Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-892/2021 30.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(067)-6594/2016 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikahları 2008-ci ilə Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi əsasında ləğv edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(067)-6594/2016 saylı məhkəmə qətnaməsi iddiaçıdan onun xeyrinə tutulan 80 manat məbləğində alimentin miqdarı artırılaraq 90 manat müəyyən edilmişdir. Cavabdeh hazırda atasına məxsus olan traktorla müxtəlif kənd təsərrüfatı sahələrində işləyir. Respublika ərazisində tüğyan edən pandemiya şəraitini, minimum əmək haqqının 250 manat olmasını, minimum yaşayış meyarınınb 170 manat təyin olunmasını nəzərə alaraq, alimentin miqdarının artırılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, maddi vəziyyəti ağır olduğuna görə alimentin artırılmasını xahiş edir. Cavabdeh 2016-cı ildən ayda 90 manat aliment ödəyir. O, həmin pulla uşağını saxlamaqda çətinlik çəkir, çünki ərzağın, geyim əşyalarının qiymətləri artmışdır. Ona görə o, məhkəmədə hazırkı iddianı qaldırmışdır. Özü heç yerdə işləmir. Cavabdeh isə şirkətdə traktorçu işləyir və ayda 700-800 manat əmək haqqı alır. Cavabdehin gəlirləri barədə məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iş üzrə Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, o, heç yerdə işləmir və uşağı üçün ayda 90 manat alimenti güclə ödəyir. İddiaçı ilə boşanandan sonra yeni ailə qurmuşdur və həmin nikahdan 2 azyaşlı uşağı var. Ailə vəziyyəti çox ağırdır. Ona görə də alimentin iddiaçının istədiyi məbləğdə artırılmasına razı deyildir. O, iş tapanda fəhləlik edib pul qazanır. Xərclərini çıxandan sonra günə 5 manat pulu qalır. Əlavə gəlir yeri, torpaq sahəsi yoxdur. Ayda 100 manat aliment ödəyə bilər, bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Qeyd olunanlarla əlaqədar olaraq cavabdeh iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 103173 saylı nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasındakı rəsmi nikah qeydinə xx.xx.2009-cu il tarixdə xitam verilmişdir. İş materiallarında olan AZE seriyalı 18268805 saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(067)-6594/2016 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2016-ci il tarixdən etibarən hər ay 90 manat sabit məbləğində alimentin alınraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2007ci il təvəllüdlü X5 anası İddiaçı himayəsindədir. İş materiallarında olan AZ-İ seriyalı 518720 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X4 arasında xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 586264 saylı, AZ-İİİ seriyalı 424530 saylı doğum haqqında şəhadətnamələrdən müəyyən olunur ki, Cavabdeh ilə X4 birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Novruzova Nuray Dadaş qızı və xx.xx.2014-cü il təvəllüdlü X7 anadan olmuşlar. İddiaçının izahatından aydın olmuşdur ki, tərəflər arasında alimentin ödənilməsinə dair saziş yoxdur. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2016cı il tarixli 2(067)-6594/2016 saylı məhkəmə qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 90 manat miqdarında aliment alınaraq İddiaçı verilməlidir. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir, cavabdeh isə uşağın saxlanması üçün başqa heç bir köməklik göstərmir. Buna görə də iddiaçı cavabdehdən sabit məbləğdə 130 manat məbləğində aliment tələb edir. Cavabdeh izahatında göstərmişdir ki, maddi vəziyyəti qənaətbəxş olmadığından iddiaçının tələb etdiyi miqdarda alimenti ödəmək iqtidarında deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2016-cı il tarixli 2(067)-6594/2016 saylı qətnaməsinə əsasən cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 90 manat sabit məbləğdə alimentin tutulması qət olunmasına baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə iddiaçı X2 maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(067)-6594/2016 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı qızının xeyrinə hər ay 130 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2016-cı il tarixli 2(067)-6594/2016 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov..
Məhkəmə qərarları › İş №2(067)-892/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-892/2021
30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver