Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-672/2025 04.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X7 ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh məxsus **********912398 nömrəli birbank kartına səhvən ödənilmiş 2100 (iki min bir yüz) manat pul vəsaitinin, 900 (doqquz yüz) manat dəymiş zərərin (faydalı qazancın) və ödənilmiş 37 manat dövlət rüsumunun Cavabdeh alınıb geriyə ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, evdar qadındır, heç yerdə işləmir, hərdən bir kənd məhsullarının pərakəndə satışı ilə məşğul olur. Təxminən 3-4 ay bundan öncə X13 Səhimdar Cəmiyyəti tərəfindən ona verilmiş 5239 1517 1919 7496 nömrəli birbank kartına 150 manat bir və 400 manat da bir pul köçürülmüşdür. Həmin puldan xx.xx.2024-cü il tarixdə 600 manat (Qəbz 2384, Terminal 3412, Ünvan: AvroMart #2 Yasamal ray., Şixali Qurbanov küç.,ev 21), xx.xx.2024- cü il tarixdə 400 manat (Qəbz 2868, Terminal 3830, Ünvan:X6 ray., Fizuli Meydanı 1) manat, xx.xx.2024-cü il tarixdə Milion elektron ödəmə sistemindən 300 manat, xx.xx.2024- cü il tarixdə 400 manat və xx.xx.2024-cü il tarixdə 400 manat Ş*****M*****B*****oğluna məxsus 416973******2398 nömrəli birbank kartına ödəniş həyata keçirmişdir. Sonradan məlum olmuşdur ki, pulları mal aldığı borclu olduğu şəxsin birbank kartına yox, səhvən başqasının birbank kartına köçürmüşdür. Müştərisi olduğu X13 Səhimdar Cəmiyyətinin sədrinə müraciət etmiş, pulların səhvən köçürülməsi barədə qarşı tərəfə bildirməklərini və pulların geriyə qaytarılmasına köməklik göstərmələrini xahiş etmişdir. Bankın məsul şəxsi tərəfindən aparılmış araşdırma və verdiyi məlumat nəticəsində məlum olmuşdur ki, pulları şəhvən köçürdüyü birbank kartının sahibi Şamilov X5 Bank ASC-nin müştərisidir. O, Xaçmaz Rayonun Müzəffəroba kəndində daima pasport qeydiyyatında olmasına baxmayaraq, Bakı şəhəri Xəzər Rayonu Buzovna Qəsəbəsində atası Bəhmən Şamilovla birlikdə yaşayır. X12 Açıq Səhimdar Cəmiyyətinin rəhbərliyi tərəfindən istərsə də öz tərəfindən Cavabdeh pulların geriyə qaytarılması barədə dəfələrlə rəsmi xəbərdarlıq göndərsə də Cavabdeh pulların geriyə qaytarılmasından boyun qaçırır. Görünür Cavabdeh bu yolla qanunsuz varlanmaq niyyətindədir. O, Cavabdeh tanımır. Cavabdeh da onu tanımır. onların arasında istər rəsmi, istərsə də şifahi heç bir əqd bağlanmamışdır. Onun Cavabdeh qarşısında heç bir öhdəliyi olmamışdır. Bütün bunlara baxmayaraq Cavabdeh onun birbank kartına müxtəlif vaxtlarda köçürdüyü pulları geriyə qaytarmaq fikri yoxdur. İddiaçı hərdən kənd məhsullarının pərakəndə satışı ilə məşğul olduğunu, kənd təsərrüfatı məhsullarının satışından gündəlik 5-10 manat çörək pulu qazandığı təsdiq olunur. Cavabdeh pulları geriyə qaytarmadığı 3 ay müddətində ən azından onu 900 ( doqquz yüz ) manat zərərə salmışdır. Cavabdehdən dəfələrlə ödədiyi pulu istəsə də o, pulların qaytarılmasından yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş üzrə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə iştirakı olmadan keçirilməsinə etiraz etməmiş, iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehi tanımır, Kapital Bankdan öyrənmişdir ki, kartına pul köçürdüyü şəxsin adı Məhəmməddir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının qohumu barəsində cinayət işi başlanmışdır. İddiaçı Böyükağa Abdullayev adlı şəxsin dələduz ortağı kimi qələmə verilir. 2020-ci ildə Böyükağa Abdullayev xalası X2 özünü vəkil kimi təqdim etmiş, ondan 5150 manat məbləğində pul almışdır. Sonradan həmin şəxsin vəkil yox, dələduzluqla bağlı 12 il məhbus həyatı yaşamış keçmiş məhkum olduğunu öyrənmişdir. Bunu öyrəndikdən sonra xalası pulunun geri qaytarılmasını tələb etmiş, Böyükağa Abdullayev pulu hissəhissə qaytaracağını bildirmişdir. Xalasının kartı olmadığına görə ondan xahiş etmişdir ki, pulu onun kartına köçürsün. Böyükağa Abdullayev oktyabr ayının müxtəlif tarixlərində xalasına məxsus puldan 1700 manat məbləğində pulu onun kartına köçürmüşdür. Sonradan məhkəmədən göndərilən məktubu qəbul edəndə xəbəri olmuşdur ki, İddiaçı məhkəmədə iddia qaldıraraq 2100 manat məbləğində pul onun kartına səhvən köçürdüyünü bildirmişdir və həmin pulu tələb edir. Böyükağa Abdullayev barəsində şikayət edildiyini öyrəndikdən sonra göndərdiyi 1700 manat pulu geri almaq üçün İddiaçı adından ona qarşı hazırkı iddianı qaldırmışdır. İddiaçı iddia ərizəsində 1700 manat puldan əlavə, 400 manat məbləğində pulu da kartına köçürdüyünü qeyd etmişdir, lakin noyabr ayında onun kartına 400 manat pul gəlməmişdir. Böyükağa Abdullayev 5150 manat pul qaytarmalı idi. Böyükağa Abdullayev onun haqqında polisə şikayət edildiyini biləndən sonra 1700 manat pulun qaytarılması üçün iddiaçının adından həmin pulu geri istəyir. Hazırda iddiaçı barəsində də Yasamal rayon Polis İdarəsinə şikayət etmişlər, hazırda araşdırma aparılır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehin plastik bank kartına səhvən ödədiyi 2100 (iki min bir yüz) manat pul vəsaitinin, 900 (doqquz yüz) manat dəymiş zərərin (faydalı qazancın) və ödənilmiş 37 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılmasını xahiş edir, cavabdeh iddianı qəbul etmir. Məhkəmə tərəflərin əvvəlki iclaslarda verdikləri izahatları və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -ödəniş kartı üzrə çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdə 600 manat (Qəbz 2384, Terminal 3412, Ünvan: AvroMart #2 Yasamal ray., Şixali Qurbanov küç.,ev 21), xx.xx.2024- cü il tarixdə 400 manat (Qəbz 2868, Terminal 3830, Ünvan:X6 ray., Fizuli Meydanı 1) manat, xx.xx.2024-cü il tarixdə Milion elektron ödəmə sistemindən 300 manat, xx.xx.2024- cü il tarixdə 400 manat Ş*****M*****B*****oğluna məxsus 416973******2398 nömrəli birbank kartına ödəniş həyata keçirmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 37 manat rüsum ödənilmişdir. - Cavabdeh etiraz ərizəsindən müəyyən olunur ki, iddianı qəbul etmir və göstərmişdir ki, bu mülki işin icraatı Bakı şəhər Yasamal rayon Polis İdarəsində aparılan cinayət təqibi üzrə araşdırma yekunlaşana qədər dayandırlmalıdır. Belə ki, 2020-ci ildə bir qrup dələduz tərəfindən xalası X2 məxsus evin ələ keçirilməsi ilə bağlı şikayəti əsasında həm məhkəmədə, həm də Nizami rayon Polis idarəsinin İstintaq şöbəsində araşdırma gedirdi. Hazırda da 4 ilə yaxındır ki, məhkəmə və polis araşdırması davam edir. Məhkəmədə gedən həmin mülki işlə bağlı özünü vəkil kimi təqdim edən Böyükağa Abdullayev adlı şəxs xalasının evini geri qaytaracağına söz verərək bunun müqabilində əvvəlcədən ondan 5150 manat ümumilikdə pul almışdır. Lakin pulu aldıqdan sonra o, məhkəmə iclaslarının heç birinə gəlməmiş və məlum olmuşdur ki, həmin şəxs vəkil deyilmiş. Məhkəmədə isə xalasının iddia tələbi təmin etmədi. Xalası, Böyükağa ilə əlaqə saxlayıb pulu ondan geri tələb etdikdə, o, pulu tanış qadının kartı vasitəsilə qaytaracağını bildirərək, xalasından pulu geri qaytarması üçün bank kartı nömrəsi istəmişdir. Xalasının bank kartı olmadığından onun bank kart nömrəsini Böyükağaya göndərmişdir. Daha sonra isə Böyükağa həmin tanış qadının, yəni hazırkı iddia tələbi üzrə iddiaçı X1 vasitəsilə ona məxsus karta hissə-hissə 1700 manat pul göndərmişdir. Bundan artıq pul göndərməmişdir. Lakin iddiaçı iddia ərizəsində göstərir ki, guya o, onun kartına 2100 manat pul köçürmüşdür. Ümumiyyətlə iddiaçının iddia ərizəsində göstərdiyi bir çox məqamlar həqiqəti əks etdirmir. Belə ki, o, iddia ərizəsində göstərir ki, guya pulu başqa şəxsə göndərmək əvəzinə səhvən onun kartına göndərmişdir. İddiaçının iddia ərizəsindən görünür ki, onun bank kartına pulu müxtəlif aylarda və müxtəlif günlərdə köçürmüşdür. Necə ola bilər ki, cavabdeh hər dəfə pulu səhv olaraq onun kartına göndərsin, həm də pulu ona göndərəndən 6 ay sonra məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etsin? Səbəb isə budur ki, xalası X4 iddiaçının tanışı Böyükağa Abdullayevdən Bakı şəhər Yasamal rayon Polis idarəsinə şikayət edərək həmin şəxs tərəfindən aldadılması və pulunun ələ keçirilməsi barədə məlumat vermiş və hazırda həmin şikayət müstəntiq Vüsal Şahbazovun icraatında olmaqla Böyükağa Abdullayev barəsində axtarış verilmişdir. Hesab edir ki, Böyükağa xalasının ondan şikayət etdiyini bildikdən sonra iddiaçıya demişdir ki, xalasına verilməsi üçün iddiaçı vasitəsilə onun kartına göndərdiyi pulun geri qaytarılması barədə məhkəməyə iddia versin. İddiaçı da yalan mülahizələri ilə ona qarşı hazırkı iddia tələbini qaldıraraq guya ona səhvən 2100 manat pul köçürdüyünü qeyd etmişdir. Hesab edir ki, İddiaçı Böyükağa Abdullayevlə əlbirdir. Hazırda xalası X4 İddiaçı ilə bağlı da Yasamal rayon Polis İdarəsinə şikayət ərizəsi vermişdir. Ona görə də İddiaçı ona qarşı “pul tələbinə dair” idda ərizəsi üzrə 2(067)-672/2025 saylı mülki işin icraatı Bakı şəhər Yasamal rayon Polis İdarəsində aparılan cinayət təqibi üzrə araşdırma yekunlaşana qədər dayandırılmasını xahiş edir -məhkəmənin verdiyi sorğuya əsasən alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, qərarda qeyd edilən tarixlərdə İddiaçı istifadəsində olan 523915******7496 nömrəli plastik kartdan Cavabdeh istifadəsində olan 416973******2398 nömrəli plastik karta köçürmələr olmamışdır. Cavabdeh istifadəsində olan 416973******2398 nömrəli plastik karta xx.xx.2024-cü il tarixdən başqa digər tarixlərdə sorğu olunan vəsaitlər ödəniş terminalı ilə köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə sorğu olunan əməliyyat aşkar olunmamışdır. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, qərarda qeyd edilən dövrə 416973******2398 nömrəli plastik karta xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 300 manat (cəmi 1700 manat) və mübahisə predmetinə aid olmayan digər kiçik məbləğdə vəsaitlər mədaxil olunmuşdur. xx.xx.2024-cü il tarixdə karta mədaxil olmamışdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1092.1.1 bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehin plastik bank kartına hüquqi əsas olmadan xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 300 manat olmaqla cəmi 1700 manat məbləğdə vəsait köçürülmüşdür. Cavabdeh iddiaçı tərəfindən köçürülən pulun əslində ona (xalasına) məxsus olduğunu bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həm iş materialları, həm də cavabdehin etirafı ilə təsdiq olunan hissədə, yəni 1700 manat məbləğdə pula münasibətdə təmin edilməlidir. İddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin kartına digər ödənişlərlə yanaşı xx.xx.2024-cü il tarixdə də 400 manat köçürdüyünü bildirməsinə baxmayaraq, məhkəmənin sorğusuna əsasən müvafiq bank tərəfindən verilmiş, cavabdehin “ödəniş kartı üzrə çıxarış”dan müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə cavabdehin plastik bank kartına mədaxil olmamışdır. İddia tələbinin 900 manat məbləğdə dəymiş zərərin (faydalı qazancın) da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhrum olan şəxs əsassız varlanan şəxsdən o halda əlavə pul tələb edə bilər ki, o əsassız varlanmış şəxsin əmlakın (pulun) onda olduğu bütün vaxt ərzində əmlakdan (puldan) gəlir götürdüyünü sübuta yetirmiş olsun. Lakin iddiaçı tərəfindən məhkəməyə bu faktı təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə də təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1700 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-ci maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib hissəsi cavabdehə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülən iddia tələbinin qiymətinin 3000 manat olmasına baxmayaraq, mülki işə baxılması ilə əlaqədar ”elektron məhkəmə sistemi”ndə yaradılmış “dövlət rüsumunun hesablanması kalkulyatoru” vasitəsilə aparılmış hesablamaya əsasən 50 manat məbləğində dövlət rüsumu əvəzinə, 37 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi qismən, yəni, 1700 manat hissədə təmin edildiyindən iddianın qiyməti 1700 manat təşkil edir. “Elektron məhkəmə sistemi”ndə yaradılmış “dövlət rüsumunun hesablanması kalkulyatoru” vasitəsilə aparılmış hesablamaya əsasən cavabdehdən 37 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Mülki işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilməmiş 13 manat məbləğdə pul isə iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1700 manat məbləğində pul və 37 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Mülki işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilməmiş 13 manat məbləğdə dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-672/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-672/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver