Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-673/2025 01.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh, ona dəymiş 5658 (beş min altı yüz əlli səkkiz) manat pulu və ödədiyi 77 (yetmiş yeddi) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh 05 noyabr 2024-cü il tarixdə saat 08:30 radələrində “CHEVROLET COBALT LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəndob-Yalama yolunun 6-cı km-də hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan onun idarə etdiyi “KİA SORENTO” markalı ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Nəticədə onun avtomobilinə 10265 (on min iki yüz altmış beş) manat maddi zərər dəymişdir (Avtomotoservis və Ticarət Müəssisəsi Xaçmaz 1 saylı texniki xidmət stansiyası ziyan aktını iddia ərizəsinə əlavə edir). Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. Bununla da o, İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində İİ X3 Xidmətinin inspektoru polis baş serjantı X1 tərəfindən 05 noyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hadisəni araşdırarkən Cavabdeh nəqliyyat vasitəsinin sürücülük hüququnun və həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsinin olmaması müəyyən edilmişdir. Cavabdeh izahat verərək, özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını bildirərək, həmçinin hadisənin ehtiyatsızlıqdan baş verməsini bildirmişdir. Baş vermiş hadisə ilə, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(067)4375/2024 saylı Qərarı ilə, Cavabdeh Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Hadisə baş verdikdən sonra,"xxxx" MMC-nin xidmətlərindən istifadə edərək, avtomobilin hadisə yerindən aparılması üçün, avtomobil daşıyıcısına 130 (yüz otuz) manat xidmət haqqı ödəmişdir (bu barədə müvafiq qəbzi iddia ərizəsinə əlavə edir). Beləliklə, ona Cavabdeh tərəfindən 10395 (on min üç yüz doxsan beş) manat ziyan vurulmuşdur. xx.xx.2024-cü il taixində "xxxx" ASC tərəfindən ona 4737 (dörd min yeddi yüz otuz yeddi) manat sığorta ödənişi verilmişdir. Ona hal-hazırda dəymiş ziyan, sığorta ödənişini çıxmaq şərti ilə 5658 (beş min altı yüz əlli səkkiz) manat təşkil edir. Cavabdehdən ona dəymiş ziyanın ödənilməsini xahiş və tələb etsə də o, ona heç bir ödəniş eməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir və 77 (yetmiş yeddi) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, maşınını təzə almışdır. xx.xx.2024-cü il tarixdə yoldaşını işə aparan zaman Gəndob- Yalama yolunda qəza baş verdi. O, həmin vaxt cavabdehə də bildirmişdir ki, hadisədi olub, yoluna qoymaq lazımdır. Cavabdeh isə ümumiyyətlə işə laqeyid şəkildə davranaraq yaxın durmamışdır, vurulmuş ziyanın aradan qaldırılması üçün heç nə etməmişdir. Ona 10395 manat ziyan dəyib. Sığorta tərəfindən ona 4737 manat ödəniş edilib. Qalan pulu dəmirlərə çıxıblar. Orada dəmirlər əzilmişdi. Cavabdeh ona dəymiş ziyanı ödəməlidir. O, cavabdehdən 5658 manat dəymiş ziyanı və ödədiyi 77 manat dövət rüsumunu tələb edir. Xahiş edir iddiası təmin edilsin. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü ii tarixli 3(067)4375/2024 saylı qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. -İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, “CHEVROLET COBLAT LTZ” markalı ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Gəndob-Yalama yolunun 6-cı km-də hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan KİA SORENTO markalı ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. - Cavabdeh izahat verərək, özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını bildirərək, həmçinin hadisənin ehtiyatsızlıqdan baş verməsini bildirmişdir. - Ziyan Aktından müəyyən olunur ki, yol nəqliyyat hadisəsi zamanı KİA SORENTO markalı ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10265 manat ziyan dəymişdir. - “Evakuator AZ" MMC-nin mədaxil qəbzindən müəyyən olunur ki, xidmətlərindən istifadə edərək, avtomobilin hadisə yerindən aparılması üçün, avtomobil daşıyıcısına 130 (yüz otuz) manat xidmət haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh yolnəqliyyat hadisəsi zamanı iddiaçıya zərər vurmuşdur. Bu hallar inzibati xəta haqqında qərar və digər sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərər iş materialları ilə təsdiq olunur. Bundan başqa iş materiallarında olan sənədlərdən və iddiaçının özünün izahatından təsdiq olunduğundan, iddia əsaslıdır və təmin edilməlidir . Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, tələb bu hissədə təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 77 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 5658 (beş min altı yüz əllisəkkiz) manat pulu və ödədiyi 77 (yetmiş yeddi) manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5658 (beş min altı yüz əlli səkkiz) manat pul və dövlət rüsumu kimi ödənilmiş 77 (yetmiş yeddi) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-673/2025
Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-673/2025
01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver