Məhkəmə qərarları › İş №2(067)-749/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-749/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-749/2021 18.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx xxx 2014-cü ildə anadan olmuş uşağı X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiacı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx xxxxxxxx 2012-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx xxx 2014-cü ildə Nüsrəddin adlı bir nəfər uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan ayrılmışlar. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx xxx 2014-cü ildə anadan olmuş oğlu X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 137 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahdan olan uşağı Nüsrəddin onun himayəsində saxlanılmışdır. Alimentin müəyyən edildiyi vaxtdan 3 ildən çox müddət keçmiş, həmin müddət ərzində ərzaq və sənaye mallarında qiymət artımları olmuş, habelə uşaq böyümüşdür. Təbii ki uşağın tələbatları da artmışdır. O, özü heç bir yerdə işləmir, valideynlərinin yanında yaşayır, maddi vəziyyət ağır olduğu üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 137 manat məbləğlə uşağı saxlamaqda olduqca çətinlik çəkir. Cavabdeh Xaçmaz Mərkəzi bazarında un satışı ilə məşğuldur, yaxşı pul qazanır, maddi imkanları yüksəkdir. Onun uşağın saxlanılması üçün hazırda tələb etdiyi 250 manat miqdarında alimenti ödəməyə real imkanları vardır. Ona görə də iddiasının təmin edilməsini, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx xxx 2014-cü ildə anadan olmuş uşağı X1 yetkinlik yaşına çatana kimi saxlanılmaı üçün hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı ilə xx xxxxxxxx 2012-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx xxx 2014-cü ildə Nüsrəddin adlı bir nəfər uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan ayrılmışlar. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ondan xx xxx 2014-cü ildə anadan olmuş oğlu X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 137 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahdan olan uşağı Nüsrəddin iddiaçının himayəsində saxlanılmışdır. Hazırda iddiaçı məhkəmədə ona qarşı iddia qaldıraraq uşaqları Nüsrəddinin yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq ondan hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin tutulması barədə qətnamə cıxarılmasını xahiş edir. Lakin onun iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Belə ki, hazırda o, heç bir yerdə işləmir, gəlir yeri yoxdur, dəfələrlə müxtəlif şirkətlərə, iş yerlərinə müraciət etsə də münasib iş tapa bilməmişdir. Lakin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti iddiaçıya ödəyir. Alimentin miqdarının artırılacağı təqdirdə iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəyə bilməyəcəkdir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 29 yanvar 2018-ci il tarixli, 2(067)-146/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx xxxxxxxx 2013-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx xxx 2014-cü ildə Nüsrəddin adlı bir nəfər uşaqları anadan olmuşdur. Məhkəmənin qeyd olunan qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2017-ci il tarixli, 2(067)-4368/2017 saylı qətnaməsinin surətindən görünür ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən Cavabdeh xx xxx 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 137 manat miqdarında alimentin tutularaq İddiaçı xeyrinə verioməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-217/2019 saylı qətnaməsindən görünür ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx xxx 2014-cü il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılmışdır. İş materaillarında olan şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron portaldan çıxarışdan görunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Aparılmış məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx xxxxxxxx 2013-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx xxx 2014-cü ildə Nüsrəddin adlı bir nəfər uşaqları anadan olmuşdur. Tərəflər aralarında ailə münasibətləri pozulduğundan ayrılmışlar. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx xxx 2014-cü ildə anadan olmuş uşaqları X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 137 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(067)-146/2018 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində olan uşağı- xx xxx 2014-cü ildə anadan olmuş Nüsrəddinin yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay sabit pul məbləğində 250 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçının izahatından aydın olmuşdur ki, onunla cavabdeh arasında alimentin ödənilməsinə dair saziş yoxdur. Cavabdeh daimi olaraq hər ay haqqı ödənilən işlərdə işləmir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı uşağın saxlanılması üçün kifayət etmir. Cavabdeh isə uşağın saxlanılması üçün ona əlavə heç bir köməklik göstərmir. Buna görə də alimentin miqdarının artırılmasını məhkəmədən xahiş edir. Cavabdehin izahatından aydın olmuşdur ki, iddiaçı ilə onun arasında alimentin ödənilməsinə dair saziş yoxdur. İddiaçı tərəfindən tələb olunan 250 manat miqdarında alimentin ödənilməsi onun maddi imkanları xaricindədir. Heç bir yerdə işləmir, gəlir yeri yoxdur. Göstərilənlərə əsasən, iddianın təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə tərəflərdən iddiaçının maddi vəziyyətində dəyişikliyin baş verdiyini müəyyən etmişdir. Belə ki, iddiaçının izahatından və iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(067)-4368/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, həmin qətnaməyə əsasən cavabdehdən xx xxx 2014cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat məbləğində aliment ödəyir. Qeyd edilən aliment miqdarının müəyyən edildiyi 2017-ci ildən istehlak mallarının qiymətində bahalaşma müşayiət olunduğundan, 137 manat məbləğində aliment miqdarı istehlak bazarında mövcud olan real qiymətlərə uzlaşmır və uşaqların minimal tələbatının ödənilməsi üçün kifayət deyildir. Cavabdeh tərəfindən ödənilən 137 manat məbləğində alimentin miqdarı «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəaları ilə də uzlaşmır. Belə ki, xx xxxxxx 2020-ci ildə qəbul edilmiş, xx xxxxxx 2021-ci il tarixdən qüvvəyə minmiş «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» BMT-in xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(067)-4368/2017 saylı qətnaməsinə əsasən cavabdehdən xx xxx 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat sabit məbləğdə alimentin tutulması qət edilməklə, cavabdehin hər ay 137 manat aliment ödəməsinə baxmayaraq, 2017-ci il üçün yaşayış minimumu uşaqlar üçün 136 manat 60 qəpik, 2018-ci il üçün 154 manat, 2019-cu il üçün 160 manat, 2020-ci il üçün isə 170 manat, 2021-ci il üçün isə 175 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikas MPM-nın 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ancaq hazırki qətnamə üzrə alimentin tutulmasının əvvəli «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynləridən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Beləliklə, məhkəmə bütün yuxarıda şərh edilib göstərilənləri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(067)-4368/2017 saylı qətnaməsinə əsasən xx xxx 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən edilmiş aliment məbləğinin miqdarı dəyişdirilməli, valideynlərin və uşağın ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, iddia qismən təmin edilməklə xx xxx 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay sabit pul məbləğində 175 manat miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, Cavabdeh bir il ərzində ödəməli olduğu alimentin məcmusu 500 manatdan çox olduğundan ondan 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(067)-4368/2017 saylı qətnaməsinə əsasən xx xxx 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması ücün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.1973-cü ildə Xaçmaz rayonunda anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı ünvan 1 ünvanı olan Cavabdeh xx xxx 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması ücün hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat miqdarında aliment tutularaq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə verilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar