Məhkəmə qərarları › İş №2(067)-751/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-751/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-751/2022 21.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı Bank olmayan kredit X5 Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı BOKT ASC -nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 02.12.2019-cu il tarixli, 00/122/22 saylı kredit müqaviləsinə əsasən 1641,72 manat əsas borc, 58,29 manat hesablanmış faiz borcu, 1090,10 manat dəbbə pulu olmaqla, cəmi 2790,11 manat kredit borcu və 47,95 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında 02.12.2019-cu il tarixli, 00/122/22 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 02.12.2019-cu il tarixli, 00/122/22 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 1641,72 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. 02.12.2019-cu il tarixli, 00/122/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKTa 1642,72 manat əsas borc, 58,29 manat hesablanmış faiz borcu, 1090,10 manat dəbbə pulu olmaqla, cəmi 2790,11 manat borcu vardır. Eyni zamanda nəzərəinizə çatdırırıq ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh ilə İddiaçı Bank olmayan kredit X5 Cəmiyyəti arasında bağlanılmış 02.12.2019-cu il tarixli 00/122/22 saylı kredit müqaviləsinə əsasən ona 5 il müddətinə, 1 faizlə 1641,72 manat məbləğində kredit verilib. Hazırda cavabdehin 1641,72 manat əsas, 58,29 manat faiz borcu və 1090,10 manat dəbbə borcu,cəmi 2790,11 manat borcu var. Kredit borcu qaytarılmadığına görə məhkəmədə iddia qaldırılıb. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia qismən qəbul edərək bilirmişdir ki, 2015-ci ildə İddiaçı Bank olmayan kredit X5 Cəmiyyətində 3600 ABŞ dolları kredit almış və kreditini demək olar ki, ödəmişdir, son iki ay krediti ödəyə bilməmişdir. Bunun da səbəbi dolların qalxması, həm də əməliyyat olunması olmuşur. Daha sonra borcu restruktizasiya olunub və onunla 02.12.2019-cu il tarixli 00/122/22 saylı kredit müqaviləsi bağlanılıb, həmin müqaviləyə əsasən o 5 il müddətinə, 1 faizlə 1641,72 manat məbləğində kredit borcunu qaytarmalı olmuşdur, lakin maddi imkanı olmadığına görə kredit borcunu qaytara bilməmişdir. Hazırda cərimə borcunun silinməsini xahiş edir. Borcu restruktizasiya olunandan sonra heç bir ödəniş etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı BOKT ASC Cavabdeh ilə bağladığı 02.12.2019-cu il tarixli, 00/122/22 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank iddiaçıya müvafiq olaraq 02.12.2019-cu il tarixli, 00/122/22 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 1641,72 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan arayışdan müəyyən olunur ki cavabdehin kreditor PARA” BOKT ASC-nə 1641,72 manat əsas borc, 58,29 manat hesablanmış faiz borcu, 1090,10 manat dəbbə pulu olmaqla, cəmi 2790,11 manat kredit borcu mövcuddur. İş materiallarında olan xəbədarlıq məktublarından müəyyən olunur ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün ona borcun ödənilməsi tələbi barədə bildiriş göndərmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti tərəfindən cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 47,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan 1090,10 manat dəbbə pulu azaldılmalı və 90 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi qismən təmin olunduğundan iddia həcmi azaldıldığı üçün dövlət rüsumu da ona mütənasib olaraq Azərbaycan Respublikası Dövlət X4 8.1.2.-ci maddəsinə əsasən hesablanmalıdır. Azərbaycan Respublikası Dövlət X4 8.1.2.-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 02.12.2019-cu il tarixli, 00/122/22 saylı kredit müqaviləsinə əsasən 1641,72 manat əsas borc, 58,29 manat hesablanmış faiz borcu, 90 manat dəbbə pulu olmaqla, cəmi 1790,01 manat kredit borcu və 37,90 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməli,. rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi qismən təmin edilsin. Cavabdeh 02.12.2019-cu il tarixli, 00/122/22 saylı kredit müqaviləsinə əsasən 1641,72 manat əsas borc, 58,29 manat hesablanmış faiz borcu, 90 manat dəbbə pulu olmaqla, cəmi 1790,01 manat kredit borcu və 37,90 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar