Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-569/2022 06.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu ümumilikdə 7000 manat pul və ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh tanıyır, o onun həmkəndlisidir, onunla münasibətləri normal olmuşdur. 2020-ci ilin noyabr ayında Cavabdeh ona müraciət edərək bildirmişdir ki, özü üçün 7000 manat borc pul lazımdır. O onunla münasibəti yaxın olduğundandan onun ondan istədiyi məbləği vermək qərarına gəlmişdir. 11 noyabr 2020-ci il tarixdə Cavabdeh öz imzası ilə ona rəsmi iltizam vermişdir. Həmin iltizamda cavabdeh ondan aldığı 7000 manat pulu 11 iyul 2021-ci il tarixədək tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin həmin müdətdən 2 ay keçməsinə baxmayaraq cavabdeh vədinə əməl etməmişdir. Bu səbəbdən o, cavabdehə bu barədə yaşadığı ünvana rəsmi (pretenziya) müraciət göndərmişdir. Lakin buna baxmayaraq da cavabdeh pulunu qaytarmaq istəmir. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də o, müxtəlif bahənalər gətirərək onun pulunu qaytarmaqdan yayınır. Cavabdehin onun pulunu qaytarmağa hər cür imkanı vardır, lakin o, pulunu qaytarmaq istəmir. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh həmkəndlisidir. Onunla münasibətləri həmişə yaxşı olub. 2020-ci ilin noyabr ayında cavabdeh ondan özü üçün 7000 manat pul istəmişdir. O cavabdehlə münasibəti yaxşı olduğuna görə 11 noyabr 2020-ci il tarixdə ona 7000 manat borc pul vermiş və o, da öz imzası ilə pul alması barədə iltizam yazıb vermişdir. Cavabdeh ona verdiyi iltizamda yazıb öhdəlik götürmüşdür ki, 7000 manat pulunu 11 iyul 2021-ci il tarixədək tam ödəyəcək. Lakin sonradan cavabdeh borcunu ödəməkdən yayınmışdır. O, bu günədək ona verdiyi pulu qaytarmayıb və hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Ona görə məhkəmədə iddia qaldırmışdır. Cavabdehə pulu nağd şəkildə faizsiz vermişdir. Hər dəfə cavabdehdən pulu qaytarmasını istəyəndə, o, pulu aldığını etiraf edir və bildirir ki, yaxın vaxtlarda qaytaracaq, amma bu vədlərlə hazırkı vaxtadək onu aldadır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 238-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli iltizamdan müəyyən olunur ki, Cavabdeh İddiaçı 7000 manat məbləğində pul almış, həmin pulu xx.xx.2021-ci il tarixədək qaytararacağını bildirmişdir. İş materiallarında olan iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı 7000 manat məbləğində borc pul almışdır. İş materiallarında olan sübutlardan göründüyü kimi, Cavabdeh İddiaçı olan pul borcunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220, 227, 233, 238, 252, 357 - 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 7000 manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 100 manat dövlət rüsümü cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-569/2022
Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-569/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver