Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-496/2025 04.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 sentyabr 2020-ci il təvəllüdlü X4 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat alimentin, Xaçmaz rayon Məhkəməsinin 2(067)-3112/2017 saylı 31 iyul 2017-ci il tarixli qətnaməsi ilə 11 iyul 2016-cı ildə doğulmuş X7 təyin edilmiş 136 ( bir yüz otuz altı) manat məbləğində alimentin miqdarının artırılaraq hər ay 250 (iki yüz əlli) məbləğində təyin edilməsi və onun müalicə xərcləri üçün hər ayda 50 (əlli) manat pul xərcinin, cəmi hər ay (beş yüz əlli əlli) manat məbləğində alimentin və pul xərcinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 26 iyul 2015-ci ildə el adəti ilə toy edərək rəsmi nikaha daxil olmadan ailə qurmuş, yaşadıqları müddətdə iki uşaqları 11 iyul 2016-cı il təvəllüdlü X10 və 09 sentyabr 2020-ci il təvəllüdlü X8 anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin 2(067)-3112/2017 saylı 31 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh, qızı 11 iyul 2016-cı ildə doğulmuş X5 atası olması faktı müəyyən edilmişdir. Həmin qətnaməyə əsasən 11 iyul 2016-cı ildə doğulmuş X2 üçün xx.xx.2017-ci ildən başlayaraq Cavabdeh hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində aliment və Elif Cavadlının 3 yaşına çatanadək 50 manat sabit məbləğ alınaraq ona verilməsi qət edilmişdir. Uzun müddətdir ki, Cavabdeh münasibətləri pozulduğuna görə ayrılaraq iki uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. Cavabdeh uşaqlarının saxlanılması üçün ona lazımi məbləğdə aliment ödəmir və heç bir köməklik göstərmir. Uşaqlarını tək başına çətinliklə saxlayır, maddi vəziyyəti və təyin edilmiş aliment uşaqlarının tələbatını təmin etməyə imkan vermir. Bundan başqa, 09 sentyabr 2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən aliment alınması barədə iddia tələbi olmamışdır. Lakin, hazırda 09 sentyabr 2020-ci il təvəllüdlü qızı X1 üçün aliment tələbi vardır. Digər qızı 11 iyul 2016-cı il təvəllüdlü X6 ürək əməliyyatı keçirməsinə görə və onun mütəmadi olaraq vaxtaşırı müalicə tədbirlərinin alması üçün müəyyən pul xərclərinə ehtiyac vardır. Halhazırda üzləşdiyi çətinliklərlə bağlı aldığı alimentlə uşaqlarının ehtiyaclarını və müalicə xərcini ödəyə bilmir və çox çətin vəziyyətdə yaşayır. Uşaqlarını ehtiyac içərisində saxlayır. Cavabdehlə uşaqlarının saxlanılması üçün alimentin təyin edilməsi, alimentin məbləğinin artırılması və müalicə xərcləri barədə razılığa gələ bilmirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddiasına başqa əlavəsi olmadığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini və 2 uşağa görə 350 manat ödəyə biləcəyini, həmin məbləğdən artığına imkanı çatmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, iddia tələbinin 11 iyul 2016-cı ildə doğulmuş X7 Xaçmaz rayon Məhkəməsinin 2(067)-3112/2017 saylı 31 iyul 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 136 (bir yüz otuz altı) manat məbləğində alimentin miqdarının artırılaraq hər ay 250 (iki yüz əlli) məbləğində təyin edilməsi hissəsində hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-3112/2017 saylı 31 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh, qızı 11 iyul 2016-cı ildə doğulmuş X5 atası olması faktı müəyyən edilmişdir. Həmin qətnaməyə əsasən 11 iyul 2016-cı ildə doğulmuş X2 üçün xx.xx.2017-ci ildən başlayaraq Cavabdeh hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində aliment və Elif Cavadlının 3 yaşına çatanadək 50 manat sabit məbləğ alınaraq ona verilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırda Xaçmaz rayon Məhkəməsinin 2(067)-3112/2017 saylı 31 iyul 2017-ci il tarixli qətnaməsi ilə 11 iyul 2016-cı ildə doğulmuş X7 təyin edilmiş 136 ( bir yüz otuz altı) manat məbləğində alimentin miqdarınının artırılması xahiş edilsə də, iddiaçının irəli sürmüş olduğu tələb mahiyyət etibarı ilə aliment məbləğinin ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumunun artımına uyğun təyin edilməsi barədədir. Bu növ tələblərə isə icra icraatı qaydasında baxılıb qiymət verilməsi nəzərdə tutulduğuna görə iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırki tələbi ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iddia tələbinin alimentin artırılması hisssəsində iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı 11 iyul 2016-cı ildə doğulmuş X7 Xaçmaz rayon Məhkəməsinin 2(067)-3112/2017 saylı 31 iyul 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 136 ( bir yüz otuz altı) manat məbləğində alimentin miqdarının artırılaraq hər ay 250 (iki yüz əlli) məbləğində təyin edilməsi manat məbləğində müəyyən edilib Cavabdeh alınaraq iddiaçıya ödənilməsi tələbi hissəsində hazırki mülki işin icraatına xitam verilsin. İddiaçıya aidiyyəti üzrə icra icraatı qaydasında müraciət hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-496/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-496/2025
04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver