Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-786/2021 11.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxarkən müəyyən etdim ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmək əvəzinə 10 manat dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5.-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, dövlət rüsumu tam ödənilmədiyindən, yəni 30 manat ödənilməli olduğu halda 10 manat ödənildiyindən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, göstərilən noqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə eyni iddia tələbi ilə müraciət etmək hüququ saxlanılır. Qərardaddan rəsmi qaydada verildiyi əündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-786/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-786/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver