Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-770/2023 23.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh2 isə rəsmi qeydiyyatda olduğu yer göstərilməmiş, yalnız onun faktiki olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində çəza çəkməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında qeydiyyatda olduğundan İddiaçı ona qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi cavabdehlərdən birinin rəsmi qeydiyyatda olduqları yer üzrə məhkəməyə verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsi ilə cavabdehlərdən birinin rəsmi qeydiyyatda olduqları yer üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Ödənilmiş 77.85 manat (Qəbz №-si **********, ödəniş tarixi xx.xx.2023) məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-770/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-770/2023
23.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver