Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-742/2021 13.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Dəymiş ziyanın ödənilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 9525 manat ziyanın, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ümumilikdə 9555 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsində dəqiqləşmə aparılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçınə məxsus “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcıya və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşquya dəymiş 9.025 ABŞ dolları və 900 manat ziyanın, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı səlahiyyətli nümayəndəsi Nümayəndə iddianı hazırki həcmdə müdafiə edərək göstərdi ki, İddiaçındə sürücü işləmiş Cavabdeh 09 sentyabr 2019-cu ildə DAF FT XF markalı ** AC *** dövlət qeydiyyat nişanlı dartıcını və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunu və 900 manat dəyərində 1500 litr həcmində yanacağı rəsmi qaydada təhvil alaraq həmin nəqliyyat vasitəsilə Türkiyə Cümhüriyyətinə hərəkət etmiş, Türkiyə Cümhüriyyətinə gedərkən əlavə olaraq 900 ABŞ dolları dəyərində yanacaq aparmışdır. Orada olarkən məlum olmuşdur ki, cavabdeh DAF FT XF markalı ** AC *** dövlət qeydiyyat nişanlı dartıcını və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı ** ZA *** dövlət qeydiyyat nişanlı qoşquya ziyan vurmuşdur. Bundan sonra həmin dartıcı və qoşquya baxış keçirilərkən 10 ədəd apornıy disk, 5 komplekt nakladkalar- 2 komplekt dartıcı, 3 komplekt qoşqunun, 02 ədəd stupitsanın podçivnikinin, 02 ədəd suportun, 2 ədəd dartıcının tormoznoy hava baçokunun, 01 ədəd qoşqunun tormoz baçokunun tam xarab olmaqla 7025 ABŞ dolları məbləğində ziyan dəydiyi, bundan başqa nəqliyyat vasitəsinin 02 ədəd təkəri yandığından 1100 ABŞ dolları ziyan vurulduğu, beləliklə Cavabdeh tərəfindən təqsirli hərəkətləri nəticəsində ümumilikdə MMC-yə 9.025 ABŞ dolları və 900 manat dəyərində ziyan vurulduğu müəyyən edilmiş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Ziyanın ödənilməsi barədə dəfələrlə cavabdehə şifahi və rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh tərəfindən könüllü olaraq heç bir ödəniş olunmamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Göstərilənlərə əsasən iddianın hazırki həcmdə təmin edilməsini, Cavabdeh İddiaçınə məxsus “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcıya və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşquya dəymiş 9.025 ABŞ dolları və 900 manat ziyanın, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, o, UĞURLU YOL» Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləmiş, İddiaçınə məxsus 09 sentyabr 2019-cu ildə DAF FT XF markalı ** AC *** dövlət qeydiyyat nişanlı dartıcını və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunu təhvil alaraq həmin nəqliyyat vasitəsilə Türkiyə Cümhüriyyətinə hərəkət etmiş, həmin nəqliyyat vasitələri ilə Türkiyəyə gedərkən iddiaçının tələbində göstərdiyi 900 ABŞ dolları məbləğində yanacaq sərf edilmişdir. İddiaçının 9.025 ABŞ dolları və 900 manat ziyan tələbinə gəldikdə isə o, nəqliyyat vasitəsini təhvil alıb Türkiyəyə gedərkən nəqliyyat vasitəsinin əyləc sistemində nasazlıq olmuş, bu barədə MMC-nin rəhbərinə də bildirmiş və yola çıxdıqdan sonra əyləc sistemindəki həmin nasazlıq səbəbindən idarə etdiyi yük avtomobilinin bir neçə ehtiyat hissəsi ondan asılı olmayan səbəblərdən xarab olmuşdur. Başqa sözlə nəqliyyat vasitəsinin ehtiyat hissələrinin sıradan çıxması onun təqsiri ucbatından baş verməmişdir. Ona görə də iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı 12 iyun 2007-ci il tarixdə Dövlət qeydiyyatından keçmiş, Cəmiyyətin təsisçisi X4, qanuni təmsilçisi X3 təyin edilmişdir. İş materiallarında olan İddiaçı 12 iyun 2007-ci il tarixli nizamnaməsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində müvafiq qeydiyyatdan keçmişdir. İş materiallarında olan 08 iyun 2019-cu il tarixli əmək müqaviəsinin surətindən görünür ki, Cavabdeh İddiaçınə sürücü işinə qəbul olunmuşdur. İş materiallarında olan 08 iyun 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçındə sürücü olaraq işlədiyi müddətdə müəssisə qarşısında müqavilədə sadalanan şərtlərin icrası və məsuliyyəti barədə tam maddi məsuliyyət daşıması haqqında üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan AD seriyalı, 488164 nömrəli və AD seriyalı, 310871 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqu İddiaçı mülkiyyətində olan əmlak kimi qeydiyyata alınmışdır. İş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, qeyd olunan tarixdə “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqu İddiaçı tərəfindən həmin Cəmiyyətin sürücüsü Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli müqavilənin və həmin müqaviləyə əlavə edilmiş həmin tarixli 000009 saylı yol vərəqəsinin surətindən görünür ki, “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqu Türkiyə Cümhuriyyətinə müəyyən edilmiş marşrut üzrə hərəkət etmək məqsədilə 09 sentyabr 2019-cu il tarixdə Cəmiyyətin sürücüsü Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh sürücü olaraq “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqu ilə Türkiyə Respublikası istiqamətinə hərəkət edərkən nəqliyyat vasitəsini saz vəziyyətdə idarə edərək saxlamaqla, nəqliyyat vasitəsinin mühərrik və hissələrini tam, standartlara uyğun vəziyyətdə idarə etmək, lazımi texniki baxış xidmətlərinə dəqiq, vaxtlı-vaxtında əməl etməklə öhdəliklərə riayət edəcəyi, eləcə də nəqliyyat vasitəsini təhvil-təslim etmək üçün müvafiq sənədləri İddiaçı ofisinə gələrək məsul edilmiş şəxsə təhvil verəcəyi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutlmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş 11 noyabr 2019-cu il tarixli aktdan görünür ki, MMC-nin sürücüsü Cavabdeh verilməklə təhkim edilmiş və onun tərəfindən idarə edilmiş DAF ET XF markalı, ** AC *** nişanlı dartıcı və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı 27 131 dövlət qeydiyyat nişanlı qoşqu ilə 09 sentyabr 2019-çu ildə hərəkət etmiş, Türkiyə Cümhüriyyətində olarkən məlum olmuşdur ki, DAF ET XF markalı, ** AC *** nişanlı dartıcı və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı 27 131 dövlət qeydiyyat nişanlı qoşquya ziyan vurmuş, eləcədə 1500 litr yanacaq- 900 manat xərcləmiş, Türkiyə Cümhüriyyətinə gedərkən 900 ABŞ dolları dəyərində 900 litr yanacaq aparmışdır. Həmin nəqliyyat vasitələtinə baxış keçirilərkən məlum olmuşdur ki, aşağıda göstərilən predmetlər, yəni apornıy disk 10 ədəd, nakladkalar 5 komplekt- 2 komplekt dartıcının, 3 komplekt qoşqunun, 02 ədəd stupitsanın podçivniki, 02 ədəd suport, 2 ədəd dartıcının tormoznoy hava boçoku, 01 ədəd qoşqunun tormoz boçoku tam xarab olmaqla 7025 ABŞ dolları- 11.942 manat 50 qəpik ziyan vurmuş, bundan başqa nəqliyyat vasitəsinin 02 ədəd təkərini yandığından-2 ədəd təkər x 550 ABŞ dolları olmaqla 1100 ABŞ dolları- 1870 manat ziyan vurmuşdur. İş materiallarında olan X1 şirkəti tərəfindən verilmiş nəqliyyat vasitəsinin müayinəsi sənədindən görünür ki, DAF ET XF markalı, ** AC *** nişanlı dartıcı və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı 27 131 dövlət qeydiyyat nişanlı qoşquya baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin nəqliyyat vasitələrinin əyləc diski, support (dayaq), əyləc kamerası, əyləc qəlibi (bəndi), yanacaq filtiri, əyləc kamerası, rulman (rolik) ehtiyat hissələri sıradan çıxmış və onların dəyəri ümumilikdə 7025 ABŞ dolları məbləğində təşkil edir. İş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı mülkiyyətinə aid DAF ET XF markalı, ** AC *** nişanlı dartıcı və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı 27 131 dövlət qeydiyyat nişanlı qoşqu Cavabdeh təhvil verilmiş və sonradan dartıcıya və qoşquya baxış keçirilərkən onların bir sıra ehtiyat hissələrinin sıradan çıxdığı müəyyən olunur. İş materiallarında olan 03 dekabr 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin surətindən görünür ki, Cavabdeh 03 dekabr 2019-cu il tarixli, 216 nömrəli əmrə əsasən İddiaçındən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 22 noyabr 2019-cu il tarixli və 06 dekabr 2019-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdeh Cavabdeh vurduğu ziyanın ödənilməsi ilə bağlı İddiaçı tərəfindən xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarında olan Bakı şəhər, Qaradağ rayon məhkəməsinin 13 yanvar 2021ci il tarixli qərardadının və İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2019-cu il tarixli əmək müqaviləsinin surətlərindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanan əmək müqaviləsinin 5.4-cü bəndinə əsasən tərəflər biri digərinə ziyan vurarsa yaranmış mübahisəyə müəssisənin yerləşdiyi ərazi üzrə məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında ziyan tələbi ilə bağlı yaranan mübahisəyə baxılması ilə əlaqədar yazılı saziş olduğundan hazırki mübahisəyə müəssisənin yer üzrə Xaçmaz rayon məhkəməsində baxılması qanunamüvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərər çəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərərkət və hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiqatı zamanı iddiaçının nümayəndəsinin izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçındə sürücü işləmiş Cavabdeh 09 sentyabr 2019-cu il tarixdə iddiaçının mülkiyyətinə aid DAF FT XF markalı ** AC *** dövlət qeydiyyat nişanlı dartıcını və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunu və 900 manat dəyərində 1500 litr həcmində yanacağı rəsmi qaydada İddiaçındən təhvil alaraq həmin nəqliyyat vasitəsilə Türkiyə Cümhüriyyətinə hərəkət etmiş, Türkiyə Cümhüriyyətinə gedərkən əlavə olaraq iddiaçı MMC-dən 900 ABŞ dolları dəyərində yanacaq aparmış, sonradan cavabdehin təqsirli hərəkətləri nəticəsində dartıcının və qoşqunun yuxarıda sadalanan bir sıra ehtiyat hissələrinin sıradan çıxması və əsassız yanacaq sərfiyyatı səbəbindən iddiaçı MMC-yə ümumilikdə 9.025 ABŞ dolları və 900 manat dəyərində zərər vurulduğu müəyyən edilmiş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Ziyanın ödənilməsi barədə dəfələrlə cavabdehə şifahi və rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh tərəfindən könüllü olaraq heç bir ödəniş olunmamışdır. Odur ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında cavadeh Cavabdeh izahatında DAF FT XF markalı ** AC *** dövlət qeydiyyat nişanlı dartıcını və SCHMİTZ SKO 24 TENTLİ FURQON markalı ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunu təhvil alarkən nəqliyyat vasitəsinin əyləc sistemində nasazlıq olduğu, həmin nasazlıq səbəbindən yola çıxdıqdan sonra nəqliyyat vasitəsinin bir neçə ehtiyat hissələrinin ondan asılı olmayan səbəblərdən xarab olmasını, onun tərəfindən iddiaçı UĞURLU YOL» Məhdud Məsuliyyətli Cəmiyyətinə hər hansı məbləğdə ziyan vurulmadığını göstərsə də öz etirazının əsasını təşkil edən sənədi və sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddia tələbinin hazırki həcmdə əsaslı olması iş materialları ilə öz təsdiqini tapmış və sübut olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə Qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbinin hazırki həcmdə əsaslı olduğu tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia hazırki həcmdə təmin edilməklə Cavabdeh İddiaçınə məxsus “DAF FT XF” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı dartıcıya və “SCHMİTZ SKO” markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunun bir sıra ehtiyat hissələrinin sıradan çıxması və əsassız yanacaq sərfiyyatı nəticəsində dəymiş zərərin əvəzi olaraq 9.025 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 900 manat, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul tutlaraq İddiaçı xeyrinə verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 9.025 (doqquz min iyirmi beş) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 900 (doqquz yüz) manat, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul tutlaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №2(067)-742/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-742/2021
13.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver