Məhkəmə qərarları › İş №2(067)-905/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-905/2024

18.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-905/2024 18.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızı, İddiaçı Cavabdehnə qarşı nikah haqqında şəhadətnamənin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı nikah haqqında şəhadətnamənin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, iddiaçı tələbini əsaslandırdığı hallara dair sənədlərin əslini və ya təsdiq olunmuş surətlərini ərizəyə əlavə etməmiş, həmçinin dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci və 152.1.2.-ci maddələrinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçı ərizənin müəyyən olunmuş formasına və məzmununa riayət etmədiyindən, eləcə də tələbini əsaslandırdığı hallara dair sənədlərin əslini və ya təsdiq olunmuş surətlərini iddia ərizəsinə əlavə etmədiyindən, eyni zamanda dövlət rüsumunu ödəmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı nikah haqqında şəhadətnamənin ləğv edilməsi və sair tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar