Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-559/2024 22.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh təqsiri üzündən onun avtomaşının zədələnməsi nəticəsində ona dəymiş 1170 manat maddi zərərin, avtomaşına texniki baxışın keçirilməsi üçün “VAZ” kooperativinin hesabına ödədiyi 50 manat pulun, məhkəməyə iddianın hazırlanması üçün vəkil xidmətindən istifadə etdiyinə görə Qusar Rayon Vəkil Bürosunun hesabına ödədiyi 150 manat haqqın, cəmi olaraq 1370 manatın, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 34 manat dövlət rüsum pulunun Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 mart 2023-cü il tarixdə saat 15- 00 radələrində özünə məxsus “Nissan Sunny” markalı, 38- BE-648 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qusar şəhəri Çingiz Qurbanov küçəsində hərəkətdə olduğu zaman həmin küçənin Babaxan Ağasioğlu küçəsi ilə kəsişməsində qarşısında eyni istiqamətdə hərəkətdə olan Cavabdeh idarə etdiyi “Chevrolet Malibu” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi küçənin kəsişməsində sağ tərəfdən sola geriyə dönmək istəyərkən qarşısına çıxmış və onun maşını ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmasa da onun avtomaşınına maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar Qusar rayon PŞ-nin DYPB əməkdaşları tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, Bakı Hərbi Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 3- 1(093)- 224/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati qaydada cərimə edilmişdir. Baş vermiş hadisədən sonra onun avtomaşınına Qusar şəhərində avtomobillərə texniki baxış və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan “VAZ” kooperativində baxış keçirilmiş və avtomaşının təmir edilməsi üçün 1170 (min bir yüz yetmiş) manat vəsaitin lazım olduğu müəyyənləşdirilmişdir. Bu barədə 16 mart 2023-cü il tarixdə müvafiq akt tərtib edilmiş, həmin akt VAZ” kooperativinin sədri Abrik Babayev tərəfindən təsdiq edilmişdir. Bir neçə dəfə müraciət etsə də Cavabdeh ona dəymiş maddi zərəri könüllü qaytarmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı İddiaçı iddiasını müdafiə edərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “Nissan Sunny” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qusar şəhəri, Çingiz Qurbanov küçəsində hərəkətdə olduğu zaman həmin küçəsinin Babaxan Ağasıoğlu küçəsi ilə kəsişməsində qarşısında eyni istiqamətdə hərəkətdə olan Cavabdeh idarə etdiyi “Chevrolet Malibu” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi küçənin kəsişməsində sağ tərəfdən sola geriyə dönmək istəyərkən qarşısına çıxmış və onun avtomaşını ilə toqquşmuş, nəticədə avtomaşınına maddi ziyan dəymişdir. Qeyd olunan yol nəqliyyat hadisəsini törətdiyinə görə Cavabdeh barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və o, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023cü il tarixli 3-1(093)-224/2023 saylı qərarı ilə 400 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra onun avtomaşınına Qusar şəhərində yerləşən avtomobillərə texniki baxış və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan “Vaz” kooperativində baxış keçirilmiş və avtomaşınının təmir edilməsi üçün 1170 manat vəsait tələb olunduğu müəyyən edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli smeta aktı tərtib edilmişdir. Cavabdehə qeyd olunan ziyanı ödəmədi ilə bağlı bir neçə dəfə müraciət etsə də, o, ziyanı ödəməmişdir. Ona görə məhkəmədə iddia qaldırmışdır. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, həqiqətən xx.xx.2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “Chevrolet Malibu” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək, iddiaçıya məxsus “Nissan Sunny” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və həmin avtomaşına maddi ziyan vurmuşdur. Törətdiyi yol nəqliyyat hadisəsinə görə onun barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və o, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3-1(093)-224/2023 saylı qərarı ilə İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. Hadisədən sonra iddiaçıya bildirmişdir ki, onun avtomaşınını 300-400 manata təmir elətdirə bilər, lazımi ehtiyat hissələrini dəyişəcəkdir, lakin iddiaçı onunla razı olmamışdır. Hazırda hesab edir ki, ziyanın məbləği şişirdilməklə hesablanmışdır. Hadisə nəticəsində iddiaçının avtomaşınına cüzi zərər dəymişdir. O, dəymiş ziyana görə iddiaçıya 500 manat pul verməyə etiraz etmir, əks halda iş üzrə ziyanın məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş edir. Məhkəmə baxış iclasında İddiaçı iddiasını müdafiə edərək, izahatında göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə özünə məxsus olan avtomobillə Qusar şəhəri, Ç.Qurbanov küçəsində hərəkətdə olan zaman həmin küçənin Babaxan Ağasioğlu küçəsi ilə kəsişməsində qarşısında eyni istiqamətdə hərəkətdə olan cavabdehin idarə etdiyi avtomobil küçənin kəsişməsində sağ tərəfdən sola geriyə dönmək istəyərkən qarşısına çıxmış və onun maşını ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da onun avtomobilinə maddi ziyan dəymişdir. Baş vermiş hadisədən sonra onun avtomaşınına Qusar şəhərində avtomobillərə texniki baxış və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan “VAZ” kooperativində baxış keçirilmiş və avtomobilimin təmir edilməsi üçün 1700 manat vəsaitin lazım olduğu müəyyənləşdirilmişdir. Bir neçə dəfə cavabdehə müraciət etsə də ona dəymiş maddi zərəri könüllü qaytarmamışdır. Cavabdehin təqsiri üzündən ona dəymiş maddi zərərin cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin məhkəmə hazırlıq iclasındakı izahatını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AC № 116052 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “Nissan Sunny” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı məxsusdur. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3-1(093)-224/2023 saylı qərarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə sürücülük hüququ olmadan etibarnamə ilə idarə etdiyi “Chevrolet Malibu” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə geriyə manevr edərkən İddiaçı məxsus “Nissan Sunny” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq, həmin avtomaşına maddi ziyan vurduğuna görə, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, ona 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Qusar şəhərində yerləşən “Vaz” kooperativi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smeta (haqq-hesab) aktından müəyyən olunur ki, İddiaçı məxsus “Nissan Sunny” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşına cəmi 1170 manat məbləğində (820 manat ehtiyat hissələrinin qiyməti və 350 manat təmir pulu) ziyan dəymişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2024-cü il tarixli, № 3-16-16/2-9/1718-8/674/2024 saylı ekspert rəyndən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş Qusar “Vaz” kooperativ tərəfindən tərtib edilmiş 16 mart 2023-cü il tarixli qüsur aktında 2003-cü il buraxılışlı “Nissan Sunny” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomabilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1170 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 820 manat, təmir-bərpa işlərinin qiyməti – 350 manat təşkil edir. 02 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hüquqi xidmət haqqına görə Qusar rayon Vəkil Bürosunun hesabına 150 manat məbləğində ödəniş olunmuşdur. 02 oktyabr 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı məhkəməyə iddia ərizəsinin verilməsinə görə 34 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 752.1-ci maddəsi: Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsi: Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsi: Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3-cü maddəsi: Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4-cü maddəsi: Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 770-ci maddəsi: Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 772.1-ci maddəsi: görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. 772.2-ci maddəsi: Materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh etibarnamə ilə idarə etdiyi “Chevrolet Malibu” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək, İddiaçı məxsus “Nissan Sunny” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və həmin avtomaşına maddi ziyan vurmuşdur. Törətdiyi yol nəqliyyat hadisəsinə görə Cavabdeh Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3- 1(093)-224/2023 saylı qərarı ilə İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. Beləliklə də, Cavabdeh İddiaçı maddi zərər vurulmasında təqsirli olması sübuta yetmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək, izahatında törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəyən ziyanın iddiaçı tərəfindən tələb olunan məbləğdə olmadığını, ziyanı 500 manat həcmində qəbul etdiyini bildirmişdir. Bununla əlaqədar dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertin xx.xx.2024cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus “Nissan Sunny” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişməli hissələrin qiyməti 520 manat və təmir-bərpa işlərinin qiyməti 350 manat olmaqla, cəmi 1170 manat məbləğində təşkil edir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli və Cavabdeh 1170 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi və hüquqi xidmət haqqına görə pulun ödənilməsi barədə qəbzlərdən görünür ki, İddiaçı 34 manat məbləğində dövlət rüsumu və Qusar rayon Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul ödəniş etmişdir. İddia ərizəsi təmin edildiyindən və iddiaçı məhkəmə xərclərini cavabdehdən tələb etdiyindən iddiaçı tərəfindən ödənilmiş 34 manat məbləğində dövlət rüsumu və 150 manat məbləğində hüquqi xidmət haqqı Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1170 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 34 manat məbləğində pul və hüquqi xidmət haqqına görə ödənilmiş 150 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-559/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-559/2024
22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver