Məhkəmə qərarları › İş №2(067)-865/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-865/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-865/2021 16.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh Cavabdeh1 Səməd qızının iştirakı ilə, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 Səməd qızına və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4632.61 (dörd min altı yüz otuz bir manat 61 qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 4663.01 (dörd min altı yüz altımış üç manat 01 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1 (bir) ədəd Honkon 808 AL markalı gözəllik və sağlamlıq avadanlığının alınması üçün 18 (on səkkiz) ay müddətinə qaytarılmaq şərti ilə 15 000,00 (on beş min manat 00 qəpik qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1, arasında 10 sentyabr 2018-ci il tarixli, 005-STK-0461-18 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 10 sentyabr 2018-ci il tarixli 005-STK-0461-18 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 zamin durmuşdur. 24 sentyabr 2018-ci il tarixində Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə "xxxx" MMC arasında imzalanmış Əməkdaşlıq haqqında Müqavilənin 2.1.6-cı bəndinə əsasən “Satıcı” adlandırılan "xxxx" MMC avadanlıqların satışı zamanı 60 (altmış) gündən yuxarı gecikməsi olan müştərilərin tam borcunu ödəməyi “Kreditor” adlandırılan BOKT "xxxx" QSC qarşısında öhdəlik götürmüşdür. 10 sentyabr 2018-ci il tarixli, 005-STK-0461-18 saylı Kredit müqaviləsi üzrə öhdəliklər borcalan X3 tərəfindən lazımınca icra edilmədiyi üçün BOKT "xxxx" QSC ilə "xxxx" MMC arasında imzalanmış 24 sentyabr 2018-ci il tarixli Əməkdaşlıq haqqında Müqavilənin 2.1.6-cı bəndinə əsasən borcalan X1 4632.61 (dörd min altı yüz otuz iki manat 61 qəpik) məbləğində kredit borcu AzEstetik Group” MMC tərəfindən 30 sentyabr 2019-cu il tarixində BOKT Embafinans QSC-nə ödənilmişdir. BOKT "xxxx" QSC ilə "xxxx" MMC arasında imzalanmış 01 fevral 2019- cu il tarixli 01 saylı Faktorinq Müqaviləsinə və həmin müqaviləyə edilmiş 15 sentyabr 2020-ci il tarixli 02 saylı Əlavəyə əsasən “Müştəri” adlandırılan "xxxx" MMC üçüncü şəxslərə qarşı olan tələb hüququnu “Faktor" adlandırılan BOKT "xxxx" MMC-nə güzəşt etməyi, “Faktor” isə “Müştəri”dən aldığı tələb hüququnun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavadehlərə pul tələbinin güzəşti və borcun ödənilməsinə 29 sentyabr 2020-ci il tarixli, 11337/20 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddiaçıya olan borcunu tam olaraq ödədiyini, iddiaçı tərəfindən ona borcun olmaması barədə maliyyə arayışının təqdim etdiyini və hal-hazırda iddiaçıya heç bir borcun olmadığını bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Bununla bağlı yazılı etirazını məhkəməyə təqdim etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək, cavabdehlərin iddiaçıya heç bir borcun olmadığını, cavabdehlər tərəfindən borcun tamamilə bağlanmasını və bununla bağlı maliyyə arayışın olmasını bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Qeyd olunan Məcəllənin 657.3-cü maddəsinə görə faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan 10 sentyabr 2018-ci il tarixli, 005-STK-0461-18 saylı Kredit Müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1 (bir) ədəd Honkon 808 AL markalı gözəllik və sağlamlıq avadanlığının alınması üçün 18 (on səkkiz) ay müddətinə qaytarılmaq şərti ilə 15 000,00 (on beş min manat 00 qəpik qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1, arasında 10 sentyabr 2018-ci il tarixli, 005-STK-0461-18 saylı Kredit Müqaviləsi bağlanmışdır. İş materiallarında olan 10 sentyabr 2018-ci il tarixli 005-STK-0461-18 saylı Zaminlik Müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 zamin durmuşdur. 24 sentyabr 2018-ci il tarixində Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə "xxxx" MMC arasında imzalanmış Əməkdaşlıq haqqında Müqavilənin 2.1.6-cı bəndinə əsasən “Satıcı” adlandırılan "xxxx" MMC avadanlıqların satışı zamanı 60 (altmış) gündən yuxarı gecikməsi olan müştərilərin tam borcunu ödəməyi “Kreditor” adlandırılan BOKT "xxxx" QSC qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan 005-STK-0461-18 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarışdan müəyyən olunur ki, 30.09.2019-cu il tarixinə 4632.61 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan BOKT "xxxx" QSC ilə "xxxx" MMC arasında imzalanmış 01 fevral 2019- cu il tarixli 01 saylı Faktorinq Müqaviləsindən müəyyən olunur ki, həmin müqaviləyə edilmiş 15 sentyabr 2020-ci il tarixli 02 saylı Əlavəyə əsasən “Müştəri” adlandırılan "xxxx" MMC üçüncü şəxslərə qarşı olan tələb hüququnu “Faktor" adlandırılan BOKT "xxxx" MMC-nə güzəşt etməyi, “Faktor” isə “Müştəri”dən aldığı tələb hüququnun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan arayışdan müəyyən olunur ki cavabdehlər Cavabdeh1 Səməd qızının və Cavabdeh2 kreditora 4632.61 (dörd min altı yüz otuz bir manat 61 qəpik) manat borcu vardır. İş materiallarında olan Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4632.61 (dörd min altı yüz otuz bir manat 61 qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 4663.01 (dörd min altı yüz altımış üç manat 01 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar