Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-511/2025 08.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə mübahisələr tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 29.05 .2021-ci il tarixdə Quba Bakcell MX ofisində İddiaçı oglu iİ bağladığı kredit satışı müqaviəsinə əsasən Realmi G4/128 markalı mobil telefon cihaznı almışdır. Hazırda həmin telefonu almasına görə cavabdehin 605 (alti yuz beş) manat əsas, 230 (iki yüz otuz) manat cərimə borcu olmaqla, umumilikdə xx.xx.2024-cu il tarixə 835 manat borcu yaranmışdir. Cavabdeh kredit muqaviləsi üzrə hec bir ödəniş etməmişdir. Cavabdeh borcun ödənilməsi üçün göndərilmiş xəbərdarlıq məktubunda 10 (on) gun ərzində ödnilmdiyi təqdirdə borcun məcburi qaydada alınnması üçün məhkəməyə müraciət ediləcəyi və iddia verilməsi ilə əlaqadar olaraq çəkilən xərclərin də (dövlt rüsumu, huquqi yardima görə Vəkil Bürosuna ödnənilən vsait) ondan tutulacagı bildirilmişdir. Cavabdeh xəbərdarlıq məktubunu xx.xx.2023-cu il tarixdə almasına baxmayaraq, kredit satışı üzrə muqavinin öhdəliyini yerinə yetirməmiş, borclu olduğu pulu ödəməmişdir. Halbuki, cavabdeh xx.xx.2021-ci il tarixdə Quba Bakcell MX ofisində bağlanmış kredit satışı muqavilsinə əsasən aldığı telefonun dəyərini 12 ay müddətində xx.xx.2022-ci il tarixədək ödəməsinə dair öhdəİik götürmüşdür. Müqavilənin alıcıya borclu oldugu ödənişi gecikdirməyə görə hər gun ücün 3 manat məbləğində cərimə hesablanir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi və borcunu ödəməsi ilə bağlı xəbərdarlıq edilmiş, 10 gun ərzində ödənilmədiyi təqdirdə borcun məcburi qaydada alinması üçün məhkəməyə müracit ediləcəyi və iddia verilməsi ilə əlaqadar olaqdar çəkilən xərclərin də (Dövlət rüsumu, huquqi yardıma görə Quba rayon Vəkil bürosuna ödənilən vəsait) ondan tutulacağı bildirilmişdir. Xəbərdarlıq məktubunun məhkəmədənkənar təqdim olunmasını təsdiq edən poct bildirişi əlavə edilir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkər qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu daniiqlar (pretenziya qaydasinda həll olunma) hec bir fayda verməmişdr və kreditor Bakcell MX ofisi öz təlbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu huququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə daircavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Belə ki, iş materiallarında olan bildirişdən müəyyən olunur ki görünür ki, məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh 29.05 .2021-ci il tarixdə Quba Bakcell MX ofisində İddiaçı oglu iİ bağladığı kredit satışı müqaviəsinə əsasən Realmi G4/128 markalı mobil telefon cihaznı almışdır. İş materiallarında olan Quba Rayon Vəkil Bürosunun Cavabdeh ünvanladığı 12 iyul 2023cü il tarixli məktubdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 605 manat əsas borcu vardır. İş materiallarından müəyyən olunur ki, Cavabdeh xəbərdarlıq məktubunu xx.xx.2023-cu il tarixdə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yənişərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cəriməyə görə Cavabdeh 30 manat tutulmalıdır. Qalan məbləğ debitor borca aid edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdə Quba Bakcell MX ofisində Realmi G4/128 markalı mobil telefonun kredit satiş müqaviləsi üzrə borclu oldugu 605 manat əsas, 30 manat cərimə borcu olmaqla, ümumilikdə 635 manat borc, hüquqi yardim ilə əlaqadar köçürülmüş 160 manat pul vəsaiti və 31 manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-511/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-511/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver