Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-592/2021 03.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X3 iştirakı ilə, iddiaçı «xxxx» MMC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” MMC BOKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı «xxxx» MMC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı «xxxx» MMC Bank olmayan Kredit Təşkilatının xeyrinə 1999,44 manat məbləğində əsas borc, 31,18 manat məbləğində faiz borcu olmaqla, cəmi 2030,62 manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC Bank olmayan Kredit Təşkilatı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 2000 manat kredit verilmişdir. Həmçinin, Cavabdeh2 bank qarşısında öhdəliklərinin təminatı olaraq digər Cavabdeh1 Mövlud qızı ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Sonradan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən cavabdehlə xx.xx.2019-cu il tarixli restruktizasiya müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli, XAÇ-84/2 saylı kredit müqaviləsi ilə aldığı 2000 (iki min) manat kredit məbləğindən vaxtı keçmiş əsas kredit borcunun 1.999,44 manatlıq hissəsinin ödənilməsi üçün bu məqsədlə güzəştli kredit verilmiş, borclu və zamin isə verilmiş krediti və faizləri ödəməyi öhdələrinə götürmüşlər. Kredit, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına uyğun olaraq illik 1 % dərəcəsi olmaqla, 5 il müddətinə verilmişdir.Ötən müddət ərzində cavabdeh kredit borcunu ödəməkdən yayınmışdır. Ona görə də hazırkı iddia qaldırılmışdır. Məhkəmə iclasında iddiaçı «xxxx» MMC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh borcundan yalnız 20 manat pulu bu ilin yanvar ayında ödəyib, qalan borcunu ödəməyib. İddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutları yoxdur. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mövlud qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mövlud qızının iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı «xxxx» MMC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli XAÇ-84/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 2000 manat kredit verilmişdir. İş materiallarından müəyyən olunur ki, Prezidentin xx.xx.2019-cu il tarixli fərmanına əsasən İddiaçı «xxxx» MMC Bank olmayan Kredit Təşkilatı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mövlud qızı arasında xx.xx.2019-cu il tarixli restruktizasiya müqaviləsi bağlanılmışdır. İş materiallarında olan «xxxx» MMC Bank olmayan Kredit Təşkilatının xx.xx.2020-ci il tarixli ödənişlər üzrə çıxarışından müəyyən olunur ki, həmin tarixə Cavabdeh2 «xxxx» MMC Bank olmayan Kredit Təşkilatına 2030.62 manat məbləğində kredit borcu qalmışdır. İş materiallarında olan zaminlik müqaviləsindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliklərinin təminatı olaraq digər Cavabdeh1 Mövlud qızı ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanılıb. xx xxxxxx 2020-ci il tarixli pretenziya məktublarından müəyyən olunur ki, «xxxx» MMC Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlərlə mübahisəni məhkəmədən kənar qaydada həll etmək üçün pretenziya məktubları göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı «xxxx» MMC Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından «xxxx» MMC Bank olmayan Kredit Təşkilatı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mövlud qızı arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır, və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. Əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminatdır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. Birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, iddiaçı “xxxx” MMC BOKTnın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1999,44 manat məbləğində əsas borc, 31,18 manat məbləğində faiz borcu olmaqla, cəmi 2030,62 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1999,44 (min doqquz yüz doxsan doqquz manat, qırx dörd qəpik) manat məbləğində əsas borc, 31,18 (otuz bir manat, on səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2030,62 (iki min otuz manat, altmış iki qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq xxxx” MMC BOKT-nın xeyrinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-592/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-592/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver