Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-86/2022 30.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, iddaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDI: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1898 saylı kredit müqaviləsi üzrə 2464.82 manat məbləğində əsas borcun, 513.78 manat faiz borcunun, cəmi 2978.60 manat məbləğində borcun və borc tələbinin Cavabdeh1 məxsus, ipoteka qoyulmuş Xaçmaz şəhəri, Y.Şahbazov küçəsi,12 ünvanında 003 ha toraq sahəsində yerləşən fərdi yaşayış evinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 2978.60 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatınin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 yanvar 2016-cı il tarixli, 1898 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 heyvandarlığın inkşafı məqsədilə 36 ay müddətinə illik 6%-lə 14000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan müqavilələri üzrə öhdəilklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus ünvan 2 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə ipotekaqoyan arasında 11 yanvar 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh X3 ilə bağlanmış müqavilənin 6.5-ci və 7.2-cui bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkibi hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Cavabdeh X1 xx.xx.2021-ci il tarixdə xx.xx.2016-cı il tarixli 1898 saylı kredit müqaviləsi üzrə əsas borcu 2464,82 manat, faiz borcu 513,78 manat, cəmi 2978,60 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Cavabdeh2 arasında bağlanmış 11 yanvar 2016-cı il tarixli, 1898 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 heyvandarlığın inkşafı məqsədilə 36 ay müddətinə illik 6%-lə 14000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan müqavilələri üzrə öhdəilklərin icrasını təmin etmək məqsədilə onun qardaşı Cavabdeh1 məxsus ünvan 2 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə ipoteka qoyan arasında 11 yanvar 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 ilə bağlanmış müqavilənin 6.5-ci və 7.2-cui bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkibi hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürsə də, kredit borcunu tam ödəməmişdir və hazırda 2464,82 manat əsas, 513,78 manat faiz borcu, cəmi 2978,60 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, kredit borcunu ödəmir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə 11 yanvar 2016-cı il tarixli, 1898 saylı kredit müqaviləsi bağlayaraq, heyvandarlığın inkşafı məqsədilə 36 ay müddətinə illik 6%-lə 14000 manat məbləğində kredit alaraq qardaşı Cavabdeh1 vermişdir. Kredit müqaviləsi üzrə öhdəilklərin icrasını təmin etmək məqsədilə qardaşı Cavabdeh1 özünə məxsus ünvan 2 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka qoyub və bununla bağlı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə 11 yanvar 2016-cı il tarixli ipoteka müqaviləsi bağlayıb. Qardaşı kredit borcunun çox hissəsini ödəsə də, son zamanlar krediti ödəmədi və hazırda 2464,82 manat əsas, 513,78 manat faiz borcu, cəmi 2978,60 manat ödənilməmiş kredit borcu qalıb. Onun iş yeri var, evini ipotekaya qoyub və krediti də o, ödəməlidir. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatlarını dinləyən, məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatınin Xaçmaz filialı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 1898 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı QSC BOKT tərəfindən Cavabdeh2 heyvandarlığın inkişafı məqsədilə illik 6%-lə 36 ay müddətinə 14000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatınin Xaçmaz filialı ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, 0.03 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85.2 kv.m olan fərdi yaşayış evini İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və İpteka müqavilələri AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 27.02.201-cı il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış RX ******* seriyalı Çıxarışdan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdən öhdəliklər tam yerinə yetirilənə kimi yüklü edilmişdir. İş materiallarında olan pretenziya və xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiklərinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən müəyyən edilir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar cəmi 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-cİ il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatından müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 85.000 manat, likvind dəyəri 72.000 manat qiymətləndirilmiş, 400 manat xidmət haqqı hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1872 saylı Ekspert Rəyindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 2503.35 manat, faiz borcu üzrə 222.87 manat, 5% hesablanmaqla olan borcu 217.22 manat olmaqla cəmi 2943.44 manat borcu vardır. İş materiallarında olan ekspertiza xərclərinə dair xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən edilir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat müəyyən edilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə cavabdehlər arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncuların müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə sahibkarlıq fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən börclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predimetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 49.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri ipotekaya qoyula bilər. Həmin Qanunun 49.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq bu kateqoriya torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu qanunun 59.3.-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Məhkəmə təqdim olunmuş sübutları məcmu halınada qiymətləndirərək , sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə ekspert rəyinə uyğun olaraq 2503.35 manat məbləğində əsas borc, 222.87 manat faiz borcu, cəmi 2726,22 manat məbləğində borc pul və borc tələbinin Cavabdeh1 məxsus, ipoteka qoyulmuş Xaçmaz şəhəri, Y.Şahbazov küçəsi,12 ünvanında 0.03 ha toraq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, göstərilən əmlak açıq hərracda satılmalı, açıq hərracda satılması nəticəsində əldə olunan vəsait hesabına 2726.22 manat borc İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatınin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz ) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası FAME PRO MMC-nin ekspertiza xərclərinə dair bildirişinə əsasən, ipoteka permeti olan fərdi yaşayış evinin qiymətləndirilməsinin dəyəri olan 400 (dör yüz) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq “Bank Respublika “ AzAdlıq filialı, VÖEN **********, Müxbir hesab AZ80NABZ********************, kod 507547, SWİFT BRES AZ.22 hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ekspert rəyinə uyğun olaraq 2503.35 manat məbləğində əsas borc, 222.87 manat faiz borcu, cəmi 2726,22 manat borc pul və 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. 2726,22 manat borc pul Cavabdeh1 məxsus, ipoteka ilə yüklü edilmiş Xaçmaz şəhəri, Y.Şahbazov küçəsi,12 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin, göstərilən əmlak açıq hərraca çıxarılaraq satılması nəticəsində əldə olunan vəsait hesabına 2978.60 manat borc İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülsün. İpoteka permeti olan fərdi yaşayış evinin qiymətləndirilməsinin dəyəri olan 400 (dörd yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq "xxxx" MMC –nin (“Bank Respublika “ Azadlıq filialı, VÖEN **********, Müxbir hesab AZ80NABZ********************, kod 507547, SWİFT BRES AZ.22) hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-86/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-86/2022
30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver