Məhkəmə qərarları › İş №2(067)-776/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-776/2021

19.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-776/2021 19.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və sabit məbləğdə aliment tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(067)-1790/2017 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü Seyidova Zəhra Rəfail qızının və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün tutulmalı olan alimentin miqdarının artırılaraq hər uşağa 200 manat olmaqla, 400 manat müəyyən edilməsi və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2010-cu ildə nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə münasibətləri pozulduğundan xx xxxxx 2017-ci il tarixli məhkəmə qətnaməsinə əsasən nikahları ləğv edilmişdir. Həmin vaxt nikah pozularkən Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(067)-1790/2017 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü Seyidova Zəhra Rəfail qızının və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün cavabdehdən onun xeyrinə hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat miqdarında alimentin tutulması qət edilmişdir. Sonradan barışmış və bir yerdə yaşamışlar. Lakin nikahlarını rəsmiləşdirməmişlər. xx.xx.2018-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Cavabdehlə 4 ay əvvəl yenidən münasibətləri pozulmuş və ayrılmışlar. Uşaqlar onun himayəsində qalmışlar. Cavabdeh 4 aydır ki, uşaqlara baxmır, o taksi fəaliyyəti ilə məşğuldur və yaxşı qazancı var. Cavabdeh uşaqlara baxmadığından o, yenidən aliment tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin qazancı barədə məlumatı yoxdur, amma bilir ki, o, taksi fəaliyyəti ilə məşğul olur və ayda 500-600 manat qazanc əldə edir, o, özü isə heç yerdə işləmir. Artıq 7 aydır ki, cavabdehlə ayrı yaşayırlar. O, uşaqları ilə birlikdə valideynlərinin evində yaşayır. Cavabdeh uşaqlarla maraqlanmır, hətta məhkəmə tərəfindən qət edilmiş alimenti də ödəmir. Uşağın birinin gözündə çəplik var, müalicə etdirə bilmir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(067)-1790/2017 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında xx xxxx 2010-cu ildə Xaçmaz Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmuş və xx.xx.2012-ci il təvəllüdlü Seyidova Zəhra Rəfail qızının və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. AZ-İV seriyalı 221310 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə yaşayışından xx.xx.2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddasəinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.1-ci maddəsinə əsasən arvad bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(067)-1790/2017 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün tutulmalı olan alimentin miqdarı artırılmalı, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit məbləğdə aliment tutulmalıdır. Alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Eyni zamanda xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 120 (yüz iyirmi) manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2021-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Buna görə də, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan aliment xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(067)-1790/2017 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014cü il təvəllüdlü X1 üçün tutulmalı olan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat müəyyən edilsin. Alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 120 (yüz iyirmi) manat aliment tutulsun.. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar