Məhkəmə qərarları › İş №2(067)-940/2022

Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-940/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-940/2022 26.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 5400 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh Mövlud Məmmədovu uzun müddətdir ki, tanıyır cavabdeh onun yanına gələrək ona bildirdi ki, maddi vəziyəti pisdi Sədəreydən Dərbənt şəhərində müştəriləri var Sədərəkdən Dərbənt şəhərində şəpik və qaloş aparıb orada satıb pul əldə edə bilərlər o, cavabdehdehə bildirmişdir ki, onun elə vaxtı yoxdur qazanc üçün ona pul verə bilər və cavabdehdən o sorusmusdur ki, ona nə qədər pul lazımdır cavabdeh ona bildirmişdir ki, əlində 5400 manat pul olsa alver üçün bəs edər. O, cavabdehə 5400 manat pul verərkən onunla borc müqaviləsi bağlamışdır üstündən xeyli müddət keçsədə cavabdehdən xahiş etmişdir ki, onun pulunu qaytarsın cavabdeh onun pulunu könüllü qaytarmaq istəmir məcburiət qarşısında qalaraq məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, cavabdehi uzun müddətdir tanıyır. O, onun yanına gəlib demişdir ki, Sədərəkdən Dərbənd şəhərinə şəpik və qaloş aparıb orada satıb pul əldə edə bilər. O cavabdehə bildirmişdir ki, onun vaxtı yoxdur, pul verə bilər. O ondan nə qədər pul lazım olduğunu soruşanda o, demişdir ki, 5400 manat pul bəs edər. O cavabdehə 5400 manat pul verərkən onunla borc müqaviləsi bağlamışdır, o, da öz imzası ilə ondan pul alması barədə borc müqaviləsini imzalamışdır. Cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, 5400 manat pulunu 2 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödəyəcək. Lakin sonradan cavabdeh borcunu ödəməkdən yayınmışdır. O, bu günədək ona verdiyi pulu qaytarmayıb və hər dəfə müxtəlif bəhanələrlə bundan yayınır. Ona görə məhkəmədə iddia qaldırmışdır. Cavabdehə pulu nağd şəkildə vermişdir. Hər dəfə cavabdehdən pulu qaytarmasını istəyəndə, o, pulu aldığını etiraf edir və bildirir ki, yaxın vaxtlarda qaytaracaq, amma bu vədlərlə hazırkı vaxtadək onu aldadır. Cavabdehə pul verdiyini borc müqaviləsində şahidlər kimi izah edən şahidləri təsdiq edə bilərlər. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, tərəfləri tanıyır, qohumluqları, ədavətləri yoxdur. O ofisdə vətəndaşlara hüquqi yardım göstərir. İddiaçı ilə cavabdeh ofisə gəlib bildirmişlər ki, aralarında borc müqaviləsi bağlamaq istəyirlər. O tərəflərdən nə ilə bağlı müqavilə bağlamaq istədiklərini soruşanda, iddiaçı demişdir ki, cavabdehə 5400 manat pul verib, cavabdeh də bunu təsdiq etmişdir və bildirmişdir ki, 5400 manat pulu iddiaçıya 2 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödəyəcək. Tərəflər bu barədə tərtib olunan borc müqaviləsini imzalamışdır. Cavabdeh iddiaçıdan pulu onun yanında almayıb. Tərəflər əvvəldən aralarında olan razılaşmanı borc müqaviləsi bağlamaqla rəsmiləşdiriblər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, tərəfləri tanıyır, qohumluğu, ədavəti yoxdur. O ofisdə vətəndaşlara hüquqi yardım göstərir. İddiaçı ilə cavabdeh ofisə gəlib bildirmişlər ki, aralarında borc müqaviləsi bağlamaq istəyirlər. O tərəflərdən nə ilə bağlı müqavilə bağlamaq istədiklərini soruşanda, iddiaçı demişdir ki, cavabdehə 5400 manat pul verib, cavabdeh də bunu təsdiq etdi və bildirmişdir ki, 5400 manat pulu iddiaçıya 2 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödəyəcək. Sonra onlar bu barədə borc müqaviləsini tərtib etmişlər və tərəflər müqaviləni imzalamışlar. Cavabdeh iddiaçıdan pulu onun yanında almayıb. Tərəflər əvvəldən aralarında olan razılaşmanı borc müqaviləsi bağlamaqla rəsmiləşdiriblər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 238-ci maddəsinə əsasən cavabdeh X4 iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan borc müqaviləsindən müəyyən olunur ki, X1 Ceyhun Rasim oğlundan 5400 manat məbləğində pul almış, həmin pulu xx.xx.2021-ci il tarixədək qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220, 227, 233, 238, 252, 357 - 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh X3 5400 manat pul alınaraq İddiaçı verilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar