Məhkəmə qərarları › İş №2(067)-721/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-721/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-721/2025 30.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Niyazəli oğlundan yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2012-cı il təvəllüdlü X3 və 12 avqust 2014-cü il təvəllüdlü X1 üçün Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il, 2(067)- 2406/19 saylı qətnaməsinə əsasən qət edilmiş hər ay hər uşaq uçun müəyyən edilmiş 100 manat olmaqla cəmi 200 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa 235 manat olmaqla, cəmi iki uşaq üçün hər ay 470 manat məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşlar. Nikahlarınl xx.xx.2011-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə X5 və 12 avgust 2014-cü il tarixdə X6 anadan olmuşdur. Uşaqlar hal-hazırda onun himayəsindədir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri pozulmuşdur. Onlar faktiki olaraq 2019-cu ildən ayrı yaşayırlar. Xaçmaz rayon məhkəməsinin 2(067)-2406/2019 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixdə X3 və 12 avqust 2014-cü il təvəllüdlü X1 üçün Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il, 2(067)- 2406/19 saylı qətnaməsinə əsasən qət edilmişdir. Cavabdeh qət edilmiş alimenti vaxtı-vaxtında ödəmir. Hazırda uşaqlar onun himayəsindədir. Kommunal xərclər qalxır, ona görə də uşaqlara pal-paltar və tələb olunan əşyaların almaqda çətinlik çəkir, cavabdeh uşaqların saxlanması üçün heç bir köməklik etmir. Lakin cavabdhin buna hər cür imkanı var, gündəlik gəlirləri var. Onun bu vəziyyətində uşaqlarını saxlamaq üçün ayda ondan hər uşağa 200 manat aliment tutulmalıdır. Çünki onun qazancı qeyri müntəzəmdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, alimentin artırılmasını xahiş edir. Cavabdehlə xx.xx.2011-ci il tarixdə evlənmişlər. 2019-cu il tarixdə ayrılmışlar. Bir uşağa 100 manat olmaqla 200 manat aliment kəsilmişdir. Hazırda aliment artırılmalıdır. Maddi imkanı azdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. - Xaçmaz rayon məhkəməsinin 2(067)-2406/2019 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il tarixdə X3 və 12 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutulması qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2406/2019 saylı qətnaməsi əsasında iddiaçı ilə cavabdeh birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün alimentin məbləğinin dəyişdirilməsi (artırılması) və qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən aylıq 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda sonuncu məhkəmə aktı əsasında qət edilmiş aliment məbləğinin artırılması xahiş edilsə də, iddiaçının irəli sürmüş olduğu tələb mahiyyət etibarı ilə aliment məbləğinin ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumunun artımına uyğun təyin edilməsi barədədir. Bu növ tələblərə isə icra icraatı qaydasında baxılıb qiymət verilməsi nəzərdə tutulduğuna görə iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırki tələbi ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya aidiyyəti üzrə icra icraatı qaydasında müraciət hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar