Məhkəmə qərarları › İş №2(067)-494/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-494/2024

07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-494/2024 07.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən 997 manat maddi zərərin və 30 manat məhkəmə rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ** VK *** qeydiyyat nişanlı, “Mercedes Benz C180” markalı avtomaşın onun mülkiyyətindədir. 23 mart 2023-cü ildə təxminən saat 12:30-da Xaçmaz rayonu, Bakı prospektində avtomaşını etibarnamə ilə idarə edən Nümayəndə hərəkətdə olduğu zaman, Cavabdeh LADA211440 markalı, A348PT37 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozması nəticəsində ona məxsus avtomobili vuraraq yol- nəqliyyat hadisəsi törətmişdir Cavabdeh barəsində Xaçmaz DYPB-nin əməkdaşı polis kapitanı X3 tərəfindən 22 mart 2023-cü il tarixli, İXP5305065 saylı protokol tərtib edilmiş və 23 mart 2023-cü il tarixli TP ******* saylı İnzibati təhbeh vermə haqqında qərar qəbul edilərək, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin inzibati xəta haqqında qərarla cavabdehin törətdiyi əməl nəticəsində ona məxsus maşına ziyan dəyməsi öz təsdiqini tapmışdır. Avtomobilin təmirinə alınan ehtiyat hissələrinə 457 manat, təmir işlərinin görülməsinə görə zəhmət haqqı olaraq 540 manat olmaqla, ümumlikdə 997 manat məbləğində pul xərcləmişdir. Bu barədə mütəxəssis rəyi tərtib edilmişdir, həmin rəyi ərizəyə əlavə edir. Cavabdeh 997 manat məbləğində dəymiş zərərin əvəzinin ödənilməsi üçün müraciət etsə də, müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus «Mercedes Benz C 180» markalı avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh sürət həddini keçərək avtomobilə ziyan vurmuşdur. Avtomobili detalların alınması üçün ümumilikdə 457 manat xərci çıxıb. Ustaya 500 manatdan çox pul ödəmişdir. Eyni zamanda ekspert rəyi ilə razı olduğunu bildirmişdir. Hətta ekspert rəyində ziyan məbləğinin təxminən 40 manat artıq göstərilməsinə baxmayaraq, artıq pul istəmir özünün çəkdiyi xərci tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, qazidir, heç yerdə işləmir, pensiya alır. Özünü təqsirli bilir, sürət həddini aşmışdır. Lakin ziyanı ödəməyə imkanı yoxdur. Həmçinin, iddia olunan məbləğ həddindən çox şişirdilmiş məbləğdir. Eyni zamanda bildirmişdir ki, ekspert rəyi ilə razı deyil, qəza olanda iddiaçının nümayəndəsi özü 400 manat ziyan olmasını bildirmişdir. Sübut təqdim etmir, çünki sübutu təqdim etmək üçün avtomobil təmir olunmadan ustaya təqdim olunmalı idi. İddiaçıya 500 manat ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli aktdan görünür ki, «Mercedes Benz C 180» minik markalı 10VK474 dövlət qeydiyyat nişanlı, 1998-ci il buraxılışlı avtomobilə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, avtomobilə 997 manat ziyan dəymişdir. -xx.xx.2023-cü il tarixdə tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Cavabdeh 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. -Foto şəkillər və audio-video diskdən Mercedes Benz C 180» minik markalı 10VK474 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə zərər dəydiyi müəyyən edilir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 30 manat rüsum ödənilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 09 aprel 2024cü il tarixli 9/412-8/177 nömrəli ekspert rəyindən müəyyən olunur ki, 1998-ci il buraxılışlı, «Mercedes Benz C 180» minik markalı 10VK474 dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir bərpa xərci təxminən 1040 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 450 manat, təmir-bərpa işlərinin qiyməti 590 manat təşkil edir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 23 mart 2023-cü ildə təxminən saat 12:30-da Xaçmaz rayonu, Bakı prospektində avtomaşını etibarnamə ilə idarə edən Nümayəndə hərəkətdə olduğu zaman Cavabdeh LADA211440 markalı, A348PT37 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozması nəticəsində İddiaçı məxsus avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir Cavabdeh barəsində 22 mart 2023-cü il tarixli, İXP5305065 saylı protokol tərtib edilmiş və 23 mart 2023-cü il tarixli TP ******* saylı İnzibati təhbeh vermə haqqında qərar qəbul edilərək, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin inzibati xəta haqqında qərarla cavabdehin törətdiyi əməl nəticəsində maşına ziyan dəyməsi öz təsdiqini tapmışdır. Cavabdeh 997 manat məbləğində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə şifahi müraciət etsə də, müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 997 manat və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 997 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar