Məhkəmə qərarları › İş №2(067)-904/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-904/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-904/2022 14.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Ağayev Rizvan Nicat oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDI: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5838 manat əsas, 1157.17 manat faiz, 7.48 manat cərimə olmaqla, cəmi 7002.65 manat və dövlət rüsumu olaraq 90.43 manat məbləğində vəsaitin tutularaq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, kreditor "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 225nkQUBA\21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 25%-lə 36 ay müddətinə 5838 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələblərinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan isdifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25% ödəmək şərti ilə 5838 manat məbləğində kredit verilmişdir. O, əvvəl “Gilan Holding”də işləmiş, lakin sonradan işdən çıxmışdır. Karantin vaxtı işləyə bilməmiş, ona görə də kredit borcunu vaxtında ödəməmişdir. Hazırda iddiaçının tələb etdiyi məbləğdə kredit borcunu ödəməyə maddi imkanı yoxdur, borcunu yalnız hissə-hissə ödəyə bilər. Borcunu ödəməyə etiraz etmir. Bütün bunların nəzərə alınaraq qətnamə çıxarılmasını xahiş edir. İş üzrə iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 5838 manat kredit götürmüşdür. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh "xxxx" KB ASCnə 5838 manat əsas borcu, 1157.17 manat faiz borcu və 7.48 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7002.65 manat borcu var. İş materiallarında olan xəbərdarlıq məktublarından müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9\2653 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, xx.xx.2021-ci il tarixli, 225nkQUBA\21 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə olan borcu ümumilikdə 6997.49 manat məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2021-ci il tarixə əsas kredit borcu 5383 manat, faiz borcu 1159.49 manat təşkil edir. Bank tərəfindən xx.xx.2021-ci il tarixli, 225nkQUBA\21 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşması üzrə cərimə borcu hesablanmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış təqdiqatın dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, "xxxx" KB ASC cavabdehə qarşı iddia tələbi ilə əlaqədar cəmi 90.43 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında Mülki Məcəllənin göstərilən müddəaları baxımından (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qanunvericiliyin qeyd edilən müddəalarını rəhbər tutmaqla, işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyi tam sübuta yetirilir. Qeyd edilənlərə əsasən iddia əsaslı olduğundan təmin edilməli Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 225nkQUBA\21 saylı kredit müqaviləsi üzrə 5838 manat əsas, 1157.17 manat faiz, 7.48 manat cərimə borcu olmaqla, cəmi 7002.65 manat borc və 90.43 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 225nkQUBA\21 saylı kredit müqaviləsi üzrə 5838 manat əsas, 1157.17 manat faiz, 7.48 manat cərimə borcu olmaqla, cəmi 7002.65 manat borc və 90.43 manat ödənilmiş dövlət rüsumu tutulsun. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar