Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-74/2025 12.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 və X3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və X1 ona məxsus Çarxı kəndində 0.0112 ha torpaq sahəsində yerləşən 71,9 kv.m sahəsi olan qeyri-yaşayış binasının (Ailəvi kafesi) yanması nəticəsində vurulmuş zərərin əvəzi olaraq 20.000 manat pulun və ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2016 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********37-06301 reyestr nömrəli, Seriya RX № ******* nömrəli çıxarışa əsasən Xaçmaz rayonunun Çarxı kəndində xüsusi mülkiyyətində 71,9 kv.m sahəsi olan qeyri-yaşayış binası vardır. Həmin qeyri-yaşayış binası kafe kimi fəaliyyət göstərmişdir. Cavabdehlərdən Cavabdeh1 ilə aralarında notarial qaydada təsdiqlənmiş xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri- yaşayış binasını Cavabdeh1 1 il müddətinə, yəni xx.xx.2023- cü il tarixədək icarəyə vermişdir. İcarə müqaviləsinin şərtlərinə əsasən icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifəsi icarəçi tərəfindən həyata keçirilir, habelə icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Cavabdeh1 icarə müqaviləsinin şərtinə əməl etməyərək ona məxsus əmlakı bacısı olan digər cavabdeh X2 istifadəsinə vermişdir. 2022-ci ilin avqust ayında ona məlum oldu ki, Cavabdeh1 icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə, yəni icarə obyektində təhlükəsizlik qaydalarına əməl olunması vəzifəsinə lazımınca riayət etməmiş, ona məxsus qeyd olunan qeyri-yaşayış binasında yanğın baş vermiş, əmlakı faktiki olaraq yararsız vəziyyətə düşmüşdür. Təxmini qiymətləndirməyə əsasən yanğın nəticəsində təxminən 50.000 civarında maddi ziyan dəymişdir. Ərizəyə əlavə edilən fotoşəkillərdən də görünür ki, obyekt demək olar ki, tamamilə məhv olmuşdur. Dəymiş ziyanın məbləğini müəyyən etmək üçün X12 Elektrik Sənaye və Ticarət MMC-nə müraciət etdikdən sonra əraziyə MMC-nin rəhbəri X13 tərəfindən baxış keçirilmiş, obyektin tam təmir və bərpası üçün 70.000 manat smeta dəyəri müəyyən edilmişdir. Müvafiq ekspertiza təyin etməklə dəymiş maddi ziyanın məbləğini müəyyən etmək mümkündür. Dəfələrlə cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etsə də, heç bir nəticə əldə edilməmişdir. Hesab edir ki, onunla icarə müqaviləsi bağlayaraq öhdəlik götürmüş Cavabdeh1 və obyekti faktiki işlədən cavabdeh X5 tam məsuliyyət daşıyırlar. Cavabdehlərdən X5 məsuliyyətdən yayınmaq üçün xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-nə müraciət edərək icarə əsasında işlətdiyi “Ailəvi” kafesinin yandırıldığını və nəticədə ona 5000 manat maddi ziyan dəydiyini bildirmişdir. Xaçmaz RPŞ-nin TB-də araşdırma aparılarkən xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə X2 izahatı alınması üçün Xaçmaz RPŞ-nə dəvət olunmasına baxmayaraq izahat verməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ekspertiza rəyi ilə razıdırlar, rəydə göstərilən məbləğin cavabdehlərdən alınaraq iddiaçıya verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X5 iddianı qəbul etməyərək göstərmişdir ki, pandemiya dövründə saat 24-dək işləmişlər. İcarə müqaviləsi obyekt yanandan sonra Nərimanov rayonu Notariat ofisində iddiaçının iştirakı ilə ləğv olunmuşdur. Obyekti yandıran şəxs də məlumdur. Ekspertiza rəyi ilə razı deyil. İlk əvvəl Ələddin müəllim obeykti ona vermişdir. Özləri obyektə gözətçi qoyublar, gözətçiyə hər ay 150 manat əmək haqqını o ödəmişdir. Obyektin ətrafında olan tikililərdə dəfələrlə yanğın olub. Obyekt sığorta olunmayıb. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2016 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********37-06301 reyestr nömrəli, Seriya RX № ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Çarxı kəndində 0,0112 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71.9 kv.metr olan qeyri yaşayış binası İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmışdır. -İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Xaçmaz ryonu Çarxı kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 71.9 kv.metr olan qeyri yaşayış binası Cavabdeh1 icarəsinə verilmişdir. -“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. -xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X12 Elektrik Sənaye və Ticarət MMC-nin rəhbəri X13 tərəfindən əraziyə baxış keçirilmiş, obyektin tam təmir və bərpası üçün 70.000 manat smeta dəyəri müəyyən edilmişdir. -Xaçmaz rayon DYMH-nin xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, həqiqətən xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində Xaçmaz rayonu Çarxı kəndinin ərazisinə ona məxsıs kafedə yanğın hadisəsi baş vermişdir. Yanğın yerinə Xaçmaz rayon DYMH-nin şəxsi heyəti və yanğınsöndürən avtomobilləri cəlb edilmişdir. -Foto şəkillərdən İddiaçı mülkiyyətində olan 71.9 kv.metr olan qeyri yaşayış binasına zərər dəydiyi müəyyən edilir. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Bakı şəhəri 21 saylı xüsusi notariat ofisinin xx.xx.2024-cü il tarixli 1953/2024 nömrəli məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 23.06.202 cı ıl tarixində 3M-911 reyestr nömrəsi ilə təsdiq edilmiş icarə müqaviləsinin 2-ci bəndinə istinadən müqavilənin qüvvədə olma müddəti bitmişdir. -iddiaçı tərəfin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən görünür ki, cavabdehlərdən Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdə aralarında bağlanmış icarə müqaviləsinə əsasən xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Çarxı kəndində 0.0112 ha torpaq sahəsində yerləşən 71,9 kv.m sahəsi olan qeyri- yaşayış binasının (Ailəvi kafesi) yanması nəticəsində mənə vurulmuş zərərin əvəzi olaraq 20.000 manat pulun və ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - iddiaçı tərəfin ərizəsindən görünür ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. -X5 vəsatət verərək göstərmişdir ki, Çarxı kəndində 0.0112 ha torpaq sahəsində yerləşən 71.9kv.rn sahəsi olan qeyri yaşayış binasının (Ailəvi kafesinin) yanması nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 20.000 manat pulun və ödənilmiş 150 manat dövlət rüsumunun Cavabdeh1 və ondan alınaraq İddiaçı ödənilməsini məhkəmədən xahiş etmişdir. Lakin Xaçmaz rayon Polis Şöbəsinin 15 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda material üzrə hadisəni törətmiş X9 öz izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixində gecə radələrində narkotik vasitə qəbul etdikdən sonra Xaçmaz-Bakı yolunun üzərində yerləşən sözü gedən obyekti yandırmaq üçün Grand OİL yanacaq doldurma məntəqəsindən 1 litr benzin alaraq sözü gedən obyektin qapısının şüşəsini sındıraraq kafeyə daxıl olub və giriş qapısı ilə üz-üzə olan kreslonun üzərinə və kreslonun qarışısına benzin tökərək yandırmışdır. İbtidai araşdırma zamanı X4 gedən obyekti yandırdığını etiraf etsə də, onun barəsində sübutların olmamasını qeyd edən Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis mayoru Elxan Allahverdiyev cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Halbu ki, qəsdən əmlaka ziyan vurma ilə bağlı hadisəni törədən X9 cinayət məsuliyyətinə cəlb olunmalı idi. İddiaçı tələb etdiyi məbləği ondan və qardaşından yox, hadisəni törədəndən tələb etməlidir. Hesab edir ki, iddiaçının iddiası qanunsuz və əsassızdır. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 150 manat rüsum ödənilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 17 oktyabr 2024-cü il tarixli 10/2888 nömrəli ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında Xaçmaz rayonunun Çarxı kəndində yerləşən sahəsi 71.9 kv.m olan qeyri-yaşayış binasının ilkin vəziyyətinə dair hər hansı məlumat olmadığı üçün yanması nəticəsində nə qədər ziyan dəyməsini müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Məhkəmə tərəfindən ekspertiza tədqiqatına təqdim edilmiş smeta məlumatlarından, eləcə də orta bazar qiymətlərindən istifadə olunmaqla aparılan hesablamalar nəticəsində Xaçmaz rayonunun Çarxı kəndində yerləşən sahəsi 71.9 kv.metr olan qeyri-yaşayış binasının təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 13521,9 manat məbləğində olduğu müəyyən olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Xaçmaz rayonunun Çarxı kəndində iddiaçının xüsusi mülkiyyətində 71,9 kv.m sahəsi olan qeyri-yaşayış binası vardır. Həmin bina kafe kimi fəaliyyət göstərmişdir. Cavabdehlərdən Cavabdeh1 ilə iddiaçı arasında notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış binasını bir il müddətinə, yəni xx.xx.2023-cü il tarixədək icarəyə verilmişdir. İcarə müqaviləsinin şərtlərinə əsasən icarə obyektində təhlükəsizlik qaydalarına əməl olunması vəzifəsi icarəçi tərəfindən həyata keçirilir, habelə icarəyə götürdüyü əmlakı ikinci əldə icarəyə verə bilməz. Cavabdeh1 icarə müqaviləsinin şərtlərini pozaraq iddiaçıya məxsus əmlakı digər cavabdeh X2 istifadəsinə vermişdir. 2022-ci ilin avqust ayında məlum olmuşdur ki, cavabdeh icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə riayət etməmiş, qeyri-yaşayış binasında yanğın baş vermiş, əmlak faktiki olaraq yararsız vəziyyətə düşümüşdür. Cavabdehlərdən dəymiş ziyanın ödənilməsi tələb olunsa da, heç bir nəticəsi olmamışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq dəymiş ziyanın ödənilməsini xahiş edir. Cavabdehlə iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlərdən Cavabdeh1 ilə iddiaçı arasında notariat qaydasında təsdiqlənmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış binasını bir il müddətinə, yəni xx.xx.2023-cü il tarixədək icarəyə verilmişdir. İcarə müqaviləsinin şərtlərinə əsasən icarə obyektində təhlükəsizlik qaydalarına əməl olunması vəzifəsi icarəçi tərəfindən həyata keçirilir, habelə icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Cavabdeh1 icarə müqaviləsinin şərtlərini pozaraq iddiaçıya məxsus əmlakı digər cavabdeh X2 istifadəsinə vermişdir. Həmçinin, icarə müqaviləsinə əsasən icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri icarəçi (hazırkı halda cavabdeh) tərəfindən həyata keçirilir. Mülki işə əlavə olunmuş fotoşəkillərdən və Xaçmaz rayon DYMH-nin xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, həqiqətən xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndinin ərazisinə iddiaçıya məxsus kafedə yanğın hadisəsi baş vermişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində ona dəymiş ziyanın məbləğinin 20000 manat olduğunu qeyd etsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsində dəymiş ziyanın təqribən 13521,9 manat olması barədə rəy verilmişdir, Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya 13521,9 manat məbləğində maddi ziyan dəymişdir və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi qismən, yəni 13521,9 manat hissədə təmin olunduğundan, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, 13521,9 manat hissəsinə uyğun olaraq 130,56 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehlər usifov Elşad Gülmirzə oğlundan və X1 130,56 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 13521.9 manat məbləğində pul və ödənilmiş 130,56 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul Cavabdeh1 və X1 alınaraq X6, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-74/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-74/2025
12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver