Məhkəmə qərarları › İş №2(067)-608/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-608/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-608/2023 10.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Hakim Qasımova Vüsalə Yadigar qızı İddiaçı Cavabdeh MMC–yə qarşı ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC–yə qarşı ödənilmiş pulun geri qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olundu ki, ərizəçi mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair müvafiq qaydaya riayət etməmiş, ərizədə qeyd edilən sənədlərin özünə məxsus olmasının müəyyən edilməsi üçün həmin sənədləri verən müvafiq qurumlara müraciət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması üçün müvafiq sənədləri verən qurumlara müraciət etdikdən sonra ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh MMC–yə qarşı ödənilmiş pulun geri qaytarılması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması üçün müvafiq sənədləri verən qurumlara müraciət etdikdən sonra ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar