Məhkəmə qərarları › İş №2(067)-661/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-661/2020

09.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-661/2020 09.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh və cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan və əldən çıxmış fayda tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona məxsus 130 baş qoyunun satışından əldə edib ona qaytarmadığı 18000 manat miqdarında pulun, ona məxsus 1 ton arpanı satmasına görə əldə etdiyi 250 manat pulun, 3000 manat məbləğində əldən çıxmış faydanın, yəni hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində qazanacağı 3000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, N.Nərimanov rayonu, Daş karxanası, 414 A ünvanında ailəsi ilə birlikdə yaşayır. O, fərdi əməklə məşqul olur. Onun Xaçmaz rayonu, Laman kəndi ərazisində sahəsi 14 ha olan ferması vardır. O, 2018ci ilin payız aylarında 130 baş qoyunu və 23 baş keçini 18000 manata almış və baxmaq üçün tanışı Cavabdeh təhvil vermişdir. O, heyvanlara və fermaya baxması üçün Coşquna hər ay 300 manat əmək haqqı verməklə razılaşmış və vaxtlı-vaxtında da pulunu ödəmişdir. 2019-cu ilin iyul ayında isə Coşquna zəng edərək 130 baş qoyunu satıb pulunu ona göndərməsini xahiş etmişdir. Bir müddət sonra Coşqun ona zəng edərək 130 baş qoyunu 18000 manata satdığını bildirmişdir. Coşqun ona birgə alver etməyi təklif etdikdə, o, isə ona tək alver edib 1 ya da 2 aya pulunu verməyini xahiş etmişdir. Həmçinin, fermanın ərazisində 14 ha ərazidə arpa əkib, 25 ton arpa yığıb fermanın anbarına qoymuşdur. Fermaya gəldiyi zaman ona məlum olmuşdur ki, 1 ton arpanı Cavabdeh satmış və pulunu mənimsəmişdir. Bununla bağlı Xaçmaz RPŞ-i tərəfindən ona hüququnun bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh tərəfindən vaxtında onun pulunun qaytarılmaması səbəbindən, yəni 5 aydan çox müddətdə, o, məşqul olduğu ticarətlə dövriyyəsini çoxaldacaq, 3000 manatdan yuxarı gəlir əldə edəcəkdi. Hazırda isə o, 3000 manat miqdarında ziyana düşmüşdür. Qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X7 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq cavabdehin iddiaçıdan pul aldığını etiraf etdiyini, lakin pulu qaytarması barədə sübutunun olmadığını, cavabdehin təqdim etdiyi haqq-hesab dəftərinin mənşəyinin bilinmədiyini, işıq pulu qəbzlərinin də iddiaçıya aidiyyətinin olmadığını bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıdan aldığı 18000 manata onun üçün 130 baş qoyun və 23 baş keçi almışdır. Amma iddiaçı onunla razılaşmaya əməl etməyərək ona və atasına zəhmət haqqı kimi ayda ödəməli olduğu 300 manat pulu verməmişdir. O, heyvanların saxlanılmasına sərf etdiyi vəsait barədə dəftər tutmuş və sərf olunan bütün məbləğləri dəftərə yazmışdır. Dəftərdən çıxarışı məhkəməyə təqdim etmişdir. O, iddiaçıya heyvanları saxlamaq üçün yem almaq lazım olduğunu deyəndə iddiaçı ona heyvanlardan lazımi qədərini satıb onların yemini almağı, saxlanma xərclərini ödəməyi tapşırmışdır. O, da cavabdehin tapşırığına əsasən heyvanlardan satmışdır. Heyvanların saxlanılması üçün cəmi 13061 (on üç min altmış bir) manat pul sərf olunub. İddiaçı ilə öz aralarında haqq-hesab aparmışlar və o, heyvanların saxlanılması üçün cəmi 13061 (on üç min altmış bir) manat pul sərf etdiyini iddiaçıya bildirmişdir, bu zaman iddiaçı qeyd apardığı dəftəri onun əlindən alıb cırmaq istəmiş, lakin istəyinə nail ola bilməmişdir.Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 izahatında göstərmişdir ki, iddiaçı iddiasını cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsaslanaraq qaldırıb. Həmin qərardad sübut kimi qəbul edilirsə, cavabdehin həmin qərardakı izahatında göstərdiyi hallar da sübut kimi qəbul edilməlidir. İddaçı cavabdehə pul veribsə, heyvanların saxlanılmasına vəsait sərf edilməsini də qəbul etməlidir. Çünki heyvanların saxlanılmasına təbii ki, pul xərclənib. Ümumiyyətlə heyvanların təhvil-təslim aktı da yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəizahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Xaçmaz RPŞ-nin qərarından müəyyən olunur ki, İddiaçı 2018-ci ilin payız aylarında 130 baş qoyunu və 23 baş keçini 18000 manata almış və baxmaq üçün tanışı Cavabdeh təhvil vermişdir. Cavabdeh həmin heyvanları Xaçmaz rayonu, Laman kəndində yerləşən fermada saxlamış və onlar heyvan satıldıqdan və mayası çıxıldıqdan sonra qalan gəlirin iki yerə bölünməsi barədə razılaşmışlar. İddiaçı heyvanlara və fermaya baxması üçün Cavabdeh hər ay 300 manat əmək haqqı verməklə razılaşmış və vaxtlı-vaxtında da pulunu ödəmişdir. 2019-cu ilin iyul ayında isə o, Cavabdeh zəng edərək 130 baş qoyunu satıb pulunu ona göndərməsini xahiş etmişdir. Bir müddət sonra Coşqun ona zəng edərək 130 baş qoyunu 18000 manata satdığını bildirmişdir. Coşqun ona birgə alver etməyi təklif etdikdə, o, isə ona tək alver edib 1 ya da 2 aya pulunu verməyini xahiş etmişdir. Həmçinin, fermanın ərazisində 14 ha ərazidə arpa əkib, 25 ton arpa yığıb fermanın anbarına qoymuşdur. Fermaya gəldiyi zaman ona məlum olmuşdur ki, 1 ton arpanı Cavabdeh satmış və pulunu mənimsəmişdir. O, dəfələrlə Cavabdeh pulu qaytarmağı tələb etdikdə, o, müxtəlif bəhanələr gətirərək, bundan imtina etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh də həm Xaçmaz Rayon Polis Şöbəsində, həm də məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan heyvanların alınması və fermada saxlanması üçün 18.000 (on səkkiz min) manat məbləğində pulu aldığını etiraf etmişdir. Həmçinin, iddiaçı Məhkəmə qeyd edilən halı müəyyən edilmiş hesab edir. Cavabdeh 2019-cu ilin iyul ayında 130 baş qoyunu 18000 manata və toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasından imtina ediılmişdir. Cavabdeh heyvanların saxlanması üçün 13061 manat məbləğində pul sərf olunduğunu bildirsə də, qeyd edilən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X10 Məhkəməsi «X1rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının 18.000 (on səkkiz min) manat məbləğində maddi zərərə məruz qalması müəyyən edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi qismən təmin ediləndir. Lakin, iddiaçı tərəfindən 1 ton arpanın satılmasına görə dəymiş ziyan və əldən çıxmış faydaya dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 18.000 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun yarısı-15 (on beş) manat məbləğində pulCavabdeh İddiaçı xeyrinə tutulmalı, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 18.000 (on səkkiz) min manat məbləğində pul tutulsun. İddianın qalan hissəsi təmin edilməsin.. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun yarısı - 15 (on beş) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar