Məhkəmə qərarları › İş №2(067)-644/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-644/2025

16.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-644/2025 16.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunu yapışqan vasitəsi ilə yapışdırdığına görə, ondan dəyəri 2277,40 manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin X1ndə müvafiq hesabına (X1 Kod: 210005, VÖEN 140555071, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T.CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************, VÖEN **********, Büdcə təsnifatının kodu:142120, Büdcə səviyyəsinin kodu:7) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)-47/2023 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkum xx.xx.2023-cü il tarixdə İddiaçı qeydiyyatına götürülmüş və cəza çəkdiyi müddətdə gəzdirməsi üçün xx.xx.2023-cü il tarixdə üzərinə 35654506 nömrəli “Attenti” markalı mobil nəzarət qurğusu bağlanılmışdır. Həmin tarixdə də şöbənin böyük icra məmuru (probasiya üzrə) X3 və keçmiş məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Həmin protokolda məhkuma cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə bağlanılmış elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Həmin protokolla bir ədəd ‘Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapteri), bir ədəd elektron qolbaq kəmərlə birlikdə, bir ədəd mobil qurğu üçün qoruyucu kabro keçmiş məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixdə tərəfimizdən məhkumun üzərinə bağlanılmış 35654506 nömrəli “Attenti” markalı mobil nəzarət qurğusuna baxış keçirilərkən həmin elektron nəzarət vasitəsinin mobil qurğusunun onun əlində düşərək istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən olunmuşdur. Həmin tarixdə məhkumun izahatı alınmaqla, müvafiq protokol tərtib edilmişdir. Məhkum xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli izahatlarında elektron nəzarət vasitəsinin mobil qurğusunun təsadüfən əlindən düşüb sındığını, bununla da tam yararsız hala düşdüyünü, onun dəyərinin 2277, 40 manat təşkil etdiyini, həmçinin dəyərinin ödəməli olduğunu etiraf etmiş və dəymiş ziyanı birdəfəlik ödəmək istədiyini, lakin maddi vəziyyəti ilə əlaqədar dəymiş ziyanı tam ödəyə bilmədiyini, hər ayda 100-150 manat ödəniş edə biləcəyini qeyd etmişdir. Məhkumun üzərinə bağlanılmış 35654506 nömrəli “Attenti” markalı mobil nəzarət qurğusu istifadəyə tam yararsız hala salmasını etiraf etmiş və bu barədə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Hesab edirik ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət vasitəsinin mobil qurğusu sınaraq yararsız hala düşmüş və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdehin mobil nəzarət qurğusunu yapışqan vasitəsi ilə yapışdırdığına görə ondan dəyəri 2277.40 manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin X1ndə müvafiq hesabına ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Cavabdeh xx.xx.2025-ci il tarixdən narkoloji müəssisədə müalicədədir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, qolbağın aparatı 2-ci mərtəbədən yerə, betonun üzərinə düşüb sınmışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(067)-132/2021 saylı hökmünün surətindən müəyyən olunur ki, Cavabdeh Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. -Ədliyyə Nazirliyinin məktubundan görünür ki, elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir. -Cavabdeh icra və probasiya şöbəsinə verdiyi iltizamdan müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının icrası 23:00-dan 07:00-dək olan müddət ərzində yaşayış yerini tərk etməyəcək, elektron nəzarət vasitəsini gəzdirəcək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət edəcək, Xaçmaz rayon ərazisinin hüdudlarını tərk etməyəcək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməyəcək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişərsə onları bu barədə əvvəlcədən məlumatlandıracaq, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşıyacaq, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət edəcək, cihaza hər hansı müdaxilə etməyəcək və ya cihazın üzərindən çıxarmayacaq, habelə həmin vasitəni zədələməyəcək və ya digər üsulla yararsız vəziyyətə salmayacağına söz verir. Ona izah olunmuşdur ki, cəzanın çəkilməsi qaydalarına və ya məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələrə əməl etməsə cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz ediiləcək və elektron nəzarət vasitəsini zədələsə, itirsə və ya digər üsulla yararsız vəziyyətə salsa onun dəyəri ondan tutulacaq. -xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Cavabdeh gəzdirməsi üçün üzərinə bağlanmış elektron nəzarət vasitələrinə baxış keçirən zaman ayağından elektron qolbağın açıldığı və mobil qurğusunun əlindən düşərək tam yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. -Məhkum Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli izahatlarından müəyyən olunur ki, elektron nəzarət vasitəsinin mobil qurğusunun təsadüfən əlindən düşüb sındığını, bununla da tam yararsız hala düşdüyünü, onun dəyərinin 2277, 40 manat təşkil etdiyini, həmçinin dəyərinin ödəməli olduğunu etiraf etmiş və dəymiş ziyanı birdəfəlik ödəmək istədiyini, lakin maddi vəziyyəti ilə əlaqədar dəymiş ziyanı tam ödəyə bilmədiyini, hər ayda 100-150 manat ödəniş edə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)-47/2023 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkum xx.xx.2023-cü il tarixdə İddiaçı qeydiyyatına götürülmüş və cəza çəkdiyi müddətdə gəzdirməsi üçün xx.xx.2023-cü il tarixdə üzərinə 35654506 nömrəli “Attenti” markalı mobil nəzarət qurğusu bağlanılmışdır. Bir ədəd ‘Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapteri), bir ədəd elektron qolbaq kəmərlə birlikdə, bir ədəd mobil qurğu üçün qoruyucu kabro keçmiş məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkumun üzərinə bağlanılmış 35654506 nömrəli “Attenti” markalı mobil nəzarət qurğusuna baxış keçirilərkən həmin elektron nəzarət vasitəsinin mobil qurğusunun onun əlində düşərək istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən olunmuşdur. Həmin tarixdə məhkumun izahatı alınmaqla, müvafiq protokol tərtib edilmişdir. Hazırda iddiaçı həmin vəsaitin alınıb Ədliyyə Nazirliyinin X1ndə müvafiq hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul edir. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki mülki iş üzrə cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı qeydiyyatına götürülmüş və ona cəza çəkdiyi müddətdə gəzdirməsi üçün xx.xx.2023-cü il tarixdə bir ədəd ‘Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapteri), bir ədəd elektron qolbaq kəmərlə birlikdə, bir ədəd mobil qurğu üçün qoruyucu kabro quraşdırılaraq təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə məhkumun üzərinə bağlanılmış mobil nəzarət qurğusuna baxış keçirilərkən həmin elektron nəzarət vasitəsinin mobil qurğusunun onun əlində düşərək istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən olunmuşdur. Həmin tarixdə İddiaçındə məhkumun izahatı alınmaqla, müvafiq protokol tərtib edilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək təmin olunmasına etiraz etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır, təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-ci maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277.40 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2277,40 manat məbləğdə vəsait alınıb Ədliyyə Nazirliyinin X1ndə müvafiq hesabına (X1 Kod: 210005, VÖEN 140555071, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T.CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************, VÖEN **********, Büdcə təsnifatının kodu:142120, Büdcə səviyyəsinin kodu:7) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar