Məhkəmə qərarları › İş №2(067)-864/2021

Xaçmaz Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(067)-864/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-864/2021 18.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və borcun tutulması tələbinə dair mülki işə 18.05.2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(067)-864/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2791.74 (iki min yeddi yüz doxsan bir manat, 74 qəpik) manat məbləğində əsas borc, 15.62 (on beş manat, 62 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2807.26 (iki min səkkiz yüz yeddi manat, 26 qəpik) manat məbləğində borc pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Rəşad Eldarov iddiaçı “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli KHAC1-7669-2142 saylı kredit (restrukturizasiya) müqaviləsinin ləğvinə dair əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının müqavilənin ləğvinə dair tələbinə qətnamənin əsaslandırıcı və nəticə hissəsində münasibət bildirilməmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, məhkəmə tərəfindən iddia tələbinin iddiaçı “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli KHAC1-7669-2142 saylı kredit (restrukturizasiya) müqaviləsinin ləğvinə dair hissəsinə münasibət bildirilmədiyindən, əlavə qətnamə çıxarılaraq iddia tələbinin qeyd edilən hissəsinə münasibət bildirilməlidir. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı “xxxx” MMC ilə Cavabdeh1 arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır, və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İşin araşdırılmış hallarından tərəflər arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli KHAC1-7669-2142 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh1 müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı “xxxx” MMC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli KHAC1-7669-2142 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2791.74 (iki min yeddi yüz doxsan bir manat, 74 qəpik) manat məbləğində əsas borc, 15.62 (on beş manat, 62 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2807.26 (iki min səkkiz yüz yeddi manat, 26 qəpik) manat məbləğində borc pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu rüsumu tutularaq iddiaçı xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229-cu və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli KHAC1-7669-2142 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2791.74 (iki min yeddi yüz doxsan bir manat, 74 qəpik) manat məbləğində əsas borc, 15.62 (on beş manat, 62 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2807.26 (iki min səkkiz yüz yeddi manat, 26 qəpik) manat məbləğində borc pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu rüsumu tutularaq iddiaçı xxxx” MMC-yə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar