Məhkəmə qərarları › İş №2(067)-83/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-83/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-83/2022 27.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun və bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 sentyabr 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 10442.27 ABŞ Dolları məbləğində kredit borcu, 11546.69 ABŞ Dolları məbləğində faiz borcu və 12807.10 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 34796.06 ABŞ dolları borcu, 01 İR********** saylı kredit razılaşması üzrə 8707.29 ABŞ Dolları məbləğində kredit borcu, 6405.87 ABŞ Dolları məbləğində faiz borcu və 11656.02 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 26769.18 ABŞ dolları borcu, hər iki kredit razılaşması ümumilikdə cəmi 61565,24 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması; Tələbin Xaçmaz rayonu Xudat şəhəri Konserv zavodu qəsəbəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı ümumi sahəsi 183.2 kv.metr, yaşayış 61.8 kv.metr, yardımçı 121.4 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və Xaçmaz rayonu Köhnə Xudat kəndində mülkiyyətində olan 0.11 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və 61565,24 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması; Xaçmaz rayonu Xudat şəhəri Konserv zavodu qəsəbəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzrəində yerləşən 2 mərtəbəli 4 otaqlı ümumi sahəsi 183.2 kv.metr, yaşayış 61.8 kv.metr, yardımçı 121.4 kv.metr sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Xaçmaz rayonu Köhnə Xudat kəndində mülkiyyətində olan 0.11 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları xx.xx.2011-ci il tarixli 106 saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 165 ay, məbləği 80000 ABŞ dolları müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 220000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11557,73 ABŞ dolları ödəmiş, onun 10442,27 ABŞ kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 922 gün üçün hesablanmış faiz borcu 11546,69 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci. bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 922 gün üçün hesablanmış cərimə 12807,1 ABŞ dolları təşkil edir. Bundan başqa Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 14292,71 ABŞ dolları ödəmiş, onun 8707,29 ABŞ kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 956 gün üçün hesablanmış faiz borcu 6405,87 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci. bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2021ci il tarixə 956 gün üçün hesablanmış cərimə 11656,02 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X4 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 AccessBank QSC ilə bağladığı ipoteka müqaviləsi əsasında Xaçmaz rayonu Xudat şəhəri Konserv zavodu qəsəbəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzrəində yerləşən 2 mərtəbəli 4 otaqlı ümumi sahəsi 183.2 kv.metr, yaşayış 61.8 kv.metr, yardımçı 121.4 kv.metr sahədən ibarət fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Məhkəmə iclasında iddiacının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. əlavə olaraq bildirmişdir ki, ekspertiza rəyinin xx.xx.2014-cü il tarixə hesablanması hissəsi ilə razıdır. İş üzrə cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 011R********** saylı kredit xətti müqaviləsindən görünür ki, xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları xx.xx.2011-ci il tarixli 106 saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 165 ay, məbləği 80000 ABŞ dolları müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etmələri barədə öz üzərlərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan ipoteka müqaviləsindən müəyyən olunur ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 AccessBank QSC ilə bağladığı ipoteka müqaviləsi əsasında Xaçmaz rayonu Xudat şəhəri Konserv zavodu qəsəbəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzrəində yerləşən 2 mərtəbəli 4 otaqlı ümumi sahəsi 183.2 kv.metr, yaşayış 61.8 kv.metr, yardımçı 121.4 kv.metr sahədən ibarət fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 Xaçmaz rayonu Köhnə Xudat kəndində mülkiyyətində olan 0.11 ha torpaq sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından müəyyən olunur ki, cavabdehlərə kredit borcunu ödəmələri barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, xx.xx.2008-ci il tarixli 011L000000106 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı kimi öhdəliklər tam yerinə yetirilənə kimi Cavabdeh2 mülkiyyətində olan Xaçmaz rayonu Xudat şəhəri Konserv zavodu qəsəbəsində 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzrəində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin ipotekası dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus olan Xaçmaz rayonu Xudat şəhəri Konserv zavodu qəsəbəsində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixə olan bazar dəyəri 59000 manat, likvid dəyəri 50000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin rəyindən müəyyən olunur ki, Cavabdeh1 məxsus olan Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixə olan bazar dəyəri 22000 manat, likvid dəyəri 19000 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 17 avqust 2022-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, 21 noyabr 2014-cü il tarixli, 011R********** saylı kredit razılaşması üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pui vəsaitiərinə dair kreditin statusu vərəqəsi məlumatları; 21 noyabr 2014-cü il tarixli, 011R********** saylı kredit razılaşması; 03 mart 2016-cı il tarixli “Saziş”; 25 oktyabr 2016-cı il tarixli “Saziş”; 29 yanvar 2018-ci il tarixli “Saziş” və 27 mart 2018-ci il tarixli “Saziş”də qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 İddiaçı QSC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: 12 noyabr 2021-ci il tarixə 13.015,74 ABŞ dolları: əsas borc 4974,89 ABŞ dolları, faiz borcu 6724,39 ABŞ dolları, faiz borcu (5%-lə) 1316,46 ABŞ dolları. 14 fevral 2022-ci il tarixə 13.079,32 ABŞ dolları: əsas borc 4974,89 ABŞ dolları, faiz borcu 6724,39 ABŞ dolları, faiz borcu (5%-lə) 1380,04 ABŞ dolları. 26 noyabr 2014cü il tarixli, 011R********** saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış; kreditin statusu vərəqəsi məlumatları; 26 noyabr 2014-cü il tarixli, 011R********** saylı kredit razılaşması; 24 fevral 2016-cı il tarixli “Saziş”; 12 oktyabr 2016cı il tarixli “Saziş”; 01 avqust 2017-ci il tarixli “Saziş” və 05 fevral 2018-ci il tarixli “Saziş”də qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 İddiaçı QSC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: 12 noyabr 2021-ci il tarixə 13614,48 ABŞ dolları: əsas borc 8707,29 ABŞ dolları, faiz borcu 3908,19 ABŞ dolları, faiz borcu (5 % -lə ) 999,00 ABŞ dolları. 14 fevral 2022-ci il tarixə 13725.75 ABŞ dolları: əsas borc 8707,29 ABŞ dolları, faiz borcu 3908,19 ABŞ dolları, faiz borcu (5%-lə) 1110,27 ABŞ dolları. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddtlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının İpoteka haqqında qanununun 39.3.3-cü maddəsinə görə, işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə görə, ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər İpoteka haqqında qanunun 59.4-cü maddəsinə əsasən, ipoteka qoyan və onunla birlikdə yaşayan üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək (birgə) qaydada iddiaçının xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 4974,89 ABŞ dolları məbləğində əsas, 6724,39 ABŞ dolları məbləğində faiz və 500 ABŞ dolları məbləğində cərimə borcu, 01 İR********** saylı kredit razılaşması üzrə 8707.29 ABŞ dolları məbləğində əsas, 3908,19 ABŞ dolları məbləğində faiz və 500 ABŞ dolları məbləğində cərimə borcu qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində pul və 40 manat xidmət haqqı tutulsun. Tutma Cavabdeh2 mülkiyyətində olan Xaçmaz rayonu Xudat şəhəri Konserv zavodu qəsəbəsində 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən (2 mərtəbəli 4 otaqlı ümumi sahəsi 183.2 kv.metr, yaşayış 61.8 kv.metr, yardımçı 121.4 kv.metr sahədən ibarət) fərdi yaşayış evə və Cavabdeh1 məxsus Xaçmaz rayonu Köhnə Xudat kəndində mülkiyyətində olan 0.11 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) yönəldilsin. İpoteka predmetləri- Cavabdeh2 mülkiyyətində olan Xaçmaz rayonu Xudat şəhəri Konserv zavodu qəsəbəsində 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 50000 manat, Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsinin ilkin satış qiyməti 19000 manat məbləğində müəyyən edilsin. Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu Xudat şəhəri Konserv zavodu qəsəbəsində 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi açıq hərracdan satılsın. Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu Xudat şəhəri Konserv zavodu qəsəbəsində 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılsın, həmin əmlak boşaldılsın və alıcıya təhvil verilsin. Cavabdeh1 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu Köhnə Xudat kəndində mülkiyyətində olan 0.11 ha torpaq sahəsi açıq hərracdan satılsın. Cavabdeh1 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu Köhnə Xudat kəndində mülkiyyətində olan 0.11 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlak boşaldılsın və alıcıya təhvil verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada alınaraq alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar