Məhkəmə qərarları › İş №2(067)-65/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-65/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-65/2021 18.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh4 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun və bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 avqust 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 189810.2 ABŞ dolları əsas, 113611.94 ABŞ dolları faiz, 204795.25 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 508217.39 ABŞ dolları məbləğində borcun, və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun və 80 manat xidmət haqqının tutulması, tutmanın X2 mülkiyyətində olan Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 kv.metr ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə, Cavabdeh4 mülkiyyətində olan Xaçmaz şəhəri Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 kv.metr ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə, Cavabdeh4 mülkiyyətində olan Xaçmaz rayonu Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 11.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan Xaçmaz şəhəri N.Nərimanov küçəsi 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (istehsal sexi) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 508217.39 ABŞ dolları borcun ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumu və 80 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 kv.metr ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Xaçmaz şəhəri Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 kv.metr ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Xaçmaz rayonu Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 11.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Xaçmaz şəhəri N.Nərimanov küçəsi 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (istehsal sexi) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 15.08.2011-ci il tarixli 11L000000777 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 12.03.2015-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 400000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 13.05.2016-cı il tarixli 011R**********S saylı, 10.10.2016-cı il tarixli 011R**********SA saylı, 24.01.2017-ci il tarixli 011R**********SB saylı, 10.03.2017-ci il tarixli 011R**********SC saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 14.11.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü kredit borcundan 210189.8 ABŞ Dolları ödəmiş, onun 189810.2 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 27.02.2020-ci il tarixə 835 gün üçün hesablanmış faiz borcu 113611.94 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci. bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 237.02.2020-ci il tarixə 835 gün üçün hesablanmış cərimə 149946.03 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, X6, Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə X6 AccessBank QSC ilə bağladığı 05.12.2012-ci il tarixli 11M000000205 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 m2 ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 28 №-li reyestr kitabının 8 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 m2 ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinin Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 m2 ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinin AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X7 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4 AccessBank QSC ilə bağladığı 15.08.2011-ci il tarixli 11M000000107 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 m2 ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Xaçmaz şəhəri Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 m2 ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X3 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4 AccessBank QSC ilə bağladığı 15.08.2011-ci il tarixli 11M000000108 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz rayonu Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 113.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Xaçmaz rayonu Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 113.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X3 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 AccessBank QSC ilə bağladığı 10.03.2015-ci il tarixli 011M**********601 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz rayonu Nəriman Nərimanov küçəsində 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (istehsal sexi) İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh5 Şabetdin oğlunun mülki iş üzrə cavabdeh qismində cəlb edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 189810.2 ABŞ dolları əsas, 113611.94 ABŞ dolları faiz, 204795.25 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 508217.39 ABŞ dolları məbləğində borcun, dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumun və 80 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh4 mülkiyyətində olan Xaçmaz şəhəri Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 kv.metr ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə, Cavabdeh4 mülkiyyətində olan Xaçmaz rayonu Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 13.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh5 Şabetdin oğlunun mülkiyyətində olan Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 kv.metr ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan Xaçmaz şəhəri N.Nərimanov küçəsi 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (istehsal sexi) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 508217.39 ABŞ dolları borcun ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumu və 80 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 kv.metr ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 Şabetdin oğlunun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Xaçmaz şəhəri Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 kv.metr ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Xaçmaz rayonu Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 13.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Xaçmaz şəhəri N.Nərimanov küçəsi 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (istehsal sexi) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf məhkəmənin ünvanına teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 011L**********20 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 15.08.2011-ci il tarixli 11L000000777 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 12.03.2015-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 400000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. İş materiallarından görünür ki, tərəflərin imzaladıqları 13.05.2016-cı il tarixli 011R**********S saylı, 10.10.2016-cı il tarixli 011R**********SA saylı, 24.01.2017-ci il tarixli 011R**********SB saylı, 10.03.2017-ci il tarixli 011R**********SC saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan zaminlik müqavilələrindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə Cavabdeh3, X6, Cavabdeh1, Cavabdeh2 kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etmələri barədə öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarından müəyyən olunur ki, X6 AccessBank QSC ilə bağladığı 05.12.2012-ci il tarixli 11M000000205 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 m2 ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh4 AccessBank QSC ilə bağladığı 15.08.2011-ci il tarixli 11M000000107 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz şəhəri Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 m2 ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh4 AccessBank QSC ilə bağladığı 15.08.2011-ci il tarixli 11M000000108 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz rayonu Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 113.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh4 öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 AccessBank QSC ilə bağladığı 10.03.2015-ci il tarixli 011M**********601 saylı ipoteka müqaviləsi əsasında Xaçmaz rayonu Nəriman Nərimanov küçəsində 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 m2 ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (istehsal sexi) İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından müəyyən olunur ki, cavabdehlərə kredit borcunu ödəmələri barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, 15.08.2011-ci il tarixli 11L000000777 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi öhdəliklər tam yerinə yetirilənə kimi X2 mülkiyyətində olan Xaçmaz şəhəri Javadxan küçəsi 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipotekası dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, 15.08.2011-ci il tarixli 11L000000777 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi öhdəliklər tam yerinə yetirilənə kimi Cavabdeh4 mülkiyyətində olan Xaçmaz şəhəri R.Sadıqov küçəsində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinin ipotekası dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, 15.08.2011-ci il tarixli 11L000000777 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi öhdəliklər tam yerinə yetirilənə kimi Cavabdeh4 mülkiyyətində olan Xaçmaz-Xudat yolunun sol tərəfində 0,05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipotekası dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, 15.08.2011-ci il tarixli 11L000000777 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi öhdəliklər tam yerinə yetirilənə kimi Cavabdeh3 mülkiyyətində olan Xaçmaz şəhəri N.Nərimanov küçəsində 0,15687 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi kimi müəssisənin ipotekası dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Elektron Xidmətlər Portalından çıxarışlardan müəyyən olunur ki, əmlakların ipoteka qoyulması barəsində müvafiq qeydiyyatlar aparılmış, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün pul ödənilmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən müəyyən edilir ki, «Access bank» QSJ məhkəmədə iddia ərizəsinə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən olunur ki, X3 notariat kontoruna ərizə təqdim edərək Xaçmaz şəhəri R.Sadıqov küçəsində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 14 nömrəli fərdi yaşayış evinin və Xaçmaz-Xudat yolunun sol tərəfində 0,05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarından müəyyən olunur ki, X7 notariat kontoruna ərizə təqdim edərək Xaçmaz şəhəri Cavadxan küçəsi 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh4 27 fevral 2020-ci il tarixə (maliyyə arayışı tarixinə) banka olan borcu 345911,68 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən 27.02.2020-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas borc üzrə 243599,78 ABŞ dolları, faiz borcu üzrə 102311,91 ABŞ dolları müəyyən olunur. Bank tərəfindən 12 mart 2015-ci il tarixli, 011R********** saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borsalana kredit razılaşması üzrə cərimə borcu hesablanmadı. İş materiallarında olan "xxxx" MMC-nin 12 yanvar 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh4 məxsus olan Xaçmaz şəhəri Xaçmaz-Xudat yolunun sol tərəfində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 12.01.2021-ci il tarixə olan bazar dəyəri 50000 manat, likvid dəyəri 44000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 14 yanvar 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh3 məxsus olan Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən əmlak kompleksi kimi müəssisənin (istehsal sexi) 14.01.2021-ci il tarixə olan bazar dəyəri 230000 manat, likvid dəyəri 205000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 12 yanvar 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, X5 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin 12.01.2021-ci il tarixə olan bazar dəyəri 60000 manat, likvid dəyəri 52000 manat təşkil edir İş materiallarında olan "xxxx" MMC-nin 12 yanvar 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh4 məxsus olan ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin 12.01.2021-ci il tarixə olan bazar dəyəri 17000 manat, likvid dəyəri 15000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddtlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının İpoteka haqqında qanununun 39.3.3-cü maddəsinə görə, işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə görə, ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər İpoteka haqqında qanunun 59.4-cü maddəsinə əsasən, ipoteka qoyan və onunla birlikdə yaşayan üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 189810.2 ABŞ dolları əsas, 102311.91 ABŞ dolları faiz, 250 ABŞ dolları məbləğində cərimə borcu qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat məbləğində pul və 80 manat xidmət haqqı tutulsun. Tutma Cavabdeh4 mülkiyyətində olan Xaçmaz şəhəri Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 kv.metr ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 15000 manat məbləğində müəyyən edilsin. Xaçmaz şəhəri Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 38.9 kv.metr ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin əmlakdan çıxarılsın, əmlak boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Cavabdeh4 mülkiyyətində olan Xaçmaz rayonu Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 44000 manat məbləğində müəyyən edilsin. Xaçmaz rayonu Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin əmlakdan çıxarılsın, əmlak boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Cavabdeh5 Şabetdin oğlunun mülkiyyətində olan Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 kv.metr ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 52000 manat məbləğində müəyyən edilsin. Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 264.7 kv.metr ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 Şabetdin oğlu həmin əmlakdan çıxarılsın, əmlak boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Cavabdeh3 mülkiyyətində olan Xaçmaz şəhəri N.Nərimanov küçəsi 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (istehsal sexi) yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 205000 manat məbləğində müəyyən edilsin. Xaçmaz şəhəri N.Nərimanov küçəsi 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən 375 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (istehsal sexi) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılsın, əmlak boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 Şabetdin oğlundan müştərək qaydada alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar