Məhkəmə qərarları › İş №2(067)-785/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-785/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-785/2022 28.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı verilmiş beh məbləğinin geri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X2 beh kimi verdiyi 500 manat məbləğində pulun iki mislini, yəni 1000 manat məbləğində pulu və rüsum kimi ödədiyi 30 manat məbləğində pulu X1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 15 mart 2021-ci il tarixdə cavabdehə 500 manat beh kimi pul vermişdir. Cavabdeh X4 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən evin həyətyanı sahəsinin bir hissəsinin satılmasına dair elan asmışdır. O həmin həyətyanı sahənin satın alınması ilə əlaqədar cavabdeh ilə şifahi razılığa gəlmişdir. Cavabdeh ilə razılığa gəlmişdir ki, həmin sahəni 7000 manata ona satacaqdır və cavabdeh 500 manat ondan beh tələb etdi, həmən vaxt cavabdehin yanında xalası oğlu da olmuşdur. O cavabdehə 500 manat beh vermişdir. Həmin vaxt yanlarında ünvan 2 ünvanda yaşayan X3 da olmuşdur və onun cavabdehə 500 manat beh pulu verməsini təsdiq edə bilər. Bundan əlavə cavabdeh ilə telefon danışığında da o, etiraf etmişdir ki, 500 manat məbləğində ondan beh almışdır. Beh alandan sonra cavabdeh həyətyanı sahəsini ona satmaqdan imtina etmişdir. Odur ki, o, cavabdehdən verdiyi 500 manat məbləğində behi tələb edən zaman o, müxtəlif bəhanələrlə onun pulunu qaytarmaq istəmir. Odur ki, məhkəməyə müraciət edir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Cavabdeh razılaşdığı kimi həyətyanı sahəsini ona satmaqdan imtina etməklə razılaşmalarını pozmuşdur. Ona görə də o, verdiyi 500 manat məbləğində behin iki mislini, yəni 1000 manat ona qaytarmalıdır. Bundan əlavə cavabdeh razılaşmalarını pozmaqla ona həm maddi həm də mənəvi zərər vurmuşdur. Bu məsələ ilə əlaqədar Xaçmaz RPŞ-nə müraciət etdiyi zaman işin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunmalı olduğunu bildirmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Odur ki, qeyd olunan çatışmamazlıqları aradan qaldırıb yenidən məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə razılaşmışdır ki, o, 7000 manata ona həyətyanı torpaq sahəsini satacaq. Cavabdeh buna görə ondan beh kimi 500 manat pul alıb. Pulu cavabdehə verəndə tanışı Cavid də yanında olub, lakin sonradan cavabdeh torpaq sahəsini ona satmaqdan yayınmışdır. Ona görə ondan beh kimi verdiyi 500 manat pulun iki mislini geri tələb edir. İddiası ilə bağlı başqa sübutu yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübut etmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə işin hallarını araşdırıb iddiaçı izahatını dinləyərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı 500 manat beh pul almasına dair mötəbər sübutu olmadığı üçün, iddiası sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməli, İddiaçı Cavabdeh qarşı verilmiş beh məbləğinin geri tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar