Məhkəmə qərarları › İş №2(067)-93/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-93/2023

12.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-93/2023 12.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona ödəməli olduğu 5502 manat və ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2021-ci il tarixdə, saat 16:50 radələrində Bakı- Quba-Dağıstan sərhəd yolunun Quba rayonu, Nügədi Qazmaları kəndi ərazisindən keçən 158-ci km-də o, idarə etdiyi ”Chery T21” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman həmin istiqamətə hərəkətdə olan cavabdehin idarə etdiyi "Vaz-21120" markalı, A081MO198 rus qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur, nəticədə cavabdeh xəsarət almışdır. Faktla əlaqədar olaraq hadisə yerinə baxış keçirilmiş, sxem tərtib olunmuş, fotoşəkillər çəkilmiş, avtomobillərə baxış keçirilərək protokollar tərtib edilmiş, məhkəmətibbi ekspertizası təyin edilib keçirilmiş, izahatlar alınmış və digər zəruri istintaq hərəkətləri icra edilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və yolnəqliyyat hadisəsi yerinin sxemindən görünür ki, hadisə yeri Bakı-Quba-Dağıstan sərhədi yolunun Quba rayonu, Nügədi Qazmaları kəndi ərazisindən keçən 158-ci kilometrində yerləşir. Baxış Bakı istiqamətində aparılmışdır. Hadisə yeri yaşayış məntəqəsinə daxil deyildir. Hadisə yerində yol quru, düz, hamar və asfaltbeton örtüklüdür, sürücülərin hərəkəti üçün təhlükəsizdir. Həmin yerdə yolun hərəkət hissəsinin ümumi eni 8 metr olmaqla, hərəkət hissəsi iki tərəfi hərəkət istiqamətlidir. Hər hərəkət hissəsinin eni 4 metrdir. Yolun hərəkət istiqamətlərini bir-birindən ayırmaq üçün yolun ortasında uzununa qırıq- qırıq və ağ bütöv nişanlanma xətti vardır. Yolun hər iki istiqamətdə kənarında eni 2.5 metr olan yol çiyni vardır. Yolun sağ kənarında "Dostluq" kafesi yerləşir. Araşdırma zamanı məlum oldu ki, cavabdeh istifadəsində olduğu "VAZ-21120" markalı, A081MO198 rus qeydiyyat nişanlı avtomobili ilə kobud pozuntu edərək əməlində "Yol hərəkəti haqqında” AR qanunun tələblərini pozması nəticəsində AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində inzibati tənbeh görülərək barəsində xx.xx.2021-ci il tarixdə protikol tərtib edilmişdir. Cavabdeh törətdiyi qəza nəticəsində ona 2 saylı Texniki Xidmət Stansiyasının T-1258 saylı, xx.xx.2021-ci il tarixli ziyan aktı ilə müəyyən edilmişdir ki, ona məxsus olan "Chery T21" markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə 5502 manat maddi ziyan vurmuşdur. Ona dəyən 5502 manat məbləğində ziyan pulunu cavabdeh ödəmək istəmir. Hər dəfə müxtəlif bəhanələr gətirərək ona olan dəymiş ziyanı ödəməkdən yayınır. Hadisə barəsində cinayət işinin başlanılması üçün Xaçmaz RPŞ-nin İB-i tərəfindən araşdırılma aparılmış, onun əməli tam şəkildə sübut olunmuş, əməlində cinayət tərkibi olmadığından 18 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş, ona pulun qaytarılması üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Cavabdeh ona vurduğu ziyanı, yəni 5502 manatı borclu olduğu pulu qaytarmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ekspertin rəyinə görə ona 4740 manat ziyan dəymişdir. Ekspert rəyi ilə razıdır. Cavabdeh hazırki vaxtadək dəymiş ziyanı ödəməmişdir. Ona görə də cavabdehin vurduğu ziyanın əvəzini tələb edir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh bildirmişdir ki, iddia tələbində qeyd olunanları etiraf edir, ekspert rəyi ilə razıdır. İddianın eksperitiza rəyinə uyğun təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli HK-1/727 saylı Ekspert rəyindən müəyyən olunur ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz-21120" markalı, A081MO198 rus qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hisssəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli № 9/8092 saylı Ekspert rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, “Avtomotoservis və Ticarət Müəssisəsi”-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı ”Chery T21” markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4740 manat müəyyən edilir. Beləlikllə, məhkəmə iş materiallarında olan sənədləri və iddiaçınin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən edilir ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddia tələbini ekspertiza rəyinə uyğun şəkildə qəbul etdiyindən və təqsirini etiraf etdiyindən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar onun iddia tələbinin qismən əsaslı olmasına dəlalət edir. Elektron məhkəmə informasiya portalında yaradılmış “dövlət rüsumunun hesablanması” kalkulyatoru vasitəsilə hesablanmış nəticəyə əsasən 4740 manat iddiaya görə 67,4 manat dövlət rüsumu tutulur. Belə olan halda, cavabdehdən iddiaçının xeyirinə ödənilmiş 67,4 manat dövlət rüsumu tutulmalı, rüsümun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin SAP (XİİS) hesabı, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4740 manat dəymiş zərərin əvəzi və 67,4 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin SAP (XİİS) hesabı, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar