Məhkəmə qərarları › İş №2(067)-656/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-656/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-656/2020 06.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır.Həmin qərardaddan şikayət verilmişdir və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(105)-1485/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərardadları ləğv edilmiş, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə tərəflərin iştiarı təmin edilməklə baxılaraq məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslı məhkəmə aktının qəbul edilməsi üçün müli iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. İş üzrə məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və qərardaddan şikayət vermiş şəxsə iclasın vaxtı və yeri barədə rəsmi məlumat verilməklə, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə onun iştirakı ilə baxılması və iddianın icraata qəbul edilməsi üçün zəruri sübutların təqdim edilməsi üçün şərait yaradılmışdır. Lakin qərardaddan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və iddia ərizəsinin icraata qəbul edilməsi üçün zəruri olan sübutları (ona etibarnamə vermiş şəxsin səlahiyyətlərini təsdiq edən sənədi) məhkəməyə təqdim etməmişdir. Məhkəmə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsini araşdıraraq müəyyən etdim ki, İddiaçı adından etibarnamə nümayəndə tərəfindən imzalanmışdır. Etibarnamədən müəyyən olunur ki, etibarnaməni imzalayan nümayəndəyə etibarnamə iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə Almaniya Federativ Respublikasının Mainz şəhərinin notariusu tərəfindən 7E nömrəsi ilə təsdiq edilərək ünvan 1i ünvanında qeydiyyatda olan X2 verilmiş etibarnamə əsasında verilmişdir. Lakin iddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2018-ci il tarixdə Almaniya Federativ Respublikasının Mainz şəhərinin notariusu tərəfindən 7E nömrəsi ilə təsdiq edilərək ünvan 1i ünvanında qeydiyyatda olan X2 verilmiş etibarnamənin surəti lazımi qaydada tərcümə və təsdiq edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1.-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənədlər və materiallardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3.-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədlərin yalnız bir hissəsi aiddirsə, belə olan halda bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.4.-cü maddəsinə əsasən sənədlərin əsli qanunlarla və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Yuxarıda qeyd olunmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3.-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.5.-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçünçü şəxslərdə yoxdursa, onlara verilməsi üçün bu sənədlərin surətləri əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.5.-ci maddəsində ərizəyə əlavə olunan sənədlərin siyahısı iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən olunmuşdur. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Qeyd edilənlərlə yanaşı iş materiallarından müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə Almaniya Federativ Respublikasının Mainz şəhərinin notariusu tərəfindən 7E nömrəsi ilə təsdiq edilərək ünvan 1i ünvanında qeydiyyatda olan X2 verilmiş etibarnamə əsasında X3 etibarnamə üzrə səlahiyyətlərini Nümayəndə vermişdir. Lakin, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən X1 İddiaçı yaxın qohumu və ya vəkil olması müəyyən edilmir. Həmçinin, iş materiallarından iddia ərizəsinin iddiaçı və nümayəndənin adından eyni forma və üslublu imza ilə imzalanmışdır.Buna görə də iddia ərizəsinin kim tərəfindən imzalanması və həmin şəxsin səlahiyyətli olub-olmaması müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1-ci maddəyə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.2-ci və 152.1.6-cı maddələrinin tələblərinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsi geri qaytarıldığına görə iddia ərizəsi verilərkən Ata Bank ASC-nin Xaçmaz filialı vasitəsilə xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İddia ərizəsi geri qaytarıldığına görə iddia ərizəsi verilərkən Ata Bank ASC-nin Xaçmaz filialı vasitəsilə xx.xx.2019-cu il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar