Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-482/2020 22.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı X4 nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı X4 Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi "İddiaçı" X7 məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 1170,72 ABŞ dolları əsas, 577,98 ABŞ dolları faiz borcunun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumunun "İddiaçı" X4 xeyrinə ödənilməsi barədə əmr çıxarılmasını xahiş etmişdir. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh 1170,72 ABŞ dolları əsas, 577,98 ABŞ dolları faiz borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nə keçirilməsi əmr olunmuşdur. Cavabdeh əmrə qarşı etirazına əsasən Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmənin xx xxxxxxxx 2017-ci il tarixli 2(067)-5284 saylı əmri ləğv edilərək materiallar iddia icraatına keçirilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı X4 Xaçmaz filialı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə illik 29% olmaqla 1600 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsində göstərilən öhdəlikləri lazımınca icra etmir, bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi borcunu ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsiiddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehiddianı qəbul etməyərək borcu olmadığını bildirmişdir. Ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı X7 tərəfindən Cavabdeh 29% ödəmək şərtilə 48 ay müddətinə 1600 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı X7 məhkəmədə ərizəyə baxılması üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli 45-xx-xx-018848 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx xxxx 2019-cu il tarixinə (maliyyə arayışında göstərilən tarixə) İddiaçı X2 borcu 1540.59 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 1154.80 ABŞ dolları, faiz borcu üzrə 385.79 ABŞ dolları. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471.1.-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borcverən) pulu və ya digər əvəzedilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1154.80 ABŞ dolları əsas, 385.79 ABŞ dolları faiz borcu qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla tutularaq İddiaçı X5 ödənilsin. Ödənilmiş 20 manat dövlət rüsumunun 18 manatı cavabdehdən alınaraq iddiçıya ödənilsin, 2 manatı isə iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 180 manat məbləğində pul Cavabdeh, 20 manat isə İddiaçı X3 alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-482/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-482/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver