Məhkəmə qərarları › İş №2(067)-908/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-908/2021

19.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-908/2021 19.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsi və fərdi yaşayış evinə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsi və fərdi yaşayış evinə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, onlar ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 25 ünvanında yerləşən yaşayış evi onlara məxsus olmuşdur. Onlar ünvan 2 25 ünvanında yerləşən yaşayış evini xx xxxxxxx 2016-cı il tarixli alqı-satqı tarixli müqaviləsinə əsasən satmışlar. Lakin ünvan 2 25 A ünvanında yerləşən iki mərtəbəli 8 otaqlı fərdi yaşayış evində yaşayırlar. Onlarla qonşuluqda yerləşən yaşayış evini X11 Cavabdeh satmışdır. Bundan sonra Cavabdeh həmin torpaq sahəsinə aid olmayan onlara məxsus torpaq sahəsində tikinti işləri başlamışdır. Dəfələrlə cavabdehə onlara məxsus torpaq sahəsində tikinti işləri aparmaması, onların küçəyə gedən yolunu bağlamaması barədə xəbərdarlıq etsələr də, cavabdeh bundan imtina etmişdir. Halbuki onlar cavabdehin söküb tikdiyi evdə pasport qeydiyyatındadırlar. Qeyd olunan ünvanda pasport qeydiyyatında olduqları torpaq sahəsi və yaşayış evinıə yaradılmış maneələrin aradan qaldırılması, onlara məxsus torpaq sahəsində tikilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsi ilə bağlı bildirmişdir ki, 40 ilə yaxındır ki, ünvan 3A ünvanında həyat yoldaşı və qızı ilə birlikdə yaşayır. Əvvəllər yaşadığı ev divarla natura şəklində iki yerə bölünərək, iki hissədən ibarət olmuşdur. Balaca hissəsində o ailəsilə, böyük hissəsində isə X11 yaşayırdı. Yəni həyət evi xarici görünüşdən bütov görünsə də, içəridən natura şəklində divarla bölünmüşdür. O və ailə üzvləri bügünədək həmin evdə qeydiyyatdadırlar. Qeydiyyatları N.Ələskərov 25A ünvanıdır. Evi 2 otaqdan ibarət olmuşdur. Həmin evin təxminən 3 sot ölçüdə həyəti də var idi. Həyətin torpağı faktiki olaraq onlara məxsus olsa da, torpağa dair hər hansı bir sənəd yoxdur Sonra onlar həmin torpaq sahəsində özlərinə məxsus yeni iki mərtəbəli səkkiz otaqlı fərdi yaşayış evi inşa etdirib bugünədək orada yaşayırlar, həmin evin ünvanı ünvan 3 sayılır. Köhnə ev isə, yəni Gülvərd Şamailova ilə bir binada yerləşən ev olduğu kimi qalmışdır. O, qızı və əri hələ də həmin köhnə evdə qeydiyyatdadırlar, yəni ünvan 3A ünvanında. 2006-cı ildə onların maddi çətinlikləri olduğu üçün Leyla adlı bir qadına müraciət etmişlər. Leyla ilə olan razılığa görə Leyla onlara sələmə 9000 manat pulu vermis, onlar isə əvəzində Leylaya sözügedən evi xx.xx.2006-cı ildə alqı-satqı müqaviləsi ilə satmışdırlar. Ev əri X5 adına olduğundan alqı-satqı müqaviləsini əri imzalamışdır. Alqı-satqı müqaviləsi notarial qaydada bağlanmışdır, onların razılıqlarına əsasən Leylaya borcu tam şəkildə qaytardıqda Leyla evi onlara geri qaytarmalı idi. Bir neçə il keçdikdən sonar, Leylaya olan borcu qaytarmaqlarına baxmayaraq, Leyla evi yenidən onların adına rəsmiləşdirməkdən imtina etmişdir. Sonra isə məlum oldu ki, Gülvərd Şamailova həmin evi tam olaraq, yəni özünə aid olan hissəsini və onlara aid olan hissəsini Cavabdeh satmışdır. Cavabdeh isə aldığı evi tamamilə söküb, yerində yeni fərdi yaşayaş evi tikdirib, bügünədək orada yaşayır. Bundan başqa, Cavabdeh həmin evə dair çıxarış da alıb və çıxarışa əsasən evin ünvanı ünvan 2 25-dir, halbuki həmin ev N.Ələskərov 25A ünvanında yerləşir və biz hələ də, həmin ünvanda qeydiyyatdayıq. Hal-hazırda tələbləri X3rşıdır. Tələbləri ondan ibarətdir ki, Gülvərd Şamailova ya onlara dəymiş maddi ziyanı pul şəklində ödəsin, ya da ki, evin əvvəlki vəziyyətini bərpa etsin və onlara məxsus köhnə 2 otaqlı evi onlara qaytarsın. Məhkəmə iclasında İddiaçı2 İddiaçı1 izahatına uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçıların məhkəmə iclasında verdikləri izahatlarından görünür ki, onların tələbləri Cavabdeh qarşı deyil X3rşıdır, X11 fərdi yaşayış evini Cavabdeh satarkən həmin yaşayış evində onlara məxsus olan payı da Cavabdeha satmış, Cavabdeh isə Gülvərd Zaxaryevnadan aldığı evi tamamilə sökərək yerində yeni fərdi yaşayış evi inşa etdirmişdir. Nəticədə Cavabdeh tərəfindən sökülmüş evin içində onlara məxsus pay da sökülmüşdür. Hal-hazırda iddiaçılar konkret olaraq Gülvərd Şamailovadan onlara dəymiş maddi ziyanın ödənilməsini tələb edirlər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı Satqı Müqaviləsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə X8 özünə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 48.8 kv.m olan fərdi yaşayış evinin və 0,038 ha torpaq sahəsini Cavabdeh satmışdır. İş materiallarında olan AN-İ№0095996 saylı xx.xx.2006-cı il tarixli notarial qaydada bağlanmış Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, N.Ələskərov küçəsi 25-də yerləşən iki mərtəbəli iki otaqlı evi X14 9000 manata satmışdır. İş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin RX ******* saylı çıxarışından görünür ki, Xaçmaz şəhəri N.Ələskərov küçəsi ev 25 Cavabdeh məxsusdur. İş materiallarında olan AZE 00****** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 ünvan 2 25A ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 ünvan 2 25A ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən (reyestr kitabı № 5362, inventar №2286) görünür ki, Xaçmaz şəhəri, N.Ələskərov 25A ünvanında yerləşən fərdi yaşayış evi X6 məxsusdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1- ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər İddia ərizəsinə əsasən iddiaçıların tələbi Cavabdeh qarşı torpaq sahəsi və fərdi yaşayış evinə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair olsa da, faktiki olaraq onlar vurulmuş maddi zərərə görə kompensasiya ödənilməsi ilə bağlı X2rşı tələb irəli sürürlər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar