Məhkəmə qərarları › İş №2(067)-645/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-645/2025

03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-645/2025 03.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan ziyan tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh mobil nəzarət qurğusunu yapışqan vasitəsi ilə yapışdırdığına görə, ondan dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin X1 müvafiq hesabına (X3 Kod: 210005, VÖEN 140555071, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T.CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************, VÖEN **********, Büdcə təsnifatının kodu:142120, Büdcə səviyyəsinin kodu:7) ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(067)-67/2023 saylı qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 16.11 2022-ci il tarixli, 1(067)-167/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş 3800 manat cərimə növündə cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzası ilə əvəz edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkuma 01,02.2024-cü il tarixdə cəza çəkdiyi müddətdə gəzdirməsi üçün üzərinə elektron nəzarət vasitəsi bağlanılmışdır. Həmin tarixdə də şöbənin böyük icra məmuru (probasiya üzrə) Nümayəndə və keçmiş məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Həmin protokolda məhkuma cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə bağlamılmış elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Həmin protokolla bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapteri), bir ədəd elektron qolbaq kəmərlə birlikdə, bir ədəd mobil qurğu üçün qoruyucu kabro keçmiş məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixdə tərəfimizdən məhkumun cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildiyinə görə gəzdirməsi üçün onun üzərinə bağlanılmış 35655674 nömrəli “Attenti” markalı mobil nəzarət qurğusu təhvil alınmışdır. Təhvil alınarkən həmin elektron nəzarət vasitəsinin mobil qurğusu istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixdə də məhkum və onun barəsində olan hökm şöbənin qeydiyyatndan çıxarılmışdır. "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyinə əsasən qolbağın izlənmə antena pinləri yerindən qoparılıb, nəticədə təmiri mümkün olmamış və istifadəyə tam yarasızdır. Cavabdeh elektron nəzarət vasitəsini istifadəyə yarasız hala salmasını etiraf etməyərək izahat verməkdən imtina etmiş və bu barədə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından qolbağın izlənmə antena pinləri yerindən qoparıldığına görə yararsız hala düşmüş və bizə maddi ziyan dəymişdi. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(067)-67/2023 saylı qərarı ilə Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 16.11,2022-ci il tarixli, 1(067)-167/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 3800 manat cərimə növündə cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkuma 01,02.2024cü il tarixdə cəza çəkdiyi müddətdə gəzdirməsi üçün üzərinə elektron nəzarət vasitəsi bağlanılmışdır. Həmin tarixdə də keçmiş məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Həmin protokolda məhkuma cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə bağlanılmış elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Həmin protokolla bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapteri), bir ədəd elektron qolbaq kəmərlə birlikdə, bir ədəd mobil qurğu üçün qoruyucu kabro keçmiş məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixdə tərəfimizdən məhkumun cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildiyinə görə gəzdirməsi üçün onun üzərinə bağlanılmış 35655674 nömrəli “Attenti” markalı mobil nəzarət qurğusu təhvil alınmışdır. Təhvil alınarkən həmin elektron nəzarət vasitəsinin mobil qurğusunun istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən olunmuşdur. xx.xx.2024cü il tarixdə də məhkum və onun barəsində olan hökm şöbənin qeydiyyatından çıxarılmışdır. "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyinə əsasən qolbağın izlənmə antena pinləri yerindən qoparılıb, nəticədə təmiri mümkün olmamış və istifadəyə tam yarasızdır. Cavabdeh elektron nəzarət vasitəsini istifadəyə yarasız hala salmasını etiraf etməyərək izahat verməkdən imtina etmiş və bu barədə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Hesab edir ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından qolbağın izlənmə antena pinləri yerindən qoparıldığına görə yararsız hala düşmüş və maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh elektron nəzarət qurğusunu onun yanına gətirmiş, qurğu sönük olmuşdur. O, şəklini çəkib Bakıya göndərmiş, onlar da demişlər ki, qurğuya baxanda nasazlıq olub-olmadığı bilinəcək. Sonradan məhkum dəvət olunsa da, gəlməmiş, onun barəsində təyin edilmiş cəza başqa cəza növündə cəza ilə əvəz olunmuşdur. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, telefonun ekranı qaraldığına görə o Azər müəllimin yanına gedib məsələni ona bildirmiş, o, da qurğunun şəkillərini çəkib Bakıya göndərmişdir. Qurğuya başqa heç nə etməmiş, qolbağı xarab eləməmişdir. O, elektron nəzarət qurğusuna toxunmamışdır. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(067)-67/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 1 (067)~167/2022 saylı hökmü ilə (Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1 (067)-182/2017 saylı hökmü) təyin edilmiş və çəkilməmiş qalan 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və azadlığın məhdudlaşdırılması cəzasının müddəti 06 (altı) ay müəyyən edilmişdir. İş materiallarında olan iltizamdan görünür ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə təyin edilmiş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının icrası 22:30-dan 07:00-dək olan müddət ərzində yaşayış yerini tərk etməyəcətinə, elektron nəzarət vasitəsini gəzdirəcəyinə, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət edəcəyinə, Xaçmaz rayon ərazisinin hüdudlarını tərk etməyəcəyinə, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməyəcəyinə, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişərsə bu barədə əvvəlcədən məlumatlandıracağına, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşıyacağına, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət edəcəyinə, cihaza hər hansı müdaxilə etməyəcəyinə və ya cihazı üzərindən çıxarmayacağına, habelə həmin vasitəni zədələməyəcəyinə və ya digər üsulla yararsız vəziyyətə salmayacağına söz vermişdir. Ona izah olunmuşdur ki, cəzanın çəkilməsi qaydalarına və ya məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələrə əməl etməsə cəzanı azadlıqdan məhrum etmə cəzası ilə əvəz ediləcək və elektron nəzarət vasitəsini zədələsə, itirsə və ya digər üsulla yararsız vəziyyətə salsa onun dəyəri ondan tutulacaq. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə İddiaçı böyük icra məmuru (probasiya üzrə) Nümayəndə, sürücü Həsən Əliməmmədovun, Cavabdeh bacısı X2 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh gəzdirməsi üçün üzərinə bağlanılmış elektron nəzarət vasitəsinin istifadəyə yarasız olması ilə bağlı icra şöbəsində izahat verməsi tələb olundu. Lakin, o üzərinə bağlanılmış elektron nəzarət vasitəsini xarab etdmədiyini bildirərək izahat verməkdən imtina etmişdir. İş materiallarında olan mütəxəssis rəyindən müəyyən olunur ki, qolbağın izləmə antena pinləri yerindən qoparılıb, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. İş matgeriallarından görünür ki, Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(067)-67/2023 saylı qərarı ilə Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 16.11,2022-ci il tarixli, 1(067)-167/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 3800 manat cərimə növündə cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilmişdir. Məhkuma 01,02.2024-cü il tarixdə cəza çəkdiyi müddətdə gəzdirməsi üçün üzərinə elektron nəzarət vasitəsi bağlanılmışdır. Həmin tarixdə də keçmiş məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Həmin protokolda məhkuma cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə bağlanılmış elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Həmin protokolla bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapteri), bir ədəd elektron qolbaq kəmərlə birlikdə, bir ədəd mobil qurğu üçün qoruyucu kabro keçmiş məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixdə tərəfimizdən məhkumun cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildiyinə görə gəzdirməsi üçün onun üzərinə bağlanılmış 35655674 nömrəli “Attenti” markalı mobil nəzarət qurğusu təhvil alınmışdır. Təhvil alınarkən həmin elektron nəzarət vasitəsinin mobil qurğusunun istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən olunmuşdur. xx.xx.2024cü il tarixdə də məhkum və onun barəsində olan hökm şöbənin qeydiyyatından çıxarılmışdır. "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyinə əsasən qolbağın izlənmə antena pinləri yerindən qoparılıb, nəticədə təmiri mümkün olmamış və istifadəyə tam yarasızdır. Cavabdeh elektron nəzarət vasitəsini istifadəyə yarasız hala salmasını etiraf etməyərək izahat verməkdən imtina etmiş və bu barədə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Hesab edir ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından qolbağın izlənmə antena pinləri yerindən qoparıldığına görə yararsız hala düşmüş və maddi ziyan dəymişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2277.40 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Nazirliyinin X1 müvafiq hesabına (X3 Kod: 210005, VÖEN 140555071, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T.CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************, VÖEN **********, Büdcə təsnifatının kodu:142120, Büdcə səviyyəsinin kodu:7) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar