Məhkəmə qərarları › İş №2(067)-775/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-775/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-775/2021 19.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh Əmirəli oğluna qarşı «Borc pul tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Əmirəli oğlundan 5200 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh Əmirəli oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh Əmirəli oğlunın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, iş üzrə Cavabdeh Əmirəli oğlunu bir neçə ildir ki, tanıyır. Beli ki, cavabdeh ondan hər il qoyun-quzu almışdır. Növbəti dəfə 2020-ci ilin aprel ayının 10-da cavabdeh ondan 6700 manat dəyərində qoyun-quzu almış, heyvanların dəyərindən 1500 manat ödəməklə qalan 5200 manatı bir neçə ay ərzində qaytaracağını öhdəsinə götürmüşdür. Heyvanları cavabdehə təhvil verərkən həmkəndliləri olan qonşuları şahid olmuşlar. Lakin sonradan cavabdeh vədinə əməl etməmiş, müxtəlif bəhanələrlə heyvanların pulunu ödəməkdən yayınmağa başlamışdır. Məcbur olaraq cavabdehin hərəkətləri barədə yaşayış yeri üzrə Xaçmaz rayon X9 Polis Bölməsinə müraciət etmiş, müraciəti üzrə Polis Bölməsinə dəvət edilərək araşdırma aparılarkən cavabdeh həqiqətən ondan 2020-ci ilin aprel ayında 6700 manat dəyərində qoyun-quzunu aldığını, heyvanların pulundan 1500 manatını verdiyini, yerdə qalan 5200 manatı isə ona borclu qaldığını etiraf etmiş və bu barədə Polis Bölməsində verdiyi izahatında göstərmişdir. Habelə cavabdeh borclu olduğu pulu ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Sonradan dəfələrlə cavabdehdən borclu qaldığı pulu qaytarmasını tələb etsə də sonuncu pulu ödəyəcəyinə söz verməsinə baxmayaraq hal-hazıradək onun pulunu qaytarmamışdır. Cavabdeh vədinə əməl etmədiyinə görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, Cavabdeh Əmirəli oğlundan 5200 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi şahid X3 göstərdi ki, iş üzrə İddiaçı onun həmkəndlisi, həm də yaxın qonşusudur. Həqiqətən 2020-ci ilin aprel ayında Cavabdeh Əmirəli oğlu İddiaçı 6700 manat dəyərində qoyun-quzu almış, heyvanların dəyərindən 1500 manat ödəməklə qalan 5200 manatı bir neçə ay ərzində qaytaracağını öhdəsinə götürmüşdür. Heyvanları cavabdehə təhvil verərkən həmkəndliləri olan qonşuları şahid olmuşlar. Lakin sonradan cavabdeh vədinə əməl etməmiş, müxtəlif bəhanələrlə heyvanların pulunu ödəməkdən yayınmış, hal-hazıradək iddiaçının pulunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının təqdim etdiyi digər şahidhəmkəndlisi X2 şahid X1 ifadəsi ilə yeni məzmunlu ifadə vermişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron portaldan çıxarışdan görünür ki, iş üzrə cavabdeh Sultanov X4 rayonunun Rəhimoba kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Xaçmaz rayon X10 Polis Bölməsinin sahə rəisi Rövşən Ələkbərovun xx xxxxxx 2021-ci il tarixli arayışının surətindən və Cavabdeh Əmirəli oğlunun X8 verdiyi izahatın surətindən görünür ki, İddiaçı müraciəti əsasında cavabdeh Sultanov X4 rayon X9 Polis Bölməsinə dəvət edilərək araşdırma aparılarkən sonuncu həqiqətən iddiaçıdan 2020-ci ilin aprel ayında 6700 manat dəyərində qoyun-quzunu aldığını, heyvanların pulundan 1500 manatını iddiaçıya verdiyini, qalan 5200 manatı isə borclu qaldığını etiraf etmiş, borclu qaldığı 5200 manatı iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunur ki, həqiqətən də Cavabdeh Əmirəli oğlu 2020-ci ilin aprel ayında İddiaçı 6700 manat dəyərində qoyunquzu almış, heyvanların dəyərindən 1500 manat ödəməklə qalan 5200 manatı bir neçə ay ərzində qaytaracağını öhdəsinə götürmüşdür. Lakin sonradan cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı cavabdehdən dəfələrlə pulunun qalan hissəsini tələb etsə də cavabdeh hazırki vaxtadək borclu qaldığı 5200 manat pulu qaytarmaqdan yayınmışdır. Cavabdeh könüllü olaraq iddiaçının pulunu qaytarmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin təqdim etdiyi sübutlar araşdırılarkən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübut olunduğundan və öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh Əmirəli oğlundan 5200 manat pul və dövlət rüsümü olaraq ödənilmiş 30 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh Əmirəli oğlundan 5200 (beş min iki yüz) manat pul və dövlət rüsümü olaraq ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. Düzdür: HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar