Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-85/2022 01.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılmasına və ipoteka predmetinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, QFS-4530_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6295.7 manat, faiz borcuna görə 9.87 manat, cərimə borcuna görə 0 manat, cəmi 6305.44 manat məbləğində pulun, ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə bildirişlərin alınması üçün ödənilmiş 40 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 məxsus Xaçmaz rayonu, Nərəcan kəndi ünvanında yerləşən ev 2A mənzil 2 saylı evə yönəldilməsi və əmlakın hərracda satılması, əmlakın satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 18 dekabr 2019-cu il tarixli QFS-4530_KMP saylı kredit müqaviləsi üzrə cəmi məbləği 6305,44 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 70 manat məbləğində pulu iddiaçıya ödənilməsinin, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Xaçmaz rayonu, Nərəcan kəndi, ev 2A mənzil 2-ə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaçmaz rayonu, Nərəcan kəndi ünvanında yerləşən ev 2A mənzil 2 saylı evdən çıxarılaraq əmlakın boşaldılması və cavabdehlərin istifadə hüququna xitam verilməsi, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 2A\2 saylı mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi və ipoteka predmetinin açıq hərracda satılmaqla əldə edilmiş vəsait xx.xx.2019-cu il tarixli, QFS-4530_KMP saylı kredit müqaviləsi üzrə yetərli olmazsa, Cavabdeh1 tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli, QFS-4530_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 6479.57 (altı min dörd yüz yetmiş doqquz tam yüzdə əlli yeddi ) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 1.1, 2.3 və 2.4 bəndləri). 18 dekabr 2019-cu il tarixli, QFS-4530_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Rəsulova Xəyalə Şəmsəddin qızı kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən 18 dekabr 2019-cu il tarixli, QFS-4530_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 6295.57 manat, faiz borcuna görə 9.87 manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 6305.44 manat təşkil edir. 18 dekabr 2019-cu il tarixli, QFS- 4530_KMP saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh1 oluna məxsus olan Xaçmaz rayonu, Nərəcan kəndi, ev 2A, ünvanında 2 saylı mənzil İddiaçı ASCi qarşısında 18 dekabr 2019-cu il tarixli, QFS- 4530_KMP saylı sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Sonrakı İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin və MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli, QFS-4530_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 6479.57 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 əsas borcuna görə 6295.57 manat, faiz borcuna görə 9.87 manat, dəbbə borcuna görə 0 manat, cəmi 6305.44 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli, QFS-4530_KMP saylı Sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu, Nərəcan kəndi ünvanında yerləşən 2A saylı evin 2 saylı mənzili İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ipotekaya qoyulmuşdur. İpoteka müqavilələri notarial qaydada təsdiq olunmuş və İpteka müqavilələri AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Cavabdeh2, Cavabdeh3 və X1 notariat kontoruna ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizələrindən müəyyən olunur ki, onlar, yaşadığı və Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 2A saylı evinin 2 saylı mənzilini ipoteka qoyulmasına razılıq vermiş və həmin mənzilə tutma yönəldildikdə və mənzil satıldıqda onu tərk etməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu, Nərəcan kəndi ünvanında yerləşən 2A saylı evin 2 saylı mənzili 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixindən öhdəliklər tam yerinə yetirilənədək ipotekaya qoyulmuşdur. İş materiallarında olan bildirişlərdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2021-cİ il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilin likvid 37000 manat dəyərində qiymətləndirilmiş, 450 manat xidmət haqqı İddiaçı ASC-i tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/9166 saylı Ekspert Rəyindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 6303.41 manat, faiz borcu üzrə 8.23 manat borcu vardır. İş materiallarında olan ekspertiza xərclərinə dair xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən edilir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat müəyyən edilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ASC ilə cavabdehlər arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar cəmiyyəti ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncuların müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən börclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predimetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 49.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri ipotekaya qoyula bilər. Həmin Qanunun 49.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq bu kateqoriya torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QFS- 4530_KMP saylı kredit müqaviləsi üzrə cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərkən hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, QFS-4530_KMP saylı əsas kredit müqaviləsi üzrə kredit borcu 6295.57 manat, faiz borcuna görə 9.87, cərimə borcuna görə 0(sıfır) manat olmaqla, cəmi 6305.44, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pul tutulmalı, tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 2A saylı evin 2 saylı mənzilinə yönəldilməli, bu əmlaklar hərracda satılmalı və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli, QFS-4530_KMP saylı kredit müqaviləsi üzrə borcu, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 AZN məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməli, ipoteka predmeti olan Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 2A saylı evin 2 saylı mənzilin ilkin satış qiyməti 37.000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu qanunun 59.3.-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın və onun ailə üzvlərinin ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Ona görə də iddia tələbinin ipoteka predmeti olan mənzildə yaşayan Məhərrəmov ilqar Bayram oğlunun və onunla birlikdə yaşayanların mənzildən çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi hissəsini araşdıraraq, hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz, həmin hissədə təmin oluna bilməz. Həmçinin Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 100 manat məbləğində pul Cavabdeh1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülməlidir. İş materiallarında olan "xxxx" MMC-nin Mənzilin Qiymətləndirilməsi barədə hesabatdan görünür ki, qiymətləndirilmənin aparılması üçün 450 manat xidmət haqqı təyin edilmiş və xidmət haqqı İddiaçı ASC tərəfindən ödənilmişdir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, QFS-4530_KMP kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 6295,57 AZN, faiz borcu üzrə 9.87AZN, cəmi 6305,44 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) AZN məbləğində pul və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN tutulsun. Tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 2A saylı evin 2 saylı mənzilinə yönəldilsin, bu əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli, QFS-4530_KMP saylı kredit müqaviləsi üzrə cəmi 6305,44 manat borc və sonrakı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (altmış) AZN məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 2A saylı evin 2 saylı mənzilinə ilkin satış qiymətinin 37.000 (otuz yeddi min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Həmçinin Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-85/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-85/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver