Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-507/2023 25.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 16000 manat məbləğimdə pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2019-cu ilin may ayında ona müraciət edərək Səbail rayonu Badamdar qəsəbəsində yerləşən taxta sexini ilkin olaraq 2,3 ay 600 manatdan olmaqla növbəti ayları isə 700 manatdan icarəyə götürməsi barədə şifahi razılığa gəlmişlər. Cavabdeh ardıcıl olaraq bir neçə ay icarə haqqı ödəməmişdir. Ondan icra haqqının ödənilməsini tələb etdikdə o, müxtəli bəhanələr gətirərək bildirmişdir ki, müəyyən işləri var, maddi ziyana düşmüş, onları ödədikdən sonra icarə haqqını vaxtlıvaxtında ödəyəcəkdir. Cavabdeh ona bildirmişdir ki, ayrı-ayrı şəxslərdən faizə pul götürmüş, həmin pulları qaytara bilmir. Ona maddi köməklik göstər. Cavabdehin sözlərinə inanaraq ilkin olaraq 4000 manat, 2000 manat, 1000 manat və əlavə olaraq 1000 manat mebel pulu vermişdir. Aralarında olan razılığa görə icarə haqqının müqabilində cavabdeh onun evinə mebel yığmalı idi. Sonradan dəfələrlə işi tələb etdikdə o, müxtəli bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh mebeli rənglədiyi üçün onun borcundan 1500 manat çıxmışdır. Cavabdeh 18 ay ərzində hər ay 700 manat olmaqla ümumilikdə ona 12600 manat pul ödəməlidir. Bundan 1500 manat öz razılıqları ilə pulundan çıxmışdır. Cavabdeh əlavə olaraq 3 qapı və 2 stol yığmışdır. Bunların da materaiallarını özü almışdır. 3 qapı hər biri 300 manat olmaqla 900 manat, 2 stolun dəyəri hər biri 250 manat olmaqla cəmi 500 manat. Əlavə olaraq 1200 manat dəyərində işlər görmüşdür. Cavabdehin ona borclu olduğu 12.600 manat puldan 2600 manat çıxıldığı halda 10.000 manat borcu qalmışdır. Bundan əlavə cavabdeh ondan borc şəklində aldığı 8000 manat puldan cəmi 2000 manat pul qaytarmaqla 6000 manat əlavə borcu qalmışdır. Ümumilikdə cavabdehin ona 16.000 manat bocu var. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin iddiaçıya borclu olmasını təsdiq edəcək şahidi və digər əlavə sübutları yoxdur. Yeganə sübutu cavabdehin Səbail rayon polis idarəsində material üzrə araşdırma zamanı verdiyi izahatıdır. Həmin izahatda cavabdeh iddiaçıya pul borclu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh iddiaçıya borclu deyildir, gösrərilən məbləğlər material almaq üçün alınan pullardır. Onunla iddiaçı arasında digər hesablşmalar olub, o iddiaçının evi üçün mebellər yığmışdır, bütün borcları əvəzləşdirilmişdir. İddiaçı tərəf iddia tələbini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Səbail rayon polis idarəsində verdiyi izahatında isə o, pulun borclu olduğunu etiraf etməmişdir. Ona görə hesab edir ki, iddia tələbi tamamilə əsasızdır. İddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında iddiaçıdan iddia tələbini təsdiq edən sübütu olub-olmaması soruşulsa da, iddiaçı iş materiallarında olan sübutlarla kifayətləndiyini, əlavə sübutun olmadığını bildirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 1 avqust 2020-ci il tarixli 02 nömrəli icarə müqaviləsindən müəyyən olunur ki, İcarəyə verən ünvan 1 ünvanında yerləşən anbar sahəsinin 450.0 kv.metr ölçüdə olan bir hissəsini istifadə etmək məqsədi üçün İcarəçinin istifadəsinə verir, İcarəçi isə sahəni qəbul edir və ondan istifadə edilməsinə görə İcarəyə verənə müəyyən edilmiş haqq ödəyir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, İddiaçıla 2018-ci ildə tanış olmuş, sonuncunun Badamdar qəsəbəsində yerləşən mülkiyyətində olan taxta sexini ayda 600 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürərək bir il müddətinə işlətmişdir. Həmin il pandemiya olduğundan aylıq ödəniş edə bilməmiş, eyni zamanda material almaq üçün əlində pul olmadığından İddiaçı ayrı-ayrılıqda 3000 manat, 2000 manat, 2000 manat pul almışdır. Götürdüyü borc puldan ayrı-ayrılıqda 2000 manat, 1000 manat və 2 dəfə olmaqla 500 manat qaytarmışdır. Bundan əlavə K. İsgəndərovun evinin mətbəxinin qapaqlarını və sonuncuya iki ədəd masa yığmış, yataq otağını boyamışdır. Mətbəx qapılarının qiymətinin yadında olmadığını, masaları 800 manata yığdığını və yataq otağını isə 2700 manata boyadığını bildirmişdir. O, K. İsgəndərova borcunun olmadığını, bütün borclarını əvəzləşdirdiyini bildirmişdir. Gördüyü işlərlə bağlı qeydlərini müstəntiqə təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut və ya şahid təqdim etməmişdir. İddiaçı yalnız Səbail rayon polis idarəsində cavabdehin veridiyi izahatına istinad edərək, sonuncudan pul tələb etsə də, məhkəmə həmin izahatla bağlı qeyd etməyi zəruri hesab edir ki, izahat natam alınmış, xx.xx.2022-ci il tarixli izahatda Cavabdeh “Mən gördüyüm işləri kitabımda yazmışam, onları gətirə bilərəm” qeyd olunmasına baxmayaraq, araşdırmanı aparan müstəntiq buna önəm verməmiş və həmin tarixdə də, yəni xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bu səbəbdən də, məhkəmə təqdim olunmuş izahatı mötəbər hesab edə bilməz və sübut növü kimi qəbul etmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-507/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-507/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver