Məhkəmə qərarları › İş №2(067)-748/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-748/2024

05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-748/2024 05.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh nəzarət qurğusunu yapışqan vasitəsi ilə yapışdırdığına görə dəyəri 2277,40 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(067)-132/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə cəza çəkdiyi müddətdə gəzdirməsi üçün üzərinə elektron nəzarət vasitəsi bağlanılmışdır. Həmin tarixdə də şöbənin sabiq böyük icra məmuru (probasiya üzrə) X1 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Həmin protokolda məhkum Cavabdeh cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə bağlanılmış elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Həmin protokolla bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapter), bir ədəd elektron qolbaq kəmərlə birlikdə, bir ədəd mobil qurğu üçün qoruyucu kabro məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyinə əsasən qurğunu qapağına yapışqan vurmuş, qurğunun təmiri mümkün olmamış və istifadəyə tam yarasızdır. Cavabdeh xx.xx.2023-cü il tarixli izahatında elektron nəzarət vasitəsini istifadəyə yarasız hala salmasını etiraf etməmişdir. Cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusunun yapışqan vasitəsi ilə yapışdırdığına görə yararsız hala düşmüş və maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(067)-132/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məlumatından müəyyən olunur ki, “Attenti” markalı mobil nəzarət vasitəsinin texniki vəziyyəti, yararsız olduğu halda səbəb olan halların müəyyən edilməsi, hansı müddətdən sonra yararsız hala düşməsi, cihazın hissələrində texniki nasazlığın və qüsurun olmasının müəyyən edilməsi müvafiq istehsalçı şirkətinin məhsularına texniki xidməti həyata keçirən ixtisaslaşmış mütəxəssis tərəfindən həll edilə bildiyi üçün həmin ixtisaslaşmış mütəxəssislərə müraciət edilməsi tövsiyyə olunur. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarında olan sorğuya əsasən alınmış "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən müəyyən olunur ki, mobil qurğuların və elektron qolbaqların nəzarət subyektinə tətbiqi və üzərindən çıxarılması təyin olunmuş icra məmuru tərəfindən həyata keçirilir. Daha sonra icra məmuru çıxarılmış mobil qurğunu və elektron qolbağı Bakıda yerləşən Probasiya Xidmətinə təhvil verir. Onların əməkdaşları emal və təmir prosesini həyata keçirmək məqsədi ilə adı çəkilən qurğuları Probasiya xidmətindən təhvil alırlar. Mobil qurğu servis mərkəzlərində diaqnostikadan keçirilən zaman, qurğunun korpus qapaqlarının yapışdırılması aşkarlandı. Komplektə daxil olan elektron qolbaqda ciddi qüsur aşkarlanmamışdır. Mobil qurğunun korpusun yapışdırılması halı adətən qurğunun korpusunu açmaq məqsədi ilə kənar müdaxilənin nəticələrini aradan qaldırmaq məqsədi ilə və yaxud ehtiyatsızlıq üzündən qurğunun korpusunun zədə alıb açılmasının qüsurlarını aradan qaldırmaq məqsədi ilə həyata keçirilir. Korpusu yapışdırılmış qurğunu açıb (standart qaydada - vintləri açaraq) diaqnostika/müayinə etmək mümkünsüz olur. Bu isə özlüyündə qurğunun istehsalçı tərəfindən buraxılmış funksional xüsusiyyətlərinin pozulmasıdır. Yapışdırılmış korpusu olan qurğunun gələcəkdə cərəyan batareyasının dəyişdirilməsi və üzərində digər təmir-bərpa işlərinin aparılması mümkünsüz olur. Bu səbəbdən İstehsalçı tərəfindən təqdim olunmuş servis təlimatına əsasən bu cür qurğular istifadəyə yararsız hesab edilir. Mobil qurğunun yenidən bərpasının mümkün olub olmamasını aydınlaşdırmaq üçün ilk növbədə bu qurğunun korpusunu açmaq tələb olunur. Korpusun yapışdırılmış olması səbəbindən bunu standart qaydada etmək mümkün deyil. Korpusu müxtəlif kəsici alətlər ilə açmaq olar. Lakin, bu halda qurğunun daxili elementlərinin zədələnməsi riski yaranır. Hansı ki, onlar bunu öz üzərlərinə götürə bilməz. Bundan əlavə təcrübə göstərir ki, bu proses uğurla keçsə belə çox vaxt yapışqanın qurğunun daxilində olan mikrosxemlərə dolub, onların işsiz vəziyyətə düşməsi müşahidə olunur. Hal hazırda mobil qurğunun korpusunu açmaq mümkün olmadığından təmir və bərpa xərcləri barədə məlumat verə bilmirlər. Probasiya Xidmətində istifadədə olan “Attenti" markalı elektron nəzarət vasitələri (komplekt halda) Ədliyyə Nazirliyi ilə bağlanmış müqavilə əsasında təqdim olunur və Evrodizayn şirkəti olaraq digər fərdi şəxslərə pərakəndə satış həyata keçirilmir. Bu səbəbdən elektron nəzarət vasitəsinin hissələri üçün ayrıca qiymət təqdim etmək mümkün deyil. Elektron nəzarət vasitəsinin tam komplektinin qiyməti haqqında məlumatı Ədliyyə Nazirliyinin Maliyyə -Təminat İdarəsindən əldə etmək olar. İş materiallarında olan arayışdan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitələrinin avadanlıqlarının dəyəri 2277,4 manat təşkil edir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(067)-132/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə cəza çəkdiyi müddətdə gəzdirməsi üçün üzərinə elektron nəzarət vasitəsi bağlanılmışdır. Həmin tarixdə də şöbənin sabiq böyük icra məmuru (probasiya üzrə) X1 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Həmin protokolda məhkum Cavabdeh cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə bağlanılmış elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Həmin protokolla bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapter), bir ədəd elektron qolbaq kəmərlə birlikdə, bir ədəd mobil qurğu üçün qoruyucu kabro məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyinə əsasən qurğunu qapağına yapışqan vurmuş, qurğunun təmiri mümkün olmamış və istifadəyə tam yarasızdır. Cavabdeh xx.xx.2023-cü il tarixli izahatında elektron nəzarət vasitəsini istifadəyə yarasız hala salmasını etiraf etməmişdir. Cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusunun yapışqan vasitəsi ilə yapışdırdığına görə yararsız hala düşmüş və maddi ziyan dəymişdir. Cavabdehə təklif olunsa da vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2277.40 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar