Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-891/2023 25.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Hacıbala oğlundan 2004-cü ildə 0.30 ha torpağı ona satacağı vəd edərək, ondan aldığı 2,0 (iki) milyon manat indeksləşdirilərək, 3000 manat civarında müəyyənləşdirilib, qətnamə çıxarılanadək, həmin məbləğin bank uçot dərəcəsinə uyğun olaraq faizlərinin hesablanaraq ümumi məbləğin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ilin aprel ayında Xaçmaz rayonu, Qaraqurtlu kənd sakinləri Hacıqulu Kərimov və daha üç qardaşı ona yaxınlaşaraq özlərinə məxsus torpaq sahələrini satmaq istədiklərini bildirmişlər. Həmin vaxt o, Hacıqulu Kərimov və digər qardaşları ilə qiymətdə razılaşaraq xx.xx.2004-cü il tarixdə tərəflər aralarında alqı-satqını həyata keçirərək müqaviləni imzalamışlar. Bundan sonra o, Notariat kontoruna gedərək üç dövlət aktından ikisini rəsmişləşdirərək çıxarış almış, lakin Cavabdeh ondan hələlik alqı-satqını öz aralarında imzalamalarını, uşaq pulu və sosial yardım almaq üçün torpaq sahəsinin müvəqqəti özünün adında qalmasını xahiş etmiş və o, Gəncəliyə inanaraq kənd ərazisində yerləşən 0.30 ha torpaq sahəsini əkib becərirmiş və torpaq sahəsinin bütün vergilərini ödəmişdir. Bundan sonra 2019cu ilin əvvəllərində Cavabdeh ona yaxınlaşaraq ondan bir neçə günlüyə dövlət aktını istəmiş və Dövlət aktında qeyd olunmuş, Gülalan kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Həmin vaxt o, Cavabdeh inanaraq dövlət aktını ona vermiş və 0.10 ha torpaq sahəsini satdıqdan sonra aktı ona qaytarmasını tapşırmışdır. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh müxtəlif bəhanələr gətirərək dövlət aktının Reyestr İdarəsində qaldığını deyərək ona qaytarmamışdır. 2021-ci ilin avqust ayında o, Cavabdeh ona satdığı 0.30 ha torpaq sahəsini satmaq istədiyini eşidərək təcili Cavabdehla qörüşmüş və Gəncəli özünə pul lazım olduğu üçün qeyd olunan 0.30 torpaq sahəsini X3 satdığını bildirmişdir. Belə olan halda o, Gəncəliyə bildirmişdir ki, onda hal-hazırki, məzənə ilə ona verdiyi 2,0 (iki) milyon manatı qaytarsın. Lakin Gəncəli buna etiraz etdiyindən o, onun dələduzluq etməyi barədə Xaçmaz rayon polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Xaçmaz rayon polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 apardığı təhqiqatın nəticələrinə görrə onun şikayət ərizəsi əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona mülki qaydada rməhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Təhqiqat zamanı Cavabdeh ondan torpaq sahəsinə görə pul almağını etiraf etmiş, lakin 2,0 (iki) milyon manat deyil, guya iki yüz əlli min manat pul almasını göstərmişdir. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, cavabdehin 2 ərazidə 0,30 ha və 0,10 ha olmaqla iki torpaq sahəsi vardır. 2004-cü ildə cavabdeh 0,30 ha torpaq sahəsini ona satmışdır. Xəstəsi olduğu üçün və pul lazım olduğundan torpaq sahəsini satmışdı. Daha sonra ona bildirmişdir ki, dövlət aktını ver geri qalan 0,10 ha torpaq sahəsini satacaq. Bundan sonra aktı geri qaytarmasını istəmiş, laki cavabdeh bəhanə edərək aktı geri qaytarmamışdır. Həmin torpaq sahəsini satmaq istədiyini biləndə isə ona pul lazım olduğundan satdığını bildirdi. 0.30 ha torpağı həmin vaxt ******* manata almışdır. İddiada 3000 manat pul tələb edir, çünki 2004-cüildə həmin torpağı almışdı. Yəni iki milyon manatı verdiyimi təsdiq edən sübut yoxdur . İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir, çünki o, iddiaçıya torpaq satmamışdır. Polis Şöbəsində çəkindiyi üçün izahat yazmışdır ki, 250000 manat pul borcludur. Lakin iddiaçı ona iki milyon verməyib. İddiaçı başqa şəxsləri də şərləyib onlardan pul aldığından qorxmuşdur ki, onu da şərləyər. İddiaçıya torpaq satmışdırsa mülkiyyət sənədi olardı. İddiaçı ona torpaq sahəsinə görə pul verməyib. Belə ki, məhkəmə iclasında iddiaçı tələb olunan pul məbləğlərinin cavabdehə verməsini təsdiq etməsi barədə başqa sübutlarının olmadığını bildirmişdir. Bundan əlavə məhkəmə iclaslarında iddiaçıya iddianı təsdiq edəcək sübutlar təqdim etməsi təklif olunsa da, iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı cavabdehdən 3000 manat pul tələb etsə də, tələbini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-891/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-891/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver