün cavabdehdən onun xeyrinə tutulan alimentin hər ay 127 manat müəyyən edilmiş məbləğinin dəyişdirilərək hər ay 170 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan qızları X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qarşılıqlı razılıq əsasında cavabdehə ödədiyi 21717 (iyirmi bir min yeddi yüz on yeddi) manat pulun cavabdeh İddiaçı tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1150/2019 saylı, 02.04.2019-cu il tarixli qətnaməsi ilə 04.12.2015ci il təvəllüdlü qızı X1 üçün Cavabdeh hər ay 127 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə onların cavabdehlə birgə nikahda olmaqları, həmin nikahdan 04.12.2015-ci il təvəllüdlü Əsma adlı bir övladlarının olması, uşağın onun yanında saxlanılması və saxlanılması üçün onun xeyrinə aliment kəsilməsi müəyyən edildiyindən həmin halların yenidən müəyyən edilməsinə ehtiyac yoxdur. 08 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X3 iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı onun qızıdır. Qanunla bu il uşaqlar üçün ehtiyac meyarı artırılaraq 170 manata qaldırılmışdır. Ona görə hesab edir ki, cavabdehdən uşaq üçün tutulmalı olan alimentin miqdarı artırılmalıdır. İlk iddianın təmin edilməsini xahiş edir, qarşılıqlı iddianı isə qəbul etmir. Ona görə ki, cavabdeh onlara 21000 manat pul verməmişdir. Əgər notarial qaydada pul vermiş olsaydı, bu barədə çəkiliş olardı. Razılaşmanın şərtləri pozulduğuna görə ərizəyə xitam verilmişdir. Aralarında söhbət belə olub ki, cavabdeh uşağının barəsində atalıqdan imtina edəcək, qızı da ondan aliment tələb etməyəcək. Lakin reallıqda cavabdeh iddiaçıya pul verməyib. Sonradan cavabdeh vədinə əməl etməmiş və iddiaçı da yazdığı ərizəni ləğv etdirmişdir. İddiaçının ərizəsi notarial qaydada təsdiq olunmuşdur. Həmin ərizə yazılana qədər cavabdeh aliment ödəmiş, 2200 manat borcu qalmışdır. Ona görə icra məmuru cavabdehi inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə gətirəndə cavabdeh əlavə olaraq 200 manat da ödəmiş, sonra imkanının olmadığını, hər ay 20 manat pul ödəyəcəyini demişdir. Belə olduğu halda iddiaçı onun alimentini istəmir, yetər ki, cavabdeh uşağının barəsində atalıqdan imtina etsin. Cavabdeh atalıqdan imtina barədə notarial qaydada ərizə vermiş, iddiaçı cavabdehin atalıqdan məhrum edilməsi üçün iddia qaldırmış, məhkəmə prosesinə qızının nümayəndəsi kimi anası gəlmişdir. Lakin etibarnaməsi olmadığından məhkəmənin qərardadı ilə qızının iddiası baxılmamış saxlanılmışdır. Qızına uşağın 18 yaşına çatanadək saxlanılması üçün birdəfəlik olaraq 21717 manat pul cavabdeh tərəfindən ödənilməmişdir. O, 2200 manat aliment borcunu ödəməmiş, sonradan həyat yoldaşı ilə danışıqlardan sonra o, bunun əvəzinə 1600 manat pul ödəmiş və bu barədə İcra Şöbəsinə ərizə vermişdir. Notariusun əməkdaşı onlara ərizəni yazanda burada heç bir problem olmadığını və ərizədə nə istəsə yazıla biləcəyini, tərəflərdən birinin ərizədə göstərilən şərtə əməl etməyəcəyi halda ərizənin istənilən vaxt ləğv etdirilə biləcəyini göstərmişdir. Onlar da ona görə sonradan ərizənin ləğvi barədə ərizə vermişlər. 08 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, ona qarşı iddianı qəbul etmir. Pulu atası bankdan götürmüş, bundan sonra o, iddiaçının, onun anasının, öz anasının yanında notariat kontorunun qarşısında pulu iddiaçıya vermişdir. İddiaçı özü təklif pulun bank vasitəsi ilə verilməməsini, belə olan halda ondan 400 manatadək rüsum tutulacağını bildirmişdir, ona görə də qarşılıqlı razılaşmaları ilə iddiaçının pulu alması barədə notariatda ərizə vermişlər. İddia əsassızdır, alimentin artırılması üçün əsas yoxdur. Qarşılıqlı iddianı isə müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. 08 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ilk iddianı hüquqi əsası olmadığına görə qəbul etmir. İddiaçı və cavabdeh 2019-cu ildə qarşılıqlı razılığa gəlmişlər və cavabdeh iddiaçıya uşağının 18 yaşı tamam olanadək hər ay 127 manatdan hesablanmaqla alimenti ödəmişdir, iddiaçı da bu barədə notarial qaydada ərizə vermişdir. Həmin ərizə savadlı şəkildə yazılan ərizədir və aldanma ilə yazılmış ərizəyə oxşamır. Ərizə yazılarkən iddiaçı, onun anası və vəkil kimi onlara kömək göstərmiş şəxs iştirak ediblər, notarius da tam qanuni şəkildə ərizəni təsdiq edib. Hesab edir ki, iddiaçının iddiasına alimentin artırılması üçün heç bir əsas yoxdur. Bu barədə iddia təmin olunarsa, bir iş üzrə iki icra vərəqəsi olmuş olacaq. Odur ki, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Hazırda keçirilən məhkəmə iclasında iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı işə iştirakı olmadan baxılmasına dair məhkəməyə ərizə göndərmişdir. Həmçinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə teleqram göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsinə görə məhkəmə iclasının vaxtının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1150/2019 saylı, 02.04.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, 04.12.2015-ci il təvəllüdlü X2 saxlanılması üçün Cavabdeh hər ay 127 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı Xaçmaz Rayonu İcra və Probasiya şöbəsinə yazdığı 25.09.2019-cu il tarixli **********396 saylı notarial ərizədən müəyyən olunur ki, iddiaçı 25.09.2019-cu ildə cavabdehlə qarşılıqlı razılığa gəlmiş, birgə nikahlarından olan övladlarının 18 yaşı tamam olanadək hər ay 127 manatdan hesablanmaqla, cəmi 21717 manat məbləğində aliment ödəmişdir. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan müəyyən olunur ki, 25.09.2019-cu il tarixli **********396 saylı notarial ərizəyə 05.12.2019-cu il tarixdə xitam verilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-537/2020 saylı, 13.05.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddaçı Cavabdeh İddiaçı qarşı aliment üzrə borcları ödəməkdən azad edilməsi və aliment borcunun silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 11.09.2020-ci il tarixli, 2(105)-2161/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-537/2020 saylı, 13.05.2020-ci il tarixli qətnaməsindən iddaçı Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan kassasiya şikayətinin surətindən görünür ki, iddaçı Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 11.09.2020-ci il tarixli, 2(105)-2161/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(102)-1355/2021 saylı qərarının surətindən müəyyən olunur ki, iddaçı Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 11.09.2020-ci il tarixli, 2(105)-2161/2020 saylı qətnaməsindən kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin izahatlarından aydın olmuşdur ki, onlar arasında alimentin ödənilməsinə dair saziş yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, ilk iddia üzrə İddiaçı Xaçmaz Rayonu İcra və Probasiya şöbəsində 25.09.2019-cu il tarixli **********396 saylı notarial ərizə ilə ilk iddia üzrə cavabdehdən 21717 manat məbləğində aldığını göstərmiş, lakin sonradan həmin ərizəni 25.09.2019-cu il tarixli **********396 saylı notarial ərizəyə 05.12.2019-cu il tarixdə xitam verilmişdir.Həmin ərizə artyıq hüquqi qüvvəsini itirmişdir. Bundan sonra iddiaçı Cavabdeh İddiaçı qarşı aliment üzrə borcları ödəməkdən azad edilməsi və aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. Məhz Cavabdeh iddiasını İddiaçı 21717 (iyirmi bir min yeddi yüz on yeddi) manat məbləğində pul ödəməsi ilə əsaslandırmış, lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən qeyd edilən hal öz təsdiqini tapmamışdır. Həmin qətnamələrdə iddiaçının aliment ödənilməsindən azad olunma və həmin borcun silinməsinə əsas olan hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilki iddia təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1150/2019 saylı, 02.04.2019-cu il tarixli qətnaməsi ilə 04.12.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilib, hər ay 170 (yüz yetmiş) manat müəyyən edilməli, alimentin dəyişdirilmiş miqdarı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. İlk iddia üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün Cavabdeh 30 (otuz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia təmin edilməməli və iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlk iddia təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1150/2019 saylı, 02.04.2019-cu il tarixli qətnaməsi ilə 04.12.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən 04.12.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-46/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-46/2021
15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver