Məhkəmə qərarları › İş №2(067)-616/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-616/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-616/2021 20.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «Kredit borcunun qaytarılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4523.18 manat əsas borc və 689.51 manat faiz borcu olmaqla ümumilikdə 5212.69 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında girova qoyulmuş, Cavabdeh məxsus, ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş qızıl-ziynət əşyaları- 4 ədəd 583 əyarlı 94,7 qram çəkidə boyunbağıya, 1 ədəd (qaşı çıxarılıb 1,8 qram) 750 əyarlı, 13,4 qram çəkidə qadın dəstinə, 2 ədəd (qaşı çıxarılıb 0,7 qram) 750 əyarlı, 7,7 qram çəkidə sırğaya yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh oğlu məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işlərin çoxluğu ilə əlaqədar çətinliklər yarandığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirməklə işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizəsini göndərməklə cavabdehdən 1741 manat əsas borc və 662.48 manat faiz borcu olmaqla, ümumilikdə 2403.48 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında girova qoyulmuş, Cavabdeh məxsus, ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş qızıl-ziynət əşyaları- 4 ədəd 583 əyarlı 94,7 qram çəkidə boyunbağıya, 1 ədəd (qaşı çıxarılıb 1,8 qram) 750 əyarlı, 13,4 qram çəkidə qadın dəstinə, 2 ədəd (qaşı çıxarılıb 0,7 qram) 750 əyarlı, 7,7 qram çəkidə sırğaya yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli, 300***- *******/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 5010 (beş min on) manat məbləğində kredit verilmişdir. 04 dekabr 2019-cu il tarixli, 300***-*******/1 nömrəli “Girov müqaviləsi"nə əsasən kredit müqaviləsinin təminatı qismində Cavabdeh mülkiyyətində olan qızıl-ziynət əşyaları- 4 ədəd 583 əyarlı 94,7 qram çəkidə boyunbağı, 1 ədəd (qaşı çıxarılıb 1,8 qram) 750 əyarlı, 13,4 qram çəkidə qadın dəsti, 2 ədəd (qaşı çıxarılıb 0,7 qram) 750 əyarlı, 7,7 qram çəkidə sırğa ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edililərək bankın xeyrinə girova qoyulmuşdur. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaqytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizləri, habelə bankın xidmət tarifi və şərtlərindən irəli gələn xidmət haqqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit sayılır. Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Girov müqaviləsinin 4.1.2,-ci bəndinə əsasən borcalanla bank arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın tələbi girov predmentinə yönəltmək hüququ vardır. Girov müqaviləsinin 5.1.-ci bəndinə əsasən girov qoyan girovla təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə, bankın girov predmentinə tutma hüququ yaranır. Kredit Müqaviləsi üzrə borclu Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin girov predmentinə tutma hüququ yaranmışdır. Bununla bağlı olaraq, girov predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericilikdə ətraflı qeyd edilmişdir. Göstərilənlər nəzərə alınmaqla Cavabdeh 4523.18 manat əsas borc və 689.51 manat faiz borcu olmaqla ümumilikdə 5212.69 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında girova qoyulmuş, Cavabdeh məxsus, ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş qızıl-ziynət əşyaları- 4 ədəd 583 əyarlı 94,7 qram çəkidə boyunbağıya, 1 ədəd (qaşı çıxarılıb 1,8 qram) 750 əyarlı, 13,4 qram çəkidə qadın dəstinə, 2 ədəd (qaşı çıxarılıb 0,7 qram) 750 əyarlı, 7,7 qram çəkidə sırğaya yönəldilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 dekabr 2019-cu il tarixli, 300805-350236/1 nömrəli kredit müqavilədən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli, 300***-*******/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 5010 (beş min on) manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti ödəniş cədvəlində qeyd olunmuş tarixlərdə və müqavilədə göstərilən müddətdə vaxtlıvaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04 dekabr 2019-cu il tarixli, 300805-350236/1 nömrəli girov müqaviləsindən və girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi barədə 350236/1 nömrəli aktdan görünür ki, 04 dekabr 2019-cu il tarixli, 300***-*******/1 nömrəli “Girov müqaviləsi"nə əsasən kredit müqaviləsinin təminatı qismində Cavabdeh mülkiyyətində olan qızıl-ziynət əşyaları- 4 ədəd 583 əyarlı 94,7 qram çəkidə boyunbağı, 1 ədəd (qaşı çıxarılıb 1,8 qram) 750 əyarlı, 13,4 qram çəkidə qadın dəsti, 2 ədəd (qaşı çıxarılıb 0,7 qram) 750 əyarlı, 7,7 qram çəkidə sırğa ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edililərək bankın xeyrinə girova qoyulmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 02 oktyabr 2021-ci il tarixl maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli, 300***-*******/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 5010 (beş min on) manat məbləğində kredit verilmişdir. Cavabdeh 02 dekabr 2020-ci il tarixə Banka 4523.18 manat əsas, 689.51 manat faiz borcu olmaqla, cəmi borcu 5212.69 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 19 oktyabr 2021-ci il tarixli iddia ərizəsinə əlavəsindən və ərizəyə əlavə edilmiş 19 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh hazırki vaxta İddiaçı Açıq Səhmdar Cəmiyyətin 1741 manat əsas, 662.48 manat faiz borcu olmaqla, cəmi borcu 2403 manat 48 qəpik təşkil edir. İş materiallarında olan 08 iyun 2020-ci il tarixli, 300/300/0075/2020 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit borcunun ödənilməsini gecikdirdiyinə görə iddiaçı bank tərəfindən 08 iyun 2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan 02 dekabr 2020-ci il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE seriyalı, 13551107 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə Cavabdeh Xaçmaz rayonunun Ərəb kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Adliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2021-ci il tarixli, 9/4371 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 4 ədəd 583 əyarlı 94,7 qram çəkidə boyunbağı, 1 ədəd (qaşı çıxarılıb 1,8 qram) 750 əyarlı, 13,4 qram çəkidə qadın dəsti, 2 ədəd (qaşı çıxarılıb 0,7 qram) 750 əyarlı, 7,7 qram çəkidə sırğanın hazırki nəzəri qaydada bazar qiyməti ilə ümumi dəyəri təxminən 9107,0 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 270.2-ci maddəsinə əsasən Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. Həmin Məcəllənin 272-ci maddəsinə əsasən girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli, 300***-*******/1 nömrəli girov müqaviləsindən müayyən olunur ki, kredit müqaviləsinin təminatı qismində Cavabdeh mülkiyyətində olan qızıl-ziynət əşyaları- 4 ədəd 583 əyarlı 94,7 qram çəkidə boyunbağı, 1 ədəd (qaşı çıxarılıb 1,8 qram) 750 əyarlı, 13,4 qram çəkidə qadın dəsti, 2 ədəd (qaşı çıxarılıb 0,7 qram) 750 əyarlı, 7,7 qram çəkidə sırğa ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edililərək bankın xeyrinə girova qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 281.2-ci maddəsinə əsasən əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən əirov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit münasibətlərindən irəli gələn öhdəliklər üzrə cavabdeh şəxs olaraq Cavabdeh qarşı düzgün olaraq verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia hazırki həcmdə təmin edilməklə Cavabdeh 1741 manat əsas borc və 662.48 manat faiz borcu olmaqla, ümumilikdə 2403.48 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma Bank qarşısında girova qoyulmuş, Cavabdeh məxsus, ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş qızılziynət əşyaları- 4 ədəd 583 əyarlı 94,7 qram çəkidə boyunbağıya, 1 ədəd (qaşı çıxarılıb 1,8 qram) 750 əyarlı, 13,4 qram çəkidə qadın dəstinə, 2 ədəd (qaşı çıxarılıb 0,7 qram) 750 əyarlı, 7,7 qram çəkidə sırğaya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1741 (bir min yeddi yüz qırx bir) manat əsas borc və 662.48 manat (altı yüz altmış iki manat qırx səkkiz qəpik) faiz borcu olmaqla, ümumilikdə 2403.48 manat (iki min dörd yüz üç manat qırx səkkiz qəpik) məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat (otuz manat qırx qəpik) məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Bank qarşısında girova qoyulmuş, Cavabdeh məxsus, ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş qızıl-ziynət əşyaları- 4 ədəd 583 əyarlı 94,7 qram çəkidə boyunbağıya, 1 ədəd (qaşı çıxarılıb 1,8 qram) 750 əyarlı, 13,4 qram çəkidə qadın dəstinə, 2 ədəd (qaşı çıxarılıb 0,7 qram) 750 əyarlı, 7,7 qram çəkidə sırğaya yönəldilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar