Məhkəmə qərarları › İş №2(067)-817/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-817/2024

15.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-817/2024 15.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı Cavabdehnə qarşı saxta qətnamənin ləğv olunmasına dair qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdehnə qarşı saxta qətnamənin ləğv olunmasına dair qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərkən müəyyən etdim ki, həmin ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırki tələbi ilə bağlı Cavabdeh qismində qeyd etməklə, saxta qətnamənin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı X1 ilə xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşlar. Həmin nikah Xaçmaz Rayon Mıəhkəməsi tərəfindən xx.xx.2005-ci il tarixli 2-69 saylı Qətnaməsi ilə pozulmuş və qətnamə xx.xx.2005-ci il tarixdə qanunui qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, göstərilən tələblər üzrə araşdırmanın aparılması məhkəmənin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ... olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım İddiaçı Cavabdehnə qarşı saxta qətnamənin ləğv olunmasına dair qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Cavabdehnə şikayət verilə bilər. Hakim Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar