Məhkəmə qərarları › İş №2(067)-722/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-722/2024

19.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-722/2024 19.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i : İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rusiya Federasiyası Dağıstan Respublikasının Gömrüyünün hesabına ödənilmiş 110.000 (yüz on min) rublun Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixə mövcud olmuş rublun manata olan məzənnəsi ilə 2530 manat maddi ziyanın, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 46 manat dövlət rüsumunun və 500 manat hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin alınaraq, İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh əmək müqaviləsinə əsasən İddiaçındə sürücü işləmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021 -ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinin xitam verilməsinə əsas onun xx.xx.2021-ci il tarixdə idarə etdiyi MAN markalı ** AC *** qeydiyyat nömrəli və Lamberet markalı ** ZA *** yarımqoşqusu olan yük nəqliyyat vasitəsilə Rusiya Federasiyasının Dağıstan gömrüyünün Məhərrəmkənd gömrük postunun gömrük nəzarət zonasına girərkən, nəqliyyat nəzarəti həyata keçirildikdə yükün həddini 2,39 % aşmasında üzə çıxan pozuntu aşkar edilmiş və RF İXM-nın 12.21.1 m. lh. ilə inzibati xəta törətməkdə təqsirli bilinərək, 10801000-2137/2021 saylı inzibati xəta haqqında iş üzrə inzibati cəzanın təyin edilməsi haqqında 22 iyul 2021-ci il tarixli qətnamə ilə ona 110 000 rubl (yüz on min) məbləğində inzibati cərimə növündə inzibati cəza təyin edilmişdir. Cavabdeh yük avtomobilini İddiaçı MMC-nin ərazisinə gələrək, heç bir məsuliyyətli şəxsə təhvil vermədən çıxıb getmiş, cərimə olunma barədə məlumat verməmişdir. Cavabdehə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, zərəri ödəyəcəyinə söz versə də, artıq iki ilə yaxın vaxt keçsə də, ziyanı ödəməmişdir. İddiaçı qeyd olunan cəriməni ödəmişdir. 29 mart 2022-ci il tarixli 859900 nömrıli ödəniş tapşırığı ilə An 10801000-2137/2021 saylı inzibati cərimə üzrə borc -110.000 rubl məbləğində vəsait hesabdan silinmişdir. İş üzrə iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdən İddiaçı MMC-nin yük daşıyan sürücüsü Cavabdeh AR ƏM-nin 70-ci maddəsinini “ç” bəndinə əsasən işdən azad edilmişdir. - 10801000-2137/2021 saylı inzibati xəta haqqında iş üzrə inzibati cəzanın təyin edilməsi haqqında 22 iyul 2021-ci il tarixli qətnamənin surətindən müəyyən olunur ki, daşıyıcı - İddiaçı MMC barəsində RF İXM-nin 12.21.1 maddəsinin 1-ci hissəsi ilə məsuliyyətin nəzərdə tutulduğu inzibati xətanı törətməkdə təqsirli bilinib 110000.000 rubl məbləğdə inzibati cərimə növündə inzibati cəza təyin edilmişdir. -26 aprel 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, MAN markalı ** AC *** qeydiyyat nömrəli avtomobildə istismarı üçün zəruri olan inventarlar və digər əşyalar Cavabdeh tərəfindən təhvil alınmışdır. -27 iyun 2021-ci il tarixli, 34 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə bağlanmış əmək müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar “İddiaçı MMC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. -xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 29 mart 2022-ci il tarixli 859900 nömrəli ödəniş tapşırığı ilə АП 10801000-2137/2021 saylı işində inzibati cərimə üzrə borcun ödənilməsi üçün 110.000 rubl məbləğində vəsait silinmişdir. -İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı ilkin mediasiya prosesində iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. - Ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 50 manat rüsum köçürülmüşdür. -Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 46 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 110.000 rublun Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixə mövcud olmuş rublun manata olan məzənnəsi ilə 2530 manat pul və 46 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 110.000 rublun Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixə mövcud olmuş rublun manata olan məzənnəsi ilə 2530 manat pul və 46 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar