Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-468/2020 09.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X15, İddiaçı1, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1, İddiaçı1 vəkili Vəkil, Cavabdeh2, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkilləri Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “Zərərin əvəzi olaraq pul vəsatinin tutulması tələbi”nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 880.000 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu olaraq ödədikləri 30 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dəymiş zərərin əvəzi kimi 880.000 ABŞ dollarının ödəniş gününə olan manatla ekvivalenti məbləğində vəsaitin və dövlət rüsumu olaraq ödədikləri 30 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında dindirilən İddiaçı1 iddiasını müdafiə edərək izahatında göstərdi ki, iş üzrə cavabdehləri çoxdan tanıyır. Cavabdehlərdən Namik İsayev onun doğma qardaşıdır. Digər cavabdehlər Ramin və Cavabdeh3lar isə qardaşının dostlarıdır. 2004-cü ildən X9 Respublikası, Mahaçqala şəhərində yerləşən «MVP Orbita» şirkətinin lisenziyası əsasında Xasavyurt-Bakı- Xosavyurt marşrutunda sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olmuşlar. O, Rusiya Federasiyasında olduğu və işlədiyi vaxtlarda qardaşı Namik İsayev ona zəng vuraraq bildirmişdir ki, hazırda iş üzrə cavabdehlər olan dostları Ramin və Əbdülfət ona iş birliyi təklif edirlər. Maraqlıdırsa Xaçmaz rayonuna gəlib onlarla görüşsün, təkliflərini bəyənsə onlarla iş birliyi qura bilərlər. O, 2009-cu ilin əvvəllərində Xaçmaz rayonuna gələrək cavabdehlərin hər ikisi ilə görüşmüş, söhbət əsnasında cavabdehlər ona təklif etmişlər ki, Quba rayonunda daş karxanalarından Bakı şəhərinə beton zavoduna çınqıl, daş və atsep daşınması işinə başlasınlar və onlar üçün «Nova» markalı özü qaldırıb boşaldan ağır tonnajlı maşınlar lazımdır ki, bu bizneslə məşğul olsunlar. O, cavabdehlərin təkliflərini bəyənmiş və onlara bildirmişdir ki, bu barədə iş üzrə digər iddiaçı olan arvadı İddiaçı2 ilə məsləhətləşib onlara məlumat verəcəkdir. Bundan sonra o, X4 Respublikasının Xosavyurt şəhərinə qayıdaraqaq arvadı ilə məsləhətləşmiş, arvadı təklifi bəyəndiyindən sonradan cavabdehlərə zəng edərək onlara avtomaşın almaq üçün pul göndərə biləcəyini bildirmişdir. Cavabdehlər onlarla razılaşmış, bundan sonra arvadı ilə birlikdə göndərdikləri pullar hesabına 7 ədəd «Nova» markalı yükdaşıma avtomaşını, əlavə olaraq Xaçmaz rayonunun Xaspolad-oba kəndində daş karxanası alınmışdır. Ümumilikdə onlar, yəni iddiaçılar bu işlərə 880.000 ABŞ dolları pul vermişlər. Həmin verdikləri pullar hesabına cavabdehlər öz işlərini başlamışlar. Həmin pulları o, Dağıstandan hissə-hissə məhkəməyə təqdim etdiyi şahidlər vasitəsilə göndərmişdir. Cavabdehlər bildirmişlər ki, hər reysə hər avtomaşından 200 dollar, ümumilikdə hər maşın 10.000 dollar qazanc gətirəcəkdir. 2011-ci ildə onlar cavabdehlərlə görüşmüş, söhbət əsnasında cavabdehlər onlara bildirmişlər ki, işləri yaxşı gedir, biznesdə inkişaf var, onun və arvadının yatırdıqları vəsait və gəlirlərin müqabilində onlara Bakı şəhərində yeni tikilən binalarda müxtəlif yerlərdə mülk şəklində mənzillər verməklə pullarını ödəyəcəklər və ilkin olaraq Bakı şəhəri, Nərimanov rayonunda yerləşən yeni tikili binada 200 kv.m ərazili, dəyəri 300.000 manat olan mənzil göstərmişlər. Cavabdehlər həmin mənzili onlar üçün aldıqlarını, ardıcıl olaraq Bakı şəhərində 7-ci mikrorayon ərazisində yerləşən digər yeni tikili binalarda da mənzillər alacaqlarını bildirmişlər. Bundan sonra Nərimanov rayonunda mənzil alınmış və alınmış mənzilin təmirini də özü etmişdir. Mebel və digər əşyaları da o və arvadı almışlar. Lakin sonradan cavabdehlər onlara həmin mənzilləri verməmişlər. Onlar aldadıldıqlarını başa düşsələr də cavabdehlərdən biri qardaşı olduğuna görə heç bir orqana müraciət etməmişlər. Cavabdehlərlə birlikdə iş birlikləri ilə əlaqədar danışıqlar apararkən onlar etiraf etmişlər ki, o, ümumi iş birliyinə 880.000 ABŞ dolları məbləğində pol qoymuşdur və bu danışıq X1 iştirakı ilə keçirilmiş və telefonun yaddaşına yazılmışdır. Lakin sonradan cavabdehlər onlara heç bir pul vermədiklərindən 2015-ci ildə onlar bu barədə rəsmi olaraq Bakı şəhəri, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişlər. Orada aparılan araşdırma zamanı cavabdehlər onlara pullarını ödəyəcəklərinə vəd vermişlər. Bakı şəhəri, Xırdalan şəhəri, H.Əliyev küçəsində yerləşən iki mərtəbəli yaşayış evini onlara vermişlər və həmçinin bildirmişlər ki, 2017-ci ildə Nizami rayonunda yerləşən üç otaqlı mənzil də verəcəklər. Cavabdehlər yazılı müqavilə də bağlamışlar. Lakin söz verdikləri ikinci mənzili onlara verməmişlər. Aldadıldıqlarını başa düşdükdən sonra o, 2019-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə yenidən müraciət etmiş və orada araşdırma aparıldıqdan sonra bildirmişlər ki, mübahisə mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməlidirlər. Onlar ilk iddia tələbləridə cavabdehlərdən 820000 ABŞ dollarının və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq onlara verilməsini xahiş etmişlər. Hazırda tələblərində dəyişiklik etməklə bildirirlər ki, cavabdehlərdən onlara verməli olduqları məbləğ 880.000 (səkkiz yüz səksən min) ABŞ dolları təşkil edir. Beləliklə cavabdehlər öz hərəkətləri ilə onlara göstərilən 880.000 ABŞ dolları məbləğində zərər vurmuşlar. Ona görə də iddia tələbləri hazırki həcmdə təmin olunmaqla cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dəymiş zərərin əvəzi kimi 880.000 ABŞ dollarının ödəniş gününə olan manatla ekvivalenti məbləğində vəsaitin və dövlət rüsumu olaraq ödədikləri 30 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən İddiaçı2, onun nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək İddiaçı1 izahatı ilə eyni məzmunlu izahat verməklə iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında dindirilən Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə ona, qardaşı Cavabdeh3 və digər cavabdeh olan Cavabdeh2 qarşı iddia qaldıraraq onlardan vurulan zərərin əvəzi olaraq 880000 ABŞ dolları pulun tutularaq onlara verilməsini xahiş edir. İddiaçıların onlara qarşı yönəlmiş iddia tələbləri tam əsassızdır. Belə ki, onun İddiaçı1 və arvadı İddiaçı2 ilə heç bir iş birliyi olmamışdır. Cavabdeh2 iddiaçılardan İddiaçı1 doğma qardaşıdır. O və qardaşı Əbdülfət uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar, onların Xaçmaz rayonu ərazisində daş karxanası və yük avtomobilləri olmuşdur. Onun və qardaşı Cavabdeh3 iddiaçının qardaşı Cavabdeh2lə iş birlikləri olmuş, Namik isayev də onların biznesinə bir müddət qoşulmuş və bu iş birlikləri 2012-ci ildə bitmişdir. İddiaçı1 tərəfindən ona hər hansı məbləğdə pul vəsaiti verilməmişdir. O və qardaşı Cavabdeh3 Cavabdeh2lə birgə işləmişlər və hər biri özünə aid qazanca götürmüşlər. İddiaçı1 isə illərlə onlardan əsassız böhtan xarakterli şikayətlər yazmaqda davam etmişdir. Onun müxtəlif orqanlara yazdığı əsassız böhtan xarakterli şikayətləri sübut olunmamış və rədd edilmişdir. O, qardaşı Cavabdeh3 və Cavabdeh2 müəyyən müddət ərzində birgə yük maşınları alaraq rayonlardan Bakı şəhərinə çınqıl-daş daşınması ilə məşğul olmuşlar və Xaçmaz rayonu ərazisində daş karxanası işlətmişlər. Lakin bu işlərlə iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir əlaqəsi olmamışdır. Xüsusilə də qeyd edir ki, onun və qardaşı Əbdülfətin iddiaçılarla ümumiyyətlə heç bir münasibətləri və əlaqələri olmamışdır. Cavabdeh2 özünün qardaşı İddiaçı1lə öz aralarında müəyyən müddət iş birliyi olmuş, bu iş birliyində Zaur qardaşı Namiqə müəyyən qədər köməklik etmişdir. Onların iş birliyi əsasında Namiq Zaurun üstünə Rusiyaya mal göndərmiş, Zaur isə malı sataraq pulunu Namiqə göndərmiş, əldə olunan qazancı isə aralarında bölmüşlər. Sonradan Namiq qardaşı Zaura bunun müqabilində Bakı şəhəri, Xırdalan qəsəbəsi ərazisində mənzil vermişdir. Ona görə də iddiaçıların iddia tələblərini əsassız hesab edərək təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh3 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə ona, qardaşı Cavabdeh1 və digər cavabdeh olan Cavabdeh2 qarşı iddia qaldıraraq onlardan 880000 ABŞ dolları pulun tutularaq onlara verilməsini xahiş edir. İddiaçıların onlara qarşı yönəlmiş iddia tələblərini o da tam əsassız hesab edir. Belə ki, onun İddiaçı1 və arvadı İddiaçı2 ilə heç bir iş birliyi olmamışdır. Cavabdeh2 iddiaçılardan İddiaçı1 doğma qardaşıdır. Əslində onun və qardaşı Cavabdeh1 iddiaçının qardaşı Cavabdeh2lə iş birlikləri olmuş və bu iş birlikləri 2012-ci ildə bitmişdir. İddiaçı1 tərəfindən ona hər hansı məbləğdə pul vəsaiti verilməmişdir. O və qardaşı Cavabdeh1 Cavabdeh2lə birgə işləmişlər və hərə öz qazanclarını götürmüşlər. İddiaçı1 isə illərlə onlardan əsassız böhtan xarakterli şikayətlər yazmaqda davam etmiş, onun müxtəlif orqanlara yazdığı əsassız böhtan xarakterli şikayətləri sübut olunmamış və rədd edilmişdir. O, qardaşı Cavabdeh1 və Cavabdeh2 müəyyən müddət ərzində birgə yük maşınları alaraq rayonlardan Bakı şəhərinə çınqıl-daş daşınması ilə məşğul olmuşlar və Xaçmaz rayonu ərazisində daş karxanası işlətmişlər. Lakin bu işlərlə iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir əlaqəsi olmamışdır. Onun və qardaşı Raminin iddiaçılarla ümumiyyətlə heç bir münasibətləri və əlaqələri olmamışdır. Cavabdeh2 özünün qardaşı İddiaçı1lə öz aralarında müəyyən müddət iş birliyi olmuş, bu iş birliyində Zaur qardaşı Namiqə müəyyən qədər köməklik etmişdir. Onların iş birliyi əsasında Namiq Zaurun üstünə Rusiyaya mal göndərmiş, Zaur isə malı sataraq pulunu Namiqə göndərmiş, əldə olunan qazancı isə aralarında bölmüşlər. Sonradan Namiq qardaşı Zaura bunun müqabilində Bakı şəhəri, Xırdalan qəsəbəsi ərazisində mənzil vermişdir. Ona görə də iddiaçıların iddia tələblərinin əsassız olduğundan təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iş üzrə iddiaçılardan İddiaçı1 onun doğma qardaşı, İddiaçı2 isə qardaşının arvadıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə ona, digər cavabdehlər Ramin və Cavabdeh3lara qarşı iddia qaldıraraq onlardan vurulan zərəri olaraq 880000 ABŞ dolları pulun tutularaq onlara verilməsini xahiş edir. İddiaçıların ona qarşı yönəlmiş iddia tələblərini əsassız hesab edir. Belə ki, onun iş üzrə digər cavabdehlər Ramin və Əbdülfəz Əzizovla təxminən 1998-ci ildən 2012-ci ilədək olan dövr ərzində iş birlikləri olmuş, həmin dövr ərzində onlar birgə yük avtomaşınları alaraq rayonlardan Bakı şəhərinə çınqıl-daş daşınması ilə məşğul olmuşlar və Xaçmaz rayonu ərazisində daş karxanası işlətmişlər. Lakin bu işlərlə iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir əlaqəsi olmamışdır. Onun qardlaşı İddiaçı1lə aralarında 2011-ci ilədək Türkiyədən karqo üsulu ilə Azərbaycana, Azərbaycandan isə avtomaşınlarla X4 Respublikasına mal mübadilələri olmuşdur. Belə ki, o, Türkiyədən malı gətizdirmiş və Dağıstan Respublikasına qardaşı Zaura satmaq üçün göndərmişdir. Zaur isə malları sataraq pulunu avtomobil sürücüləri ilə ona göndərmişdir. Bu şəkildə onlar şərikli işləyərək pul qazanmışlar. Bu işləri 2011-ci ilin noyabr ayınadək davam etmiş, sonradan qardaşı onunla iş birliyini pozmuş və özü tək Dağıstan Respublikasında bu işlə məşğul olacağını bildirmişdir. Dəfələrlə qardaşına bu işdə ziyana düşəcəyini bildirsə də öz bildiyi kimi hərəkət etmiş, ona görə də o, malın çoxunu onda qoyaraq iş birliyindən ayrılmışdır. Sonradan isə qardaşı Zaur müstəqil işləyə bilməyərək xeyli miqdarda ziyana düşmüş və çoxlu borcları yaranmışdar. Qardaşı kimi ona köməklik edərək öz qazancından onun borclarını bağlayaraq onu vəziyyətdən çıxarmış, hətta qardaşını Azərbaycana dəvət edərək yaşaması üçün 120000 manat dəyərində öz evini ona vermişdir. Sonradan o, həmin evi də dəyər-dəyməzə 60000 manata satmışdır. Zaurun özünün külli miqdarda borcları olduğundan ondan, keçmiş şərikləri olmuş Əbdülfət və Ramindən müxtəlif orqanlara əsassız şikayətlər etməyə başlamış və pul tələb etmişdir. Lakin onun Prokurorluğa və Daxili İşlər orqanlarına etdiyi şikayətləri öz təsdiqini tapmamışdır. Ona görə də İddiaçı1 ona qarşı iddiasını əsassız hesab edir, ona hər hansı məbləğdə pul verməli deyildir, ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkilləri Nümayəndə2 iddianı qəbul etməyərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 izahatları ilə eyni məzmunlu izahat verməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçıların təqdim etdiyi şahid Əhmədov Rövşən Məqsəd oğlu göstərdi ki, iş üzrə İddiaçı1 2006-cı ildən tanıyır. İş üzrə cavabdehləri İddiaçı1 vasitəsilə tanımışdır. 2006-cı ildən 2012-ci ilə kimi iddiaçılar Zaur və Patimat ilə birlikdə işləmiş və onlara məxsus mikroavtobuslardan birini idarə etmişdir. Cavabdeh2 də elə o vaxtlardan Zaurun kiçik qardaşı kimi tanımışdır. Sonradan Namiqin vasitəsilə Ramin və Əbdülfət qardaşlarını Zaur və Patimatın Azərbaycandakı qum-çınqıl, karxana bizneslərinin ortağı kimi tanımışdır. Zaur və Patimatın cavabdehlər Namiq, Ramin və Əbdülfətə qarşı qaldırdıqları pul tələbi iddiasına dair onu deyə bilər ki, iddiada göstərilən məbləğin ən azı 100.000 ABŞ dolları hissəsini Zaur və Patimat şəxsən onun vasitəsilə Namiqə göndərmişlər. Belə ki, 2009-cu ilin sonunda o, Dağıstan Respublikasının Xasavyurt şəhərindən Bakıya növbəti səfərə hazırlaşarkən Zaur ona 50.000 ABŞ dolları vermiş və izah etmişdir ki, pulun 20.000 ABŞ dolları hissəsini Binə bazarında yerləşən və “İqdır” şirkətinə onun karqo işlərinə görə versin. Yerdə qalan 30.000 ABŞ dollarını isə qardaşı Namiqə çatdırsın. Bildirmişdir ki, bir müddət əvvəl qardaşı Namiq və onun dostları ilə başladığı yeni qum-çınqıl daşımaları- karxana biznesi üçün “Howo” markalı yük maşınları alınmalıdır. O, həmin 30000 ABŞ dolları pulu götürdükdan sonra Azərbaycana gətirərək Bakı şəhərində iddiaçının qardaşına çatdırmışdır. Bir neçə ay üstündən keçdikdən sonra 2010-cu ildə Namiq “Binə” ticarət mərkəzində olduqları zaman ona yaxınlaşıb bildirmişdir ki, qum-çınqıl daşımaları- karxana biznesindən Zaur və Patimatın payına düşən qazanc hesabına Bakının Nərimanov rayonunda, onların payına düşən qazanc hesabına alınan mənzilin təmirinə başlayırlar. Ona kataloq vermişdir ki, Xasavyurtda qardaşı Zaura çatdırsın, Zaurla arvadı Patimat hansı otağı, hansı formada təmir etmək barədə birlikdə seçim etsinlər. Həmçinin ona bildirmişdir ki, o, Zaura zəng edib demiş, təmir üçün 20.000 ABŞ dolları göndərməsini Zaurun yadına salsın. O, Xasavyurta çatdıqdan sonra kataloqu Zaura vermiş, səhəri gün Zaur, üzərində qeydlər edilmiş kataloqu və 20.000 ABŞ dollarını ona vermişdir ki, Bakıda Namiqə çatdırsın. O, Bakı şəhərinə gəldiyi günün səhərisi “Binə” ticarət mərkəzində Namiqlə görüşərək kataloqu və 20.000 ABŞ dolları pulu ona vermişdir. Sonralar 2011-ci ilin əvvəllərinə kimi o, Dağıstanın Xasavyurt şəhərində Zaur və Patimatdan Bakıda Namiqə çatdırmaq üçün hər dəfə 10.000 ABŞ dolları məbləğində pul alaraq ümumilikdə 50.000 ABŞ dolları pulu Namiqə çatdırmışdır. Ümumilikdə Zaur və Patimat onun vasitəsilə Xasavyurtdan Bakıya Namiqə 100.000 ABŞ dolları göndərmişlər. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi digər şahid X10 göstərdi ki, iş üzrə İddiaçı1 2002-ci ildən tanıyır. Onunla 14-15 il birgə işləmişlər. 2002-ci ildən 2015-ci ilə kimi iddiaçılar Zaur və Patimat ilə birlikdə işləmiş və əvvəlcə onlara məxsus avtobusu, sonralar isə mikroavtobusu idarə etmişdir. Cavabdeh2 də elə həmin vaxtlardan Zaurun doğma qardaşı kimi tanımışdır. 2009-cu ildə Zaur və Patimat Namiqin təklifi ilə Ramin və Əbdülfət adlı şəxslərlə qum-çınqıl və karxana biznesinə başladıqdan sonra Namiq vasitəsilə həmin şəxslərlə tanış olmuşdur. 2009-cu ildən Zaur və Patimatın Xasavyurt- Bakı-Xasavyurt marşrutu ilə hərəkət edən mikroavtobuslarının birinin sürücüsü olduğundan, həftədə 2 dəfə Bakıya gəlmiş və iddiada qeyd edilən məbləğin azı 170.000 ABŞ dolları hissəsini müxtəlif vaxtlarda Zaur və Patimat şəxsən onun vasitəsilə Namiqə göndərmişlər və o, həmin məbləği müxtəlif vaxtlarda Bakı şəhərində şəxsən Namiqə çatdırmışdır. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi digər şahid X7 göstərdi ki, iş üzrə tərəfləri tanıyır. Zaur və Namiqi uşaqlıqdan tanıyır. 2002-ci ildən Dağıstan Respublikasının Xasavyurt şəhərində yaşayır və orada işləyir. Tərəflər arasında olan pul mübahisəsinin əvvəldən şahididir. Hətta tərəfləri bir neçə dəfə barışdırmağa cəhd etmiş, lakin barışıq mümkün olmamışdır. Namiq və digər cavabdehlər həqiqətən Zaur və Patimatdan ümumi biznesə qoymaq üçün pul almış və bunu dəfələrlə olan görüşlərdə etiraf etmişlər. Belə ki, bu görüşlərdən biri Xaçmaz rayonunun Hacıqurban oba kəndində yerləşən, Zaur və Patimatın ümumi qum- çınqıl, karxana biznesinə verdiyi pulun bir hissəsi ilə alınan daş karxanasının müdir otağında baş tutmuşdur. Həmin görüşdə o, İddiaçı1, Cavabdeh2, İsayev Vüqar, Cavabdeh3 və Cavabdeh1 olmuşdur. Müzakirənin sonunda Namiq Raminə bildirmişdir ki, bundan sonra Zaurun ümumi qum-çınqıl, karxana biznesindən qazancını özünə versin. Həmçinin həmin görüşdə Namiq Zaura bildirmişdir ki, onsuz da, Dağıstanda karqo işini dayandırıb, gəlib Xaçmaza köçsün və özü işi idarə etsin. Zaur da daha Dağıstana getməmiş, hər gün karxanaya və ümumi biznesə nəzarət etmişdir. Həmin vaxt bir neçə ay o da Xaçmazda oldugundan, karxanaya Zaurun yanına gedib-gəlmişdir. Karxananın maliyyə işinə Ramin nəzarət etdiyindən kassa və pul onda olmuş və pulları o bölüşdürmüşdür. Zaur pul istədikdə Ramin malların müştərilərə nisyə verildiyini, pulların hələ ki, yığılmadığını bildirmişdir. Ona görə də Zaur aldadıldığını başa düşərək, hüquq mühafizə orqanlarına şikayət etmişdir. Tərəflərin daha sonrakı görüşü 2017-ci ildə olmuşdur. Cavabdeh1 İddiaçı1 zəng vuraraq bildirmişdir ki, qardaşı Cavabdeh3 həcc ziyarətinə getmək istəyir, ona görə də Xaçmaza gəlməsini, pul münasibətlərinə aydınlıq gətirərək halallaşmalarını demişdir. Zaur Xaçmaza gəlmiş və onun işlədiyi kafedə tərəflər görüşmüşlər. Həmin görüşdə o, İddiaçı1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və İsayev Vüqar iştirak etmişdir. Görüşdən əvvəl Zaur ondan xahiş etmişdir ki, görüşdə olan müzakirələri mobil telefonunun yaddaşına köçürsün. Çünki o, həmin səs yazısını Patimatın qardaşı və yaxın qohumlarına sübut kimi təqdim etmək istəmişdir. Zaur, özünün də Patimat ilə birlikdə cavabdehlər tərəfindən aldadıldığını Dağıstandakı qohumlarına sübut etmək üçün o, həmin görüşün səs yazısını aparmışdır. Həmin görüşdə Cavabdeh1 təsdiq etmişdir ki, ümumi bizneslərinə İddiaçı1 500 000 min ABŞ dolları vəsait göndərmiş və ümumi işə qoyulmuşdur. Həmin məbləğ hissə-hissə biznesdən çıxardılmış və Namiqdədir. Cavabdeh2 o görüşdə vəsaitin onda olmasını etiraf etmişdir. Həmçinin məlum olmuşdur ki, əlavə olaraq 380 000 ABŞ dolları İddiaçı1 tərəfindən biznesə investisiya etmək üçün göndərilsə də Cavabdeh2 tərəfindən həmin vəsait ümumi işə qoyulmamış, onun özündə saxlanılmışdır. Həmin 380 000 ABŞ dollarından Cavabdeh1 və Cavabdeh3 xəbəri olmamışdır. Cavabdeh3 acıqla Namiqə bildirmişdir ki, Zaurun bütün pullarını özünə qaytarsın. Bundan əlavə həmin görüşdə Cavabdeh3 təsdiq etmişdir ki, Bakının Nərimanov rayonunda hazırda Cavabdeh2 yaşadığı mənzil, İddiaçı1 və İddiaçı2 ümumi biznesə qoyduqları vəsaitin qazancı hesabına alınsa da, hazırda Cavabdeh2 tərəfindən mənimsənilib. Həmin evin təmiri və mebeli İddiaçı1 və İddiaçı2 vəsaiti hesabına alınıb. Bundan əlavə “Audi” Q7 markalı maşını İddiaçı1 özü üçün 60 000 ABŞ dollarına Dağıstanda sürməyə almışdır. Sonradan isə Cavabdeh2 və Cavabdeh3 Zaurdan xahiş etmişlər ki, yeni qurulan biznes üçün şirkətlərlə müqavilə imzalamağa gedərkən, daha görünüşlü görünmək üçün həmin maşını Azərbaycana göndərsin və istifadə etsinlər. Zaur həmin avtomobili də Cavabdeh2, həmçinin Əzizov qardaşlarının istifadəsinə vermişdir. Həmin maşını Zaur özü sürərək dövlət sərhəddindən keçirmiş, onun yanında həmin avtomobili Zaur Namiqə təhvil vermişdir. Maşının gömrük rüsümu olaraq 20 000 ABŞ dollarını da Zaur Namiqə vermişdir. Bundan əlavə səhəri gün Zaur Namiqə 5000 ABŞ dolları göndərmişdir ki, 007 nömrəli dövlət nişanı alınsın. Bundan əlavə Masazırda ehtiyyat hissələri və daş karxanasının alınması üçün cavabdehlər İddiaçı1 90 000 ABŞ dollarını bir dəfəyə almışlar. Sonradan isə yenə də 50 000 ABŞ dolları istəmişlər. Zaur onun yanında Moskvada işləyən Ağa adlı müştərisinə zəng vuraraq xahiş etmişdir ki, həmin pulları Bakıda Namiqə çatdırsın. Dəfələrlə olmuşdur ki, qum-çınqıl biznesinə lazım olan vəsaiti Namiq Bakıda Ağa vasitəsi ilə Zaur və Patimatdan qəbul etmişdir. Cavabdeh2, İddiaçı1 və İddiaçı2 aid olan Dağıstandakı karqo biznesində heç bir şərikliyi olmamışdır. Namiqin Dağıstanda işlətdiyi dükanlar Zaur və Patimata məxsus olmuş, Namiq Dağıstanda cəmi 2 il işləmiş və həmin müddətdə mərhum atasına köməklik etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi digər şahid X2 göstərdi ki, iddiaçlar İddiaçı1 və İddiaçı2 2004-cü ildən tanıyır və iş yoldaşı olmuşlar. Onlar Xasavyurd şəhərində beynəlxalq sərnişin və yük daşımaları ilə, o isə Rusiya Federasiyasının daxilində sərnişin və yük daşımaları ilə məşğul olmuşdur. 2008-ci ilin axırlarında onun vasitəsilə Zaur Moskva şəhərində yaşayan Ağa adlı şəxslə tanış olmuş, onlar birgə Türkiyədən Rusiyaya karqo xidməti vasitəsilə mal daşımalarının həyata keçirilməsinə dair aralarında razılaşma olmuşdur. Beləliklə onların işi baş tutmuş və onlar 2009-cu ilin əvvəllərindən birgə Türkiyədən Rusiyaya karqo vasitəsilə mal daşınması işinə başlamışlar. O, hər dəfə Xasavyurdda Ağanın malını Zaurdan qəbul edərkən malın miqdarının, indiyə kimi olan borcun məbləğinin və Ağa tərəfindən Zaura ödənilən vəsaitin dəyərinin qeydiyyatını etmişdir. Bir müddət sonra söhbət əsnasında Zaur arvadı Patimatla daşımalardan çatan pulun çox hissəsini, Azərbaycanda qardaşı Namiq və onun dostları ilə qurduğu qum-çınqıl daşımaları, karxana biznesinə yatırdığını bildirmişdir. Ağa ilə Zaur 2009-cu ilin əvvəlindən, 2010-cu ilin sonuna kimi 2 il çalışmışlar. Bu iki ildə onlar arasında 456000 ABŞ dolları dövriyyə olmuşdur. Həmin dövriyyənin qeydiyyatı onun tərəfindən aparılmışdır. Onda olan məlumata əsasən 456000 ABŞ dollarının yarıdan çox hissəsi, yəni 260.000 ABŞ dolları Zaur və Patimatın razılığı ilə sonuncular tərəfindən yeni biznes üçün Namiqə çatdırılmışdır. Məhkəmə iclasında dindirilən cavabdeh tərəfin təqdim etdiyi şahid X23 göstərdi ki, iş üzrə İddiaçı1 və iş üzrə Cavabdeh2 onun doğma qardaşlarıdır. Onlar bir müddət bir yerdə işləmişlər. Eşitdiyinə görə digər cavabdehlər Cavabdeh1 və Əbdülfəz Əzizovun da qardaşları ilə münasibətləri olmuş və işləmişlər. Lakin onların arasında nə baş vermişsə onların münaqişələrinə qarışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 göstərdi ki, iş üzrə İddiaçı1 və iş üzrə Cavabdeh2 onun doğma övladlarıdır. Vüqar İsayev də onun övladıdır. Övladlarının üçü ilə də münasibətləri yaxşıdır. X25 2011-2012-ci illərin əvvəllərinə kimi biznes sahəsində şərikli işləmişlər. Sonra öz razılıqları ilə şərikli bizneslərindən ayrılmışlar və hər biri ayrılıqda ticarətlə məşğul olmuşlar. Şərikli işlədikdən sonra hər kəs öz payını götürüb ayrılmışlar. İllər keçəndən sonra Zaurla Namiq arasında narazılıqlar yaranmış və hazırda Zaur Namiqdən iddia edir ki, onu pul verməlidir. Məhkəmə iclasında dindirilən cavabdeh tərəfin təqdim etdiyi şahid X20 göstərdi ki, iş üzrə tərəflərdən Cavabdeh2 onun kürəkənidir. İddiaçı Zaur Cavabdeh2 doğma qardaşıdır. 5 ildir ki, Zaurla Namiq arasında mübahisə mövcuddur. İddiaçı nə istəyirsə özü də anlamır. Hətta aralarında olan mübahisənin sülh yolu ilə həll olunmasından ötrü, Namiq qardaşı Zaura Xırdalan şəhərindəki evini də vermişdir. Zaur Notariusda ərizə verərək qardaşı Namiqlə aralarında hər hansı mübahisə qalmadığını və hər hansı tələbinin olmadığını bildirmişdir. Lakin buna baxmayaraq sonradan yenidən Zaur qardaşı Namiqə və digər cavabdehlərə qarşı iddialarına başlamışdır. Şahid kimi onu təsdiq edir ki, Cavabdeh2 qardaşı İddiaçı1 hər hansı məbləğdə borcu yoxdur. İş materiallarındaq olan Xaçmaz rayon Polis Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 160-24262 nömrəli məktubundan görünür ki, cavabdehlərdən Əzizov X24 şəhəri Səid Qurbanov küçəsi 5 saylı ünvanda qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Sail Tağıyevin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxxx 2015-ci il tarixli qərarının surətindən görünür ki, xx xxxx 2015-ci il tarixdə cavabdeh İsayev X22 rayon Polis Şöbəsinə müraciət edərək qardaşı- İddiaçı1 ilə birlikdə 1999-cu ildən biznes fəaliyyəti ilə məşğul olduğunu, sonradan qardaşı İddiaçı1 tüfeyli həyat tərzi keçirdiyini və biznes fəaliyyətini iflasa apardığını Zaurun onun ailə üzvlərinə ziyan verəcəyi ilə hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb etməsini bildirmişdir. Xaçmaz rayon Polis Şöbəsində aparılmış araşdırma nəticəsində material üzrə cinayət tərkibi olmadığı müəyyən edildiyindən cinayət işi başlanması rədd edilmişdir. Həmçinin araşdırma zamanı İddiaçı1lə Cavabdeh2 arasında 1999-cu ildən 2012-ci ilədək iş birliyi olduğu müəyyən edilmişdir. Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Sail Tağıyevin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxxx 2015-ci il tarixli qərarda olan İddiaçı1 izahatında göstərmişdir ki, qardaşı- iş üzrə Cavabdeh2 2012-ci ildə 7 ədəd yük avtomobilinin, daş karxanasının alınması və ümumi işlər üçün 583.000 ABŞ dolları pul vermişdir. İş materiallarında Xaçmaz rayon Prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxxxxxxx 2016-cı il tarixli qərarının surətindən görünür ki, İddiaçı1 xx xxxxxxxx 2016-cı il tarixdə ərizə ilə Xaçmaz rayon Prokurorluğuna müraciət edərək qardaşı Cavabdeh2 bir neçə il əvvəl ona Xaçmaz şəhərində yaşayan dostları Cavabdeh1 və Cavabdeh3 ilə şərikli Xaçmaz şəhərində qum karxanası açmağı və Bakı şəhərinə beton zavoduna çınqıl daşı, otsep daşımaq üçün yük avtomobilləri almağı təklif edərək hər bir yük avtomobilinin ayda 12.000 ABŞ dolları qazanc gətirə biləcəyini bildirdiyini, qardaşına inanaraq 7 ədəd yük avtomobili alıb verdiyini, Xaçmaz şəhəri, 2 №-li orta məktəbin yaxınlığında isə qum karxanası aldığını, lakin Cavabdeh1 qanun sahibkarlıq fəaliyyəti göstərərək heç bir əmək müqaviləsi bağlamadan karxanada 10 nəfərdən artıq işçi işlətdiyini, vəzifəsindən sui-istifadə edərək qazancı özünün tək mənimsədiyini, saxtakarlıqlar edərək dövlətə və onlara digər ödənişləri ödəməkdən yayındığını bildirmiş və ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini, təqsirli şəxslərin isə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xaçmaz rayon Prokurorluğunda aparılan araşdırma nəticəsində İddiaçı1 şikayət ərizəsində göstərdiyi hallar öz təsdiqini tapmadığından həmin material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxxxxxxx 2016-cı il tarixli qərardan müəyyən olunur ki, İddiaçı1lə iş üzrə cavabdeh olan qardaşı Cavabdeh2 arasında iş birliyi 2009-cu ildən başlanmış, 2012-ci ildə başa çatmış, 2015-ci ildən isə İddiaçı1 cavabdehlər barəsində müxtəlif orqanlara şikayətlər etməyə başlamışdır. Həmçinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxxxxxxx 2016-cı il tarixli qərardan ğürünür ki, İddiaçı1 izahatında qardaşı- iş üzrə Cavabdeh2 2012-ci ildə 7 ədəd yük avtomobilinin, daş karxanasının alınması və bu kimi ümumi işlər üçün 485.000 ABŞ dolları pul vermişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixdə İddiaçı1 ilə cavabvdeh Cavabdeh2 arasında bağlanmış razılaşma müqaviləsinin surətindən görünür ki, cavabdeh İsayev X17 qəsəbəsi, Quşçuluq massivi, H.Əliyev prospektində yerləşən iki mərtəbəli yaşayış evini İddiaçı1 satmaq və yaşamaq üçün verir, həmçinin Cavabdeh2 Bakı şəhəri Nizami rayonunda 14 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən 3 otaqlı yaşayış evini 2016cı ilin dekabr ayınadək alıb anaları X3 adına keçirəcək və yaşamaq üçün İddiaçı1 verəcək, həmin evə qarşı Cavabdeh2 heç bir iddiası olmayacaqdır. İddiaçı1 müqavilədə qeyd enmişdir ki, göstərilən edlərlə əlaqədar məsələ həll olunduqdan sonra qardaşı- Cavabdeh2 qarşı heç bir iddiası olmayacaq, həmçinin Namiqin dostları- cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan İddiaçı1 Bakı şəhəri, 27 saylı Notariat kontorundə təsdiq etdirərək imzaladığı xx xxxx 2015-ci il tarixli, 7E-5427 reyestr nömrə ilə qeydə alınmış ərizəsinin surətindən görünür ki, İddiaçı1 ərizə yazaraq qardaşı Cavabdeh2 ilə aralarında narazılıq olduğunu, hazırda aralarında olan narazılığın bitdiyini, bunun müqabilində Cavabdeh2 özünə məxsus olan ünvan 3 ünvanındakı evə sərəncam vermək, satmaq üçün Bakı şəhəri, 27 saylı Notariat Kontorunda xx xxxx 2015-ci il tarixdə ona etibarnamə verdiyini, onun gələcəkdə qardaşı Cavabdeh2, onun ailəsinə və onun dostlarıcavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı heç bir əmlak, pul və digər iddiaları və şikayəti olmayacağını bildirmişdir. İddiaçı tərəf X6 notarial qaydada imzalar təsdiq edilmiş 2 ədəd ərizə məhkəməyə təqdim edərək həmin ərizələrin iş üzrə sübut kimi qəbul edilməsini xahiş etmişdir. Həmin ərizələrdə Rusiya Federasiyasının vətəndaşı X26 və X13 tərəflərin iş birliyi ilə əlaqədar şahid kimi fikir bildirmişlər., Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışlar ki, onların 2009-2015-ci illər ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə aralarında iş birliyi olmuş, bu dövr ərzində cavabdehlərə yük avtomobillərinin və daş karxanasının alınması, digər işlərin görülməsi ilə əlaqədar müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 880.000 ABŞ dolları məbləğində pul vermişlər, lakin cavabdehlər onların pulunu qaymayaraq onlara ziyan vurmuşlar. Belə olduğu halda iddiaçılar İddiaçı1 və İddiaçı2 üzərinə onların 2009-2015-ci illər ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə aralarında iş birliyi olması, bu dövr ərzində cavabdehlərə yük avtomobillərinin və daş karxanasının alınması, digər işlərin görülməsi ilə əlaqədar müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 880.000 ABŞ dolları məbləğində pul vermələrini, lakin cavabdehlərin onların pulunu qaytarmayaraq onlara ziyan vurmalarını sübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işdə olan sənədlərə hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil. iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, İddiaçı1 Cavabdeh2 ilə birlikdə 2012-ci ilin əvvələrinədək ortaq biznesləri olmuş, lakin 2012-ci ilin yanvar ayında atalarının vəfatından sonra öz aralarındakı şərikli bizneslərinə son vermişlər. 2015-ci ildə iddiaçı hazırkı tələblə bağlı cavabdehlər barəsində Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət etmiş, Cavabdeh2 isə İddiaçı1 onu hədələməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə müraciət etmişdir. Hər iki şikayət üzrə araşdırmalar aparılmış, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra aralarında olan narazılığın aradan qaldırılması üçün Cavabdeh2 öz mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı1 mülkiyyətinə vermiş, İddiaçı1 isə öz növbəsində səlahiyyətli orqanlara ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizəni imzalayaraq göstərmişdir ki, qardaşı Cavabdeh2 ilə aralarında narazılıq olmuş və həmin narazılıq bitmişdir. Bunun müqabilində qardaşı Cavabdeh2 özünə məxsus olan ünvan 5 ünvanındakı evə sərəncam vermək, satmaq üçün Bakı şəhəri 27 saylı Notariat Kontorunda xx.xx.2015-ci il tarixdə Zaura etibarnamə vermişdir. Onun gələcəkdə Cavabdeh2, onun ailəsinə, onun tanışları Cavabdeh1, X16 qarşı heç bir əmlak, pul və digər iddiaları və şikayətləri olmayacaqdır. Göründüyü kimi, hazırda İddiaçı1 tərəfindən irəli sürülən iddia tələbi ilə bağlı əvvəllər də tərəflər arasında mübahisə olmuş və həmin mübahisə xx.xx.2015-ci il tarixdə Cavabdeh2 ilə İddiaçı1 arasında əldə edilmiş razılıqla bitmiş və İddiaçı1 həmin məsələlərlə bağlı Cavabdeh2, onun ailəsinə və onun tanışları Cavabdeh1, X16 qarşı heç bir tələb irəli sürməyəcəyinə dair öhdəlik götürmüşdür. Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Sail Tağıyevin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx xxxx 2015-ci il tarixli qərarda müəyyən olunur ki, Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsində aparılan araşdırma zamanı İddiaçı1 izahatında qardaşı- iş üzrə Cavabdeh2 2012-ci ildə 7 ədəd yük avtomobilinin, daş karxanasının alınması və ümumi işlər üçün üçün 583.000 ABŞ dolları pul verdiyini göstərmişdir. Həmçinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə Xaçmaz rayon Prokurorluğunun xx xxxxxxxx 2016-cı il tarixli qərarından müəyyən olunur ki, Xaçmaz rayon Prokurorluğunda aparılan araşdırma zamanı İddiaçı1 izahatında qardaşı- iş üzrə Cavabdeh2 2012-ci ildə 7 ədəd yük avtomobilinin, daş karxanasının alınması və bu kimi ümumi işlər üçün 485.000 ABŞ dolları pul verdiyini göstərmişdir. Hal-hazırda isə İddiaçı1 iddia tələbində 2009-2015-ci illər ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə aralarında iş birliyi olmuş, bu dövr ərzində cavabdehlərə yük avtomobillərinin və daş karxanasının alınması, digər işlərin görülməsi ilə əlaqədar müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 880.000 ABŞ dolları məbləğində pul verdiyini göstərir. Beləliklə Xaçmaz rayon Polis Şöbəsində və Xaçmaz rayon Prokurorluğunda aparılmış araşdırmalar zamanı İddiaçı1 verdiyi izahatlarında göstərdiyi məbləğlərin birbirindən fərqli olduğu, iddia tələbində göstərdiyi məbləğin isə polisdə və prokurorluqda verdiyi izahatlarla tamamilə bir-birinə zidd olduğu müəyyən olunur. Cavabdehlərdən 880.000 ABŞ dolları məbləğdə pulun tutulmasını tələb edən iddiaçılar xx xxxx 2015-ci il tarixdə əldə edilən sonuncu razılıqdan sonra konkret olaraq nəyə əsasən hansı məbləğdə borcun qalmasını məhkəmə iclasında sübuta yetirə bilməmiş və cavabdehlər həqiqətən də ona borclu idisə, iddiaçı nəyə görə belə bir ərizəni imzalanmasını heç bir inandırıcı və ağlabatan dəlillə əsaslandıra bilməmişdir. Bundan əlavə, işdən görünür ki, iddiaçılar irəli sürdükləri iddia tələbinin əsası olan halları təsdiq edən sübut qismində məhkəməyə təqdim etdikləri X7 tərəfindən cavabdehlərin xəbəri olmadan qeydə alınmış audio səs yazısına, şahid ifadələrinə və müxtəlif şəxslər tərəfindən məhkəməyə ünvanlanmış ərizələrə istinad edirlər. İddiaçının təqdim etdiyi audio yazının sübut kimi qəbuledilənliyi məsələsinə münasibətdə məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məcəllə, həmçinin müəyyən edir ki, şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur (maddə 10.10). Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2). Məhkəmə hesab edir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından iddiaçının təqdim etdiyi səs yazısı qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin qanunu pozmaqla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan edən normaları hər kəsin şəxsi toxunulmazlıq hüququnun, şəxsi və ailə həyatının qorunması təminatlarından biri kimi çıxış edir və Konstutusiyanın 32-ci maddəsindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının şəxsi toxunulmazlıq hüququna təminat verən 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Göründüyü kimi, prosessual qanunvericilik gizli yolla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan etmiş və şəxsin öz xəbəri olmadan səs yazısına məruz qoyula bilməməsi Konstitusiya ilə təminat altına alınmışdır. Bu səbəbdən sözügedən səs yazısı sübut kimi qəbul edilməməlidir. Bundan başqa, iddiaçılar tərəfindən məhkəməyə şahidlər təqdim edilmişdir. Həmin şahidlərin ifadələri də mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, şahid qismində dindirilmiş X5 iddiaçının iş yoldaşı olmuşdur. O, öz ifadəsində göstərmişdir ki, pulun cavabdehlərə verilməsində iştirak etməmiş və Cavabdeh2, o cümlədən digər cavabdehləri şəxsən tanımamış və onlarla münasibətdə olmamışdır. O, pulun verilməsini ancaq İddiaçı1 eşitdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X7 iddiaçının işçisi olmuşdur. O, öz ifadəsində İddiaçı1 500.000 ABŞ dolları pulu daş karxanası biznesinə qoymasını bildirsə də, pulun şəxsən onun vasitəsi ilə göndərilmədiyini, müxtəlif vaxtlarda başqa sürücülərin gətirib Namiqə verdiyini göstərmişdir. İfadə detallı deyil, ancaq ümumi məlumatlardan ibarətdir. Şahid qismində dindirilmiş X10 iddiaçının işçisi olmuş və öz ifadəsində 2009-2011ci illər ərzində 170.000 ABŞ dolları pulu şəxsən Cavabdeh2 çatdırmasını bildirsə də, konkret olaraq hansı tarixdə, harada və hansı məbləğləri Namiqə verməsini, eləcə də həmin məbləğlərin hansı məqsədlə Namiqə göndərilməsi barədə tam, ətraflı və dəqiq məlumatlar verməmiş, həmin məbləğin daş karxanası biznesinə sərf edilməsinin birbaşa şahidi olmamışdır. Şahid qismində dindirilmiş Əhmədov Rövşən Məqsəd oğlu iddiaçının işçisi olmuşdur və öz ifadəsində 100.000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh2 çatdırmasını bildirsə də, onun da ifadəsi detallı olmamış və konkret olaraq hansı tarixdə, harada və hansı məbləğləri Namiqə verməsi barədə məhkəməyə dəqiq məlumatlar verməmiş, həmin məbləğin daş karxanası biznesinə sərf edilməsinin birbaşa şahidi olmamışdır. Pulun hansı məqsədlə Namiqə verilməsini isə İddiaçı1 ona dediklərinə istinad etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab olunmur. Şahid ifadələrinə hüquqi qiymət verilərkən ilk öncə nəzərə alınmalıdır ki, iddiaçılar tərəfindən təqdim edilən şahidlər onların işçiləri olmuş və ona görə də mübahisənin münasibətdə olduqları tərəfin xeyrinə həll edilməsində maraqlıdırlar. Mülki prosessual qanunvericiliyə görə şahid işin nəticəsində maraqlı olmayan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin hüquqi marağından başqa, tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətlərdə olması (xidməti asılılıq, qohumluq münasibətləri) şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmasada, belə şahidlərin ifadələri məhkəmə tərəfindən ciddi yoxlanılmalı və hərtərəfli qiymətləndirilməlidir. Bundan əlavə, şahidlərin verdiyi ifadələr təfsilatlı olmamış, həmin ifadələrdə hansı məbləğdə pulun hansı şəraitdə, hansı məqsədlə Cavabdeh2 verilməsi göstərilməmişdir. Ən önəmlisi də, pulun hansı məqsədlə verilməsi barədə verilən ifadələrdə iddiaçıların sözlərinə istinad olunmuşdur. Bu səbəbdən iddiaçılar tərəfindən təqdim edilən şahid ifadələri sübut əhəmiyyətinə malik deyillər. Bundan başqa, məhkəmə hesab edir ki, hər bir sübut, o cümlədən şahid ifadələri işin digər halları ilə məcmu şəklində qiymətləndirilməlidir. Hazırkı iş materiallarından göründüyü kimi, qeyd olunan şahid ifadələri iş materiallarında başqa hər hansı sübut növü ilə təsdiq olunmur. İddiaçının təqdim etdiyi ifadə verən şahidlər İddiaçı1 Cavabdeh2 göndərdiyi pul məbləğlərinin məhz daş karxanası, yük avtomobillərinin və biznesin qurulması üçün digər zəruri ehtiyacların ödənilməsinə sərf edilməsinin bir başa şahidi olmamışlar, şahidlər ifadələrində iddiaçıdan eşitdiklərini demişlər. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır; güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçı tərəf məhkəməyə iddia tələblərinin əsasını sübut edən hallar kimi yalnız şahidlər təqdim etmişlər. İddiaçı tərəf şahid ifadələrindən başqa güvənli nəticəyə gəlməkdən ötrü məhkəməyə güvənliliyi şübhə doğurmayan, bir-birini təsdiq edən və tamamlayan digər sübutlar təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf şahid ifadələrindən başqa güvənli nəticəyə gəlməkdən ötrü məhkəməyə güvənliliyi şübhə doğurmayan, bir-birini təsdiq edən və tamamlayan digər sübutlar təqdim etmədiyindən təqdim olunmuş şahidlərin ifadələri mübahisənin obyektiv həlli üçün güvənli sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə iddiaçı tərəfin təqdim etdiyi şahidlərin iddiaçıların işçiləri olmasını nəzərə alaraq onların məhkəmədə verdikləri ifadələrə tənqidi yanaşmaqla həmin ifadələrin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və hesab edir ki, bu şahid ifadələri iddiaçı tərəfin öz tələblərinin əsasını sübut edən hallar kimi qiymətləndirilə bilməz. Qeyd olunanlarla yanaşı, həmçinin məhkəmə onu da nəzərə alır ki, böyük məbləğdə pul mübahisələrini həll edən məhkəmə aktları tərəflər üçün ağır maddi-hüquqi nəticələrə səbəb olduğundan işdə heç bir şübhə doğurmayan mötəbər şahid ifadələrinə (pulun verilməsini şəxsən görən, pulu şəxsən verməsi barədə təfərrüatlı və dəqiq məlumat verən, mübahisə edən tərəflərlə xidməti asılılıq və digər bu kimi münasibətləri olmayan şahidlərin ifadələri) əsaslanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı mübahisə həll edilərkən sadəcə iddiaçıların cavabdehə pul verilib-verilməməsi araşdırılmamalıdır. Hətta iddiaçılar tərəfindən biznes üçün Cavabdeh2 pul verilməsi fərz edilsə belə, burada əsas aydınlaşdırılmalı olan məqam 2012-ci ildə tərəflər öz aralarındakı biznes ortaqlığına son qoyarkən onların aralarındakı razılığın necə olmasıdır. Bu mənada, məhkəmə hesab edir ki, şahid qismində dindirilmiş, digər şahidlərdən fərqli olaraq hər iki tərəfə eyni dərəcədə yaxın olan, işin hər hansı tərəfin xeyrinə nəticələnməsində marağı olmayan, İddiaçı1 ilə Cavabdeh2 doğma anası X3 ifadəsi mübahisənin həllində nəzərə alınmalıdır. Belə ki, X8 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, “Zaurla Namiq 2012-ci ilin əvvəllərinə kimi biznes sahəsində şərikli işləmişlər. Sonra öz razılıqları ilə şərikli bizneslərindən ayrılmışlar və hər biri ayrılıqda ticarətlə məşğul olmuşlar. Şərikli işlədikdən sonra hər kəs öz payını götürüb ayrılmışlar.” İşin hallarından da görünüdüyü kimi, nə iddiaçılar, nə də ki onların şahidləri 2012-ci ildə iddiaçılar ilə Cavabdeh2 biznes şərikliyinə son qoyarkən öz aralarındakı son razılaşmanın necə olması və Cavabdeh2 iddiaçılara borcunun qalıb-qalmaması barədə məhkəməyə heç bir mötəbər məlumat və sübut təqdim edə bilməmişlər. Əksinə, Ş.İsayevanın ifadəsinə görə 2012-ci ildə tərəflər öz razılıqları ilə paylarını götürməklə ortaqlığa (şərikliyə) son qoymuşlar. Yəni, onlar ayrılarkən birinin digərinə borcu qalmamışdır. Qeyd olunanlarla yanaşı, iddiaçılar məhkəməyə bir sıra ərizələr təqdim edərək həmin şəxslərin ərizədə göstərdiyi məlumatların sübut kimi nəzərə alınmalarını xahiş etmişlər. Məhkəmə hesab edir ki, həmin ərizələr (izahatlar) şahid ifadəsinə bərabər tutula və sübut qismində dəyərləndirilə bilməz. Çünki, prosessual qanunvericiliyə əsasən məhkəmə iclasında şahid qismində dindirilən şəxs yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilir və ondan bu barədə iltizam alınır. Ona görə də hər hansı şəxsin hətta notariat qaydada təsdiq edilmiş yazılı izahatı belə şahid ifadəsinə bərabər tutula və özözlüyündə müəyyən faktı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçılar tələb olunan məbləğin eyni zamanda Cavabdeh1 və X12 da tutulmasını məhkəmədən xahiş edirlər. İddia tələbi bu hissədə də tam əsassızdır və iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəlmişdir. Başqa sözlə, iddiaçılar hazırkı tələblə Cavabdeh1 və X16 qarşı iddia qaldırmağa subyektiv hüquqa malik deyildirlər. Belə ki, işin müəyyən olunan hallarından görünür ki, iddiaçıların Cavabdeh1 və X21 ilə birgə fəaliyyət göstərməsi, biznes şərikliyində olması və aralarında belə bir hüquq münasibətinin yaranması işdə hər hansı sübutla təsdiq olunmur. İş üzrə cavabdehlər Cavabdeh1 və X21 2015-ci ilədək ancaq Cavabdeh2 ilə şərik olmuş və sonradan ayrılmışlar. Ayrılarkən və ondan sonrakı dövrdə aralarında heç bir narazılıq və birinin digərinə qarşı hər hansı tələbinin olmaması iş materiallarında olan yazılı və digər sübutlarla da təsdiq olunur. Bundan əlavə, iddiaçılarla cavabdehlər Cavabdeh1 və X21 arasında hər hansı biznes münasibətinin olması və iddiaçıların onlara pul vəsaiti verməsi barədə iddiaçılar məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Əksinə, İddiaçı1 məhkəmə iclasında izahat verərək Cavabdeh1 və X16 pul vermədiyini və iddia etdiyi pulları Namiqə göndərdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyə təqdim edilən iddia ərizəsində iddiaçılar 880.000 ABŞ dolları məbləğində borcun cavabdehlərdən tutulmasını xahiş etsə də, sonradan iddiaçılar Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələbinə uyğun olaraq məhkəməyə təqdim edilən iddia tələbinin dəyişdirilməsinə dair ərizədə 880.000 ABŞ dolları məbləğində vəsaitin dəymiş zərər olaraq cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etmiş və bu zaman iddia tələbinin hüquqi əsası olaraq Mülki Məcəllənin 21 və 1092-ci maddələrinə istinad etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan normalardan göründüyü kimi öhdəlik zərərin vurulması (delikt), əsassız varlanma, müqavilə və ya Mülki Məcəllədə nəzərdə tutulan digər əsaslar nəticəsinə yarana bilər. Yəni, öhdəliyin yaranması üçün bu əsaslardan birinin mövcud olması zəruridir. İşdən görünür ki, iddiaçılar iddia ərizəsində müqavilə öhdəliklərinə istinad etməsinə baxmayaraq, sonuncu ərizəsində iddia tələbinin hüquqi əsası kimi həm deliktə, həm də əsassız varlanmaya dair müddəalara əsaslanmışdır. Məhkəmə hesab edir ki, tərəflər mübahisəli hüquq münasibətini necə adlandırılmasından asılı olmayaraq iddia ərizəsi və onun əlavərində göstərilənlər baxımından tərəflər arasındakı hüquq münasibəti mahiyyət etibarı ilə müqavilə münasibətlərinə uyğun gəlir. Çünki, iddiaçılar iddia etdikləri pul vəsaitini Cavabdeh2 ilə şərikli biznes fəaliyyəti ilə əlaqədar öz aralarında əldə etdikləri şifahi razılaşma əsasında ona verdiklərini göstərmişlər. Digər tərəfdən, nəzərə alınmalıdır ki, o halda tələb edilən məbləğ dəymiş zərər hesab edilə bilərdi ki, cavabdehlər tərəfindən delikt törədilmiş olsun. Hazırkı işdə isə deliktdən ümumiyyətlə söhbət getməmiş və iddiaçıların əmlaklarına cavabdehlərin təqsirli hərəkətləri nəticəsində zərər dəyməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə onu da qeyd edir ki, mübahisəli hüquq münasibəti əsassız varlanmaya da uyğun gəlmir. Belə ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hazırki işdə isə iddiaçılar cavabdehə iddia etdikləri pulu öz aralarındakı razılaşma (şifahi müqavilə) əsasında verdiklərini qeyd etmişlər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəlləninn 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd olunanlardan başqa, iş materiallarından görünür ki, cavabdehlər iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmiş və iddia müddətinin başlanğıcının 2012-ci il tarixdən hesablanmalı olmasını və bu hesabla 7 il keçməsini göstərmişlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 3 2001-ci il tarixli Qərarında göstərilir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Məhkəmə iş materiallarını araşdıraraq cavabdehlərin mövqeyi ilə qismən razılaşır və hesab edir ki, hazırkı iddia hər bir halda məhz iddia müddəti ötürülməklə veridiyinə görə də rədd edilməlidir. Bununla belə, məhkəmə hesab edir ki, iddia müddətinin axımının başlanğıcı 2012ci ildən deyil, xx.xx.2015-ci il tarixdən hesablanmalıdır. Çünki, qeyd olunan tarixdə mübahisənin həlli məqsədi ilə Cavabdeh2 öz mülkiyyətindəki evi İddiaçı1 mülkiyyətinə vermiş və bununla da iddia müddəti yenidən başlamışdır. Lakin, bu halda belə iddiaçılar hazırkı iddianı 4 ildən artıq müddət keçdikdən sonra irəli sürməklə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “Vurulan zərərin əvəzi kimi 880.000 ABŞ dolları olaraq pul vəsatinin tutulması tələbi”nə dair iddiaları sübuta yetirilmədiyindən və iddiaçılar tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “Vurulan zərərin əvəzi kimi 880.000 ABŞ dolları olaraq pul vəsatinin tutulması tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçılar tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul iddiaçıların özlərinə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Xıdır Quliyev