Məhkəmə qərarları › İş №2(067)-694/2021

Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-694/2021

16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-694/2021 16.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı səlahiyyətli nümayəndəsi X4 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1745,6 manat məbləğində zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ümumilikdə 1775,6 manat məbləğində pulun tutularaq İddiaçı Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03 NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə poçt vasitəsi ilə rəsmi məhkəmə bildirişləri göndərilmiş, lakin Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdehin daimi qeydiyyat və yaşayış ünvanı olan ünvan 1 ünvanına poçt vasitəsilə məhkəmə bildirişi göndərilmiş və məhkəməyə qaytarılmış poçt zərfinin üzərində olan qeydlərdən görünür ki, Cavabdeh həmin ünvanda yaşamır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İddiaçı səlahiyyətli nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraatda baxılmasına yazılı razılığının olmasını nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılması haqqında qərardad çıxarmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03-1168 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00011 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G- 4 markalı 12533502 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X6”nın tələblərinə əməl etmək) və “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, aşkar olunmuş faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X6nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 78,70 manat olmaqla cəmi 1606,90 manat məbləğində İddiaçınə maddi zərərin dəymiş olduğu müəyyən edilmişdir. Bundan əlavə cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “İddiaçı İB”-yə 138,70 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 1745,60 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1745,6 manat məbləğində zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ümumilikdə 1775,6 manat məbləğində pulun tutularaq İddiaçı Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03 NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı səlahiyyətli nümayəndəsi X4 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia təmin edilməklə Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1745,6 manat məbləğində zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ümumilikdə 1775,6 manat məbləğində pulun tutularaq İddiaçı Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03 NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, iş üzrə Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03-1168 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə»dən görünür ki, tərəflət arasında qeyd olunan «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00011 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 12533502 nömrəli qaz sayğacı quraşdırılmışdır. Qeyd olunan müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı olaraq Cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməli olması barədə üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan təbii X6nın pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı və əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı İB-nin X7 İstismar İdarəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də Cavabdeh fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdehin qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etməsi halları aşkar olunmuşdur. İş materiallarında olan həmin aktlar əsasında hesablanmış dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, Cavabdeh tərəfindən dəfələrlə qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşularaq təbii qazdan sayğacdan kənar istifadə etməsi nəticəsində İddiaçınə xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 78,70 manat olmaqla cəmi 1606,90 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan İddiaçı İB-nin abonent Cavabdeh adına tərtib etdiyi abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh İddiaçınə 138,70 manat məbləğində qalıq borcu vardır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş «İstehlakçılar tərəfindən təbii X6nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X6nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1.-ci madəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən “zərər vurma” öhdəliyin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələblərinə görə qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2.-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmn Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin təqdim etdiyi sübutlar araşdırılarkən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübut olunduğundan və öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1745,6 manat məbləğində zərər və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul, ümumilikdə 1775,6 manat məbləğində pul tutularaq İddiaçı Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03 NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ ********************) bank hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 238, 241, 242, 244, 253, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1745,6 manat (bir min yeddi yüz qırx beş manat altmış qəpik) məbləğində zərər və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul, ümumilikdə 1775,6 manat (bir min yeddi yüz yetmiş beş manat altmış qəpik) məbləğində pul tutularaq İddiaçı Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03 NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ ********************) bank hesabına ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev. Düzdür: HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar