Məhkəmə qərarları › İş №2(067)-53/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-53/2025

15.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-53/2025 15.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpağı qanunsuz sahibliyindən geri tələb edilməsi və maneçiliklərin aradan qaldırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2010-cu il tarixli 004878 seriyalı, **********46 saylı qeydiyyat nömrəli hüquqların Dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət rüyestrindən Çıxarış asasən müıkiyyətində olan Xaçmaz rayonunun Pirquluoba kəndində yerləşən torpaq sahəsinin zəbt edilmiş təxminən 19 sot hissəsinin Cavabdeh tərəfindən azad edilməklə, onun qanunsuz sahibliyindən alınaraq geri qaytarılması, cavabdeh tərəfindən onun torpaq sahəsinə daxil olmasına maneələrə son qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* seriyalı, **********46 qeydiyyat nömrəli, 01 aprel 2010-cu il tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən çıxarış ilə ona məxus torpaq sahəsininin təxminən 19 sot hissəsini zəbt etməklə özünün qanunsuz sahibliyində saxlamaqdadır. Cavabdeh ona aid olan torpaq sahəsini bilərəkdən zəbt edib istifadə edərək xeyir əldə etdiyindən zəbt nəticəsində ona maddi ziyan dəymişdir. Ona aid olan torpaq sahəsindən istifadə hüququndan məhrum olmuşdur. Uzun illərdir ki, o, 0.19 ha torpaq sahəsinin vergisini ödəyir. Həmin toıpaq sahəsi halhazırda cavabdehin istifadəsindədir. O, cavabdehə dəfələrlə ona məxsus olan torpaq sahəsini qaytarmaq ilə bağlı müraciət etsə də ancaq cavabdeh buna məhəl qoymayaraq zor tətbiq göstərərək ona məxsus olan torpaq sahəsini geri qaytarmır. O, cavabdehdən ona məxsus olan torpaq sahəsini geri istəyəndə ona bunu etməyəcəyini və torpaq sahəsini ona qaytarmayacağını bildirmişdir. Torpaq sahəsindən istifadə edə bilmir, cavabdeh onun torpaq sahəsinə daxil olmağına maneçiliklər yaratmaqdadır. Hesab edir ki, onun mülkiyyətində olan daşınmaz əmlak cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, izahatında göstərmişdir ki, hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* seriyalı, **********46 qeydiyyat nömrəli, 01 aprel 2010-cu il tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdehlə qonşudur və cavabdeh ona məxus torpaq sahəsininin bir hissəsini zəbt etmiş, orada ağaclar əkmişdir. O, cavabdeh ağacları əkərkən bildirmişdir ki, torpaq sahəsi ona məxsusdur, lakin cavabdeh ona məhəl qoymayaraq, onun torpaq sahəsində ağaclar əkmiiş və oradan istifadə etməkdədir. Dəfələrlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 5 saylı Xaçmaz Ərazisinə torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı müraciətlər etmiş və idarənin əməkdaşları əraziyə baxış keçirərkən onun torpaq sahəsinin bir hissəsindən cavabdehin istifadə etdiyini bildirmişlər. Lakin cavabdeh onun torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2025-ci il tarixli 10/7497 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh ona məxsus 0.9933 ha torpaq sahəsinin cənub-qərb tərəfdən 0,915 ha hissəsinidən qanunsuz istifad edir. Ona görə də cavabdeh tərəfindən qanunsuz istifadə olunan torpaq sahəsinin ona qaytarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, onun özünün torpaq sahəsi 48 sot azdır, ümumi həmin ərazidə sürüşmə olmalıdır. Lakin bu mümkün deyil, ona görə ki, hər qonşu mülkiyyətçi tərəfindən çoxan bağlar salınmışdır. O, da hazırda iddiaçının tələb etdiyi ərazidə bağın salınmasına 50000 manatdan çox xərc çəkmişdir. O, ağacları əkərkən iddiaçı ona həmin torpaq sahəsinin ona məxsus olduğunu deməmişdir. Hazırda orada 15 ilin bağı var. İddiaçı 15 ildən sonra ondan bağ tələb edir. Ona görə iddianı əsasız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MA seriyalı, ******* saylı, **********46 qeydiyyat nömrəli 01 aprel 2010-cu il tarixli hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir AA seriyalı, 014100 saylı torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, MA seriyalı, ******* saylı, **********46 qeydiyyat nömrəli 01 aprel 2010-cu il tarixli hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair texniki sənəd işlənmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2025-ci il tarixli 10/7497 saylı ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin ******* seriyalı, ********** qeydiyyat nömrəli, 01 aprel 2010-cu il tarixli çıxarışa əsasən Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-qərb tərəfdən 0,915 ha hissəsi Cavabdeh tərəfindən qanunsuz istifadə olunur. İddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən iddiaçının istifadəsinə Cavabdeh tərəfindən maneçilik törədiliməsinin müəyyən edilməsi DƏKÜR X3 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə daxil deyildir. İddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən hər hansı bir tikili tikilməmişdir. Cavabdeh istifadəsində olan( istifadə etdiyi iddia edilən torpaq sahəsi) torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsində (həmin torpaq sahəsinin hüdudları daxilində) yerləşir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin ******* seriyalı, ********** qeydiyyat nömrəli, 01 aprel 2010-cu il tarixli çıxarışa əsasən Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-qərb tərəfdən 0,195 ha hissəsi Cavabdeh tərəfindən qanunsuz istifadə olunur. İddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən iddiaçının istifadəsinə Cavabdeh tərəfindən maneçilik törədiliməsinin müəyyən edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə daxil deyildir. İddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən hər hansı bir tikili tikilməmişdir. Cavabdeh istifadəsində olan( istifadə etdiyi iddia edilən torpaq sahəsi) torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsində (həmin torpaq sahəsinin hüdudları daxilində) yerləşir. 28 sentyabr 2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin qanunsuz sahibliyindən 0.19 ha torpaq sahəsinin geri qaytarılmasını tələb etmiş, bununla bağlı iş üzrə müvafiq mütəxəssis rəyi və ekspert rəyləri alınmışdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 noyabr 2024-cü il tarixli mütəxəssis rəyi əsasında tərtib edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2025-ci il tarixli 10/7497 saylı ekspert rəyində MA seriyalı, ******* saylı, **********46 qeydiyyat nömrəli 01 aprel 2010-cu il tarixli hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub-qərb tərəfdən 0.915 ha hissəsinin Cavabdeh tərəfindən qanunsuz istifadə olunduğu göstərilsə də, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 noyabr 2024-cü il tarixli mütəxəssis rəyində İddiaçı xüsusi mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub-qərb tərəfdən 0.195 ha hissəsinin Cavabdeh tərəfindən qanunsuz istifadə olunduğu müəyyən edilmişdir. Məhkəmə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2025-ci il tarixli 10/7497 saylı ekspert rəyinin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 noyabr 2024-cü il tarixli mütəxəssis rəyi əsasında verildiyini nəzərə alaraq, iş üzrə mötəbər sübut kimi qeyd olunan mütəxəssis rəyinin əsas götürülməsini məqsədəmüvafiq saymışdır. Eyni zamanda cavabdeh məhkəmədə verdiyi izahatında iddianı qəbul etməyərək, ümumi ərazidə sürüşmə aparılmalı olduğunu, bunun isə hər qonşu mülkiyyətçi tərəfindən bağlar salındığına görə mümkün olmadığını bildirmiş, eynu zamanda iddiaçının tələb etdiyi ərazidə bağın salınmasına 50000 manatdan çox xərc çəkdiyini, ağacları əkərkən iddiaçının ona həmin torpaq sahəsinin özünə məxsus olduğunu demədiyini, bu səbəblədən iddianı əsasız hesab edərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaya qarşı etirazının dəlillərini əsassız hesab edir. Belə ki, tərəflərə məxsus torpaq sahələrinin yerləşdiyi ərazidə ümumi sürüşmənin aparılması zəruri hal deyildir və hər bir torpaq sahibi özünə məxsus torpaq sahəsininin qonşu torpaq sahəsi mülkiyyətçilərinin hər hansı biri tərəfindən istifadə olunması halında pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəmədə iddia qaldıraraq, mülkiyyətində olan torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüququna malikdir. Bundan başqa tərəflər arasında iddiaçının özünə məxsus torpaq sahəsində cavabdeh tərəfindən bağın salınmasına razılıq verməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, bu hal cavabdehin izahatından başqa heç bir sübutla öz təsdiqini tapmamışıdr. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, MA seriyalı, ******* saylı, **********46 qeydiyyat nömrəli 01 aprel 2010-cu il tarixli hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub-qərb tərəfdən 0.195 ha hissəsindən Cavabdeh qanunsuz istifadə etməsi və bununla da iddiaçının mülkiyyətçi kimi hüquqularının pozulması öz təsdiqini tapsa da, məhkəmə iddiaçının iddia ərizəsində 0,195 ha deyil, məhz 0.19 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsini tələb etdiyini nəzərə alaraq, MPM-nin 218.3.-cü maddəsinə əsaəsən iddia tələblərindən kənara çıxmadan, iddiaçının verdiyi tələb üzrə qətnamə çıxarılmasını məqsədəmüvafiq sayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və MA seriyalı, ******* saylı, **********46 qeydiyyat nömrəli 01 aprel 2010-cu il tarixli hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub-qərb tərəfdən 0.19 ha hissəsi Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğuna görə, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. MA seriyalı, ******* saylı, **********46 qeydiyyat nömrəli 01 aprel 2010-cu il tarixli hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub-qərb tərəfdən 0.19 ha hissəsi Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar