Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-464/2020 24.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Kredit müqaviləsi üzrə borc tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxxx 2014-cü il tarixli, 11R000008973 saylı kredit razılaşması üzrə 16454.4 ABŞ doları əsas, 16682.92 ABŞ dolları faiz və 23555.84 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 56693 (əlli altı min altı yüz doxsan üç) ABŞ dolları 16 (on altı) sent məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin fikrini dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək Azərbaycan Respublikasıtct Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx xxxxxx 2010-cu il tarixli, 11L000000721 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 11R000008973 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx xxxx 2015-ci il tarixli, 11L000000721SA nömrəli sazişlə kredit xəttinin müddəti 175 ay müddətində, kredit xəttinin məbləği 30000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları xx xxxx 2015-ci il tarixli, 11R000008973 S saylı və xx xxxxxx 2015-ci il tarixli, 11R000008973SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə imza etməklə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında icrası üçün əsas borclu Cavabdeh1la birgə məsuliyyət daşımaları və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etmələri barədə öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxx 2016-cı il tarixdən banka qaytarmamışdır. Belə ki, Cavabdeh1 kredit razılaşması üzrə bankdan götürdüyü kredit borcundan 2545.6 ABŞ dolları ödəmiş, onun 16454.4 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxxxx 2019-cu il tarixə 1435 gün üçün hesablanmış faiz borcu 16682.92 ABŞ dolları təşkil edir. Kredit müqaviləsini 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx xxxxxx 2019-cu il tarixə 1435 gün üçün hesablanmış cərimə 23555.84 ABŞ dolları təşkil edir. Qeyd olunanlar, kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi nəzərə alınmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxxx 2014-cü il tarixli, 11R000008973 saylı kredit razılaşması üzrə 16454.4 ABŞ doları əsas, 16682.92 ABŞ dolları faiz və 23555.84 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 56693 (əlli altı min altı yüz doxsan üç) ABŞ dolları 16 (on altı) sent məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbi təmin edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxxx 2014-cü il tarixli, 11R000008973 saylı kredit razılaşması üzrə 16454.4 ABŞ doları əsas, 16682.92 ABŞ dolları faiz və 23555.84 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 56693 (əlli altı min altı yüz doxsan üç) ABŞ dolları 16 (on altı) sent məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında dindirilən Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx xxxxxx 2010-cu il tarixli, 11L000000721 saylı kredit xətti müqaviləsinə əsasənona 60 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə aralarında bağlanmış xx xxxx 2014cü il tarixli, 11R000008973 saylı kredit razılaşması əsasında ona 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı bankla bağladığı xx xxxx 2015-ci il tarixli, 11L000000721SA nömrəli sazişlə kredit xəttinin müddəti 175 ay müddətində, kredit xəttinin məbləği 30000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İddiaçı bankla imzaladıqları xx xxxx 2015-ci il tarixli, 11R000008973 S saylı və xx xxxxxx 2015-ci il tarixli, 11R000008973SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə imza etməklə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında icrası üçün onunla birgə məsuliyyət daşımaları və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etmələri barədə öz üzərlərinə məsuliyyət götürmüşlər. O, bankdan krediti aldığı ərəfədə “xxxxxxxxx” ASC-nin Xaçmaz filialında şöbə müdiri vəzifəsində işləmiş və aylıq 1500 manata qədər əmək haqqı almaqla iddiaçı bankdan aldığı krediti vaxtlıvaxtında ödəmişdir. Lakin sonradan Azərbaycanda dolların kursunun iki dəfə artması, eləcə də əmək haqqısının yaranmış maliyyə problemləri ilə əlaqədar aşağı düşməsi səbəbindən aylıq ödənişləri tam şəkildə edə bilməmişdir. Hazırda iddiaçı bank ondan və digər cavabdehlərdən müştərək qaydada 16454.4 ABŞ doları əsas, 16682.92 ABŞ dolları faiz və 23555.84 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 56693 ABŞ dolları 16 sent məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul tələb edir. O, əsas borcun məbləği ilə razı olsa da, faiz və cərimə məbləğləri ilə razı deyildir. Bankın ondan tələb etdiyi faiz və cərimə məbləğləri şişirdilmişdir. Belə ki, keçən müddət ərzində o, iddiaçı banka 15000 manata qədər ödəniş etmişdir. Odur ki, o, hazırda tələb olunan məbləğlərin yenidən hesablanmasını istəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2010-cu il tarixli, 11L000000721 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx xxxxxx 2010-cu il tarixli, 11L000000721 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli, 11R000008973 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 11R000008973 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli, 11L000000721SA nömrəli sazişdən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı qeyd olunan sazişə əsasən kredit xəttinin müddəti 175 ay müddətində, kredit xəttinin məbləği 30000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli, 11R000008973 S saylı və xx xxxxxx 2015-ci il tarixli, 11R000008973SA saylı sazişlərdən görünür ki, Cavabdeh1 və İddiaçı QSC imzaladıqları qeyd olunan sazişlərə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan xx xxxxxx 2010-cu il tarixli, 11S00000936 saylı və xx xxxxxx 2012-ci il tarixli, 011S000001466 saylı zaminlik müqavilələrindən müəyyən olunur ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında müvafiq zaminlik müqavilələri bağlanmış və həmin cavabdehlər kredit xətti müqaviləsindən və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin vaxtında icrası üçün əsas borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımaları və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etmələri barədə öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarında olan İddiaçı QSC-nin xx xxxxxx 2019-cu il tarixli, 14082 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixinə xx xxxx 2014-cü il tarixli, 11R000008973 nömrəli kredit razılaşması üzrə borcunun məbləği əsas borca görə 16454.4 ABŞ dolları, faiz borcuna görə 16682.92 ABŞ dolları, cərimə borcuna görə 23555.84 ABŞ dolları olmaqla, borcun cəmi məbləği 56693.16 ABŞ dolları təşkil edir. İş materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/2631 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları xx xxxxxx 2010-cu il tarixli, 11L000000721 saylı kredit müqaviləsinin çərçivəsində imzalanmış xx xxxx 2014-cü il tarixli, 11R000008973 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixinə (sual üzrə tarixə) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan əsas borcu 16,084,54 ABŞ dolları, faiz borcu 16,809,24 ABŞ dolları olmaqla ümumi borcu 32893,78 ABŞ dolları müəyyən olunur. xx xxxx 2014-cü il tarixli, 11R000008973 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cərimə borcu hesablanmamışdır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli arayışdan və AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Xaçmaz rayonunun Hacıəlibəy kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 rayonunun Hacıəlibəy kəndində qeydiyyatdadır. İş materiallarında AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, cavabdeh Orucov X2 rayonunun Arzu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit münasibətlərindən irəli gələn öhdəliklər üzrə əsas cavabdeh şəxs olaraq Cavabdeh1Calal oğluna və zaminlik müqavilələri üzrə digər cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 qarşı düzgün olaraq verilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı bankın 16.454.4 ABŞ doları əsas, 16.682.92 ABŞ dolları faiz borcuna, 23.555,84 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) hesablaması bu borca mütənasib deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə nəzərə alır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması təqdirdə nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulmuş tədbirlərin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə 16454.4 ABŞ doları əsas, 16682.92 ABŞ dolları faiz borcuna hesablanmış 23.555,84 ABŞ dolları cərimənin məbləğini azaldaraq, 1000 ABŞ dolları məbləğində müəyyən olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxxx 2014-cü il tarixli, 11R000008973 saylı kredit razılaşması üzrə 16.454.4 ABŞ dolları məbləğində əsas kredit borcu, 16.682.92 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 34.137 ABŞ dolları 32 sent məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxxx 2014-cü il tarixli, 11R000008973 saylı kredit razılaşması üzrə 16.454,4 ABŞ dolları (on altı min dörd yüz əlli dörd dollar qırx sent) məbləğində əsas kredit borcu, 16.682,92 ABŞ dolları (on altı min altı yüz səksən iki dollar doxsan iki sent) məbləğində faiz borcu və 1000 (bir min) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 34.137 (otuz dörd min bir yüz otuz yeddi) ABŞ dolları 32 (otuz iki) sent məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab AZ34 CTRE ******************** nömrəli hesabına keçirilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-464/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-464/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver