Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-887/2024 06.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı iştirakı İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun tanınması və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30 avqust 2006-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan üç övladları - 28 iyun 2008-ci il təvəllüdlü X4, 20 iyun 2010-cu il təvəllüdlü X5 və 01 aprel 2014-cü il təvəllüdlü X6 anadan olmuşlar. ünvan 1 ünvanında yerləşən yaşayış evinə gəlin köçmüşdür. Bu ev cavabdehin valideynlərinə məxsusdur. Cavabdeh ona dəfələrlə evdən heç bir pay düşmədiyini bildirmiş və evdən cehiz əmlaklarını çıxarması üçün onu məcbur etmişdir. Onun evdə yaşamağa heç bir hüququnun olmadığını da bildirmişdir. O, cavabdehlərin evinə köçürüldüyünə görə onların ailə üzvü hesab edilir və onlarla bərabər evdə hüququ yaranmışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehlə 2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və 9 il ailə kimi yaşamışlar. Birgə nikahdan 3 uşaqları var. Cavabdehlə hazırda boşanmamışlar, lakin artıq 9 ildir ki, ayrı yaşayırlar. Cavabdeh uşaqların saxlanılması üçün ona aliment də ödəmir və qohumlarının dediyinə görə o, Rusiya Federasiyasında həbsdədir. Cavabdehlə ayrılandan sonra o, uşaqları ilə heç vaxt maraqlanmamışdır. Onlar evləndikdən sonra o, cavabdehin valideynlərinin sahibliyində olan evə gəlin köçmüşdür. Ev qaynatasına məxsus olmuş, lakin indi hər ikisi də vəfat etmişdir. Hazırda həmin evdə heç kim yaşamır və evin kimə məxsus olduğunu bilmir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21 may 2024-cü il tarixli, 3-21-3-34/2- 5329/2024 saylı məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil ilkin olaraq xx.xx.1994-cü il tarixli, 3646 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Məmmədov Hümmət Vəkiloviçin adına olmuşdur. Həmin mənzil xx.xx.2017-ci ildə Xaçmaz rayon NKnun 2V-569 nömrəli Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X1 adına vərəsəlik olumuş və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Xaçmaz rayon NO-nin xx.xx.2021-ci il tarixli, 2V-788 nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsaən X2 adına vərəsəlik olunmuş və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. AZ-İİ seriyalı 700961 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 28 iyun 2008-ci il təvəllüdlü X4 anadan olmuşdur. AZ-İİ seriyalı 700960 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 20 iyun 2010-cu il təvəllüdlü X5 anadan olmuşdur. AZ-İİİ seriyalı 315014 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 01 aprel 2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2.-ci maddəsindən müəyyən olunur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdeh ilə 2006-cı ildə rəsmi nikaha daxil olduğudan, onların arasında yaranan hüquq münasibətləri həmin dövrün qanunvericiliyinə əsasən tənzimlənməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarından müəyyən olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarını rəhbər tutaraq, hazırki iddiaya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarının tətbiq edilməli olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsindən müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5.-ci maddəsindən müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21 may 2024-cü il tarixli, 3-21-3-34/2-5329/2024 saylı məktubunda qeyd olunanlara əsasən ünvan 1 ünvanında yerləşən mənzil ilkin olaraq xx.xx.1994-cü il tarixli, 3646 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Məmmədov Hümmət Vəkiloviçin adına olmuşdur. Həmin mənzil xx.xx.2017-ci ildə Xaçmaz rayon NK-nun 2V-569 nömrəli Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X1 adına vərəsəlik olumuş və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Xaçmaz rayon NO-nin xx.xx.2021-ci il tarixli, 2V-788 nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən X2 adına vərəsəlik olunmuş və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Yəni iddiaçının irəli sürdüyü tələb üzrə azyaşlı uşaqları ilə birlikdə istifadə hüququnun tanınmasını və köçmək istədiyi ünvan 1 ünvanında yerləşən mənzil hazırda X2 adına vərəsəlik olunmuşdur. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olan X2 ailə üzvü hesab olunmadığından sözügedən mənzilə istifadə hüququnun tanınması və eve köçməsi yalnız mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilə bilərdi. Lakin iddiaçının mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşması olmadığından, habelə iddiaçı sözügedən evin əvvəlki mülkiyyətçiləri ilə arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşmaya dair mötəbər sənədi məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbinin təmin edilməsi mümkün hesab olunmur.Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı azyaşlı uşaqları ilə birlikdə cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbi rədd edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının həmin evdən istifadə hüququ təsdiq oluna bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci, 228.5-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması tələbi rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir . Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-887/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-887/2024
06.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver