Məhkəmə qərarları › İş №2(067)-900/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-900/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-900/2020 06.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair iddia ərizəsi barəsində mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 011R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 2499,03 manat əsas, 1817,76 manat faiz, 1567,63 manat məbləğində cərimə borcu olmaqla cəmi 5884,42 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6.-cı maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bununla yanaşı iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı İddiaçı QSC-nin cavabdehlər X3 və X2 qarşı borc tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar